Icma.az
close
up
RU
Biz 10 oyundur qalib gələ bilmirik, gələcək rəqiblərimiz isə...

Biz 10 oyundur qalib gələ bilmirik, gələcək rəqiblərimiz isə...

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

DÇ-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandası Fransa, Ukrayna və İslandiya komandaları ilə D qrupunda yer alıb. Bu qrupda oyunlara sentyabrda start veriləcək.

QOL.az xəbər verir ki, sentyabrın 5-də Ukrayna Fransanı, İslandiya isə Azərbaycan millisini qəbul edəcək.

Məlum olduğu kimi, bu oyunlara hazırlıq məqsədilə Azərbaycan millisi iyun ayındakı toplanışda iki matç keçirib. Latviya ilə səfər görüşü 0:0, dünən Bakıda Macarıstana qarşı oyun isə 1:2 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb. 

Beləliklə, Azərbaycan millisi Fernandu Santuşun rəhbərliyi altında keçirdiyi 10-cu oyunda da qələbə qazana bilməyib (8 məğlubiyyət 2 heç-heçə).

Azərbaycan millisindən fərqli olaraq onun rəqibləri isə uduzmaqla yanaşı, qələbə də qazanırlar. 

Ukrayna və İslandiya da iyun hazırlığında istifadə edərək 2 yoxlama oyunu keçirib, Fransa isə UEFA Millətlər Liqasının final mərhələsində oyunlar keçirib.

Fransa: final mərhələsində 3-cülük

Millətlər Liqasının final mərhələsinin yarımfinalında Fransa İspaniya ilə qarşılaşıb və 5:4 hesabı ilə udazaraq finalda oynamaq şansını itirib. Fransadan rəqib qapısından qolları Kilian  Mbappe (penaltidən), Rayan Şerki, Vivian (avtoqol) və Kolo Muani keçirib.

3-cü yer uğrunda görüşdə isə Didye Deşamın komandası uğur qazanıb. Onlar təşkilatçı ölkə Almaniyanın millisini 2:0 hesabı ilə məğlubiyyətə uğradaraq (Mbappe, Maykl Olise) bürünc medala sahib olublar.

İslandiya: 1 qələbə, 1 məğlubiyyət

İslandiya iyunun 6-da Şotlandiyaya qarşı səfərdəki yoxlama görüşündə 3:1 hesabı ilə qalib gəlib. İslandlardan qolları Andri Qudyonsen, Luis Fergüsson (avtoqol) və Viktor Palsson vurub.

İyunun 10-da isə İslandiya Böyük Britaniya turu çərçivəsində bu dəfə Şimali İrlandiya ilə qarşılaşıb. Matç Şimali İrlandiyanın 1:0 hesablə qələbəsi ilə yekunlaşıb.

Ukraynanın Kanada turu və 2-ci yer

Sergey Rebrovun başçılıq etdiyi Ukrayna millisi isə Torontoda keçirilən "Canadian Shield" adlı yoxlama turnirinin iştirakçısı olub və toplanış çərçivəsində 2 oyun keçirib.

İyunun 6-da Kanadaya qarşı matçda Ukrayna 2:4 hesabı ilə uduzub. Ukraynadan qolların müəllifi Oleksandr Zinçenko (penaltidən) və İlya Zabarnı olub. 

Dünən Yeni Zelandiyaya qarşı matç isə Rebrovun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ukraynanın qollarını Aleksey Qutsulyak və Oleksandr Zinçenko vurub.

Beləliklə, yekun nəticədə Ukrauna turniri 3 xalla 2-ci yerdə başa vurub. Kanada 1-ci (4 xal), Yeni Zelendiya 3-cü (3 xal), Kot-d'İvuar isə (2 xal) 4-cü yeri tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 İyun 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri