Icma.az
close
up
RU
Susuzluq: biz qədrini bilmirik, onlar dadını

Susuzluq: biz qədrini bilmirik, onlar dadını

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son on ildə qlobal su, sanitariya və gigiyena (WASH) xidmətlərinə çıxışın genişləndirilməsində böyük addımlar atılıb. Dünyada milyardlarla insan içməli su ilə bağlı ümumi sağlamlıq vəziyyyətini düzəldə bilib. Bu nailiyyətlərə baxmayaraq, əsasən aşağı gəlirli ölkələrdən olan insanlar hələ də təmiz suya çıxış imkanlarından məhrumdurlar ki, bu da onları xəstəliklərə qarşı həssas edir, habelə sosial inkişafa və inklüzivliyə mane olur.

Ötən il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun birgə dərc etdiyi (UNICEF) "Ev təsərrüfatında içməli su və sanitariya sahəsində irəliləyiş 2000-2024: bərabərsizliklərə xüsusi diqqət" adlı hesabatda bildirilirdi ki, əsrin əvvəlindən bəri nəzərəçarpacaq irəliləyişlər əldə olunsa da, 2030-cu il Davamlı İnkişaf Məqsədlərində (SDG) göstərilən məqsədlərə çatmaqda son illərdə inkişaf dayanıb. WASH xidmətlərinə universal çıxışı təmin etmək və açıq tualetə son qoymaq üçün WASH infrastrukturuna investisiyaların artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi təmin edilməlidir.

ÜST-ün Ətraf Mühit, İqlim Dəyişikliyi və Səhiyyə üzrə direktoru Dr. Ruediger Krech bildirirdi ki, su, sanitariya və gigiyena imtiyazlar deyil, onlar əsas insan hüquqlarıdır. Davamlı İnkişaf Məqsədlərinə (SDG) çatmaq vədimizi yerinə yetirmək istəyiriksə bu hüquqları təmin eməliyik.

Hesabatda qeyd olunur ki, son illərdə əldə edilən irəliləyişlərin böyük bir hissəsi kənd yerlərində baş verib və son on ildə təhlükəsiz içməli suya çıxış 50%-dən 60%-ə, əsas gigiyena xidmətlərinin əhatə dairəsi isə 52%-dən 71%-dək yüksəlib. Lakin, bu ərazilərdə milyonlarla insan hələ də WASH xidmətlərinə kifayət qədər çıxış əldə edə bilmir, şəhər yerlərində isə irəliləyiş əhəmiyyətli dərəcədə ləngiyib.

Hazırda dünyada təxminən hər 4 nəfərdən 1-nin və ya 2,1 milyard insanın təmiz içməli suya çıxışı yoxdur, 106 milyon insanın təmizlənməmiş səth su mənbələrindən, məsələn, gölməçələrdən, göllərdən və çaylardan asılı olduğu təxmin edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) rəqəmləri göstərir ki, WASH xidmətlərinə qeyri-kafi çıxış hər il təxminən 3,5 milyon insanın ölümünə səbəb olur.

Hesabatda həmçinin təxminən 3,4 milyard insanın təhlükəsiz idarə olunan sanitariya şəraitindən məhrum olduğu, 354 milyon insanın isə hələ də açıq şəkildə defekasiya etdiyi açıqlanıb. Bundan əlavə, təxminən 1,7 milyon insanın evlərində əsas gigiyena xidmətlərindən, 611 milyon insanın isə heç bir gigiyena qurğusundan istifadə etmək imkanı yoxdur.

Bundan əlavə, hesabatda vurğulanır ki, ən az inkişaf etmiş ölkələrdə insanların əsas WASH xidmətlərinə kifayət qədər çıxışı olma ehtimalı təxminən iki dəfə çoxdur. Bu fərq yoxsulluq, münaqişə və ya iqlim həssaslığına məruz qalan bölgələrdə daha çox özünü göstərir və burada təmiz içməli suya çıxış digər ərazilərə nisbətən orta hesabla 38 faiz aşağıdır.

Uşaqlar WASH xidmətlərinin olmamasından ən çox zərər görənlər arasındadır. Xəstəlik, qidalanma, böyümənin ləngiməsi və inkişaf gecikmələri risklərinin artması ilə ən çox uşaqlar üzləşirlər. Təhlükəsiz axar suya çıxışı olmayan bir çox uşaq su ilə keçən xəstəliklər və ya yerli mənbələrdən su götürməyə sərf olunan vaxt səbəbindən məktəbdən uzaqlaşır. Uzunmüddətli təsirlərə təhsil hüququnun pozulması, məşğulluq imkanlarının azalması və sosial inkişafın çətinləşməsi daxildir.

Hesabata görə, bu risklər xüsusilə qadınlar və qızlar üçün müəyyən edilir, çünki ailənin su ehtiyatını təmin edən əsasən qadınlar olur. Xüsusən də Afrikada, Mərkəzi və Cənubi Asiyada su təminatına görə qadınlar məsuliyyət daşıyırlar. Bu bölgələrdə qadın və qızların su təmin etməyə gündə 30 dəqiqədən çox vaxt sərf etdikləri təxmin edilir və su ehtiyatı ilə məşğul olduğu üçün məktəbə getməmə hallarının daha yüksək olması bildirilir.

Hesabada bildirilir: "Saxara səhrasında kənd əhalisinin yalnız 16 faizi suya çıxış əldə edir, Malavi kimi ölkələrdə ev təsərrüfatlarının 76 faizində qadınlar və qızlar su yığımına görə məsuliyyət daşıyırlar. Bu gündəlik iş onları fiziki gərginliyə, təhlükəsizlik risklərinə və vaxt itkisinə məruz qoyur. Bu nəticələr uzunmüddətli və sistematikdir."

Bundan əlavə, qadınlar və qızlar üçün WASH xidmətlərinin olmaması, analarda menstruasiya ilə əlaqəli infeksiyaların və yeni doğulmuş körpələr arasında su ilə keçən xəstəliklərin, sepsisin yayılma riskini artırır. BMT-nin rəqəmlərinə görə, 12 ölkədə kənd yerlərində hər 10 qadın və qızdan ən azı 1-nin son menstruasiya zamanı yuyunub paltarlarını dəyişə biləcəkləri imkanı yoxdur. "Hər il beş yaşdan kiçik təxminən 400.000 uşaq qeyri-kafi su, sanitariya və gigiyena xidmətlərinin yetərsiz olması səbəbindən qaynaqlanan xəstəliklərdən ölür", - deyə UNICEF-in WASH üzrə direktoru Sesiliya Şarp bildirib.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri