Icma.az
close
up
RU
“Biz bunun nə qədər uzaqgörən addım olduğunu görmüş olduq”

“Biz bunun nə qədər uzaqgörən addım olduğunu görmüş olduq”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan və Türkiyə arasındakı münasibətlərdən danışarkən biz bir istiqaməti deyil, bir neçə istiqaməti nəzərə almalıyıq. Burada təbii ki, tarixi qardaşlıq bağlarımızın xüsusilə vurğulanması lazımdır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, tarixin müxtəlif dönəmlərində Azərbaycan və Türkiyəni bir-birindən ayrı salacaq hadisələr baş verdiyini təəssüflə xatırladıb: “SSRİ-nin qurulmasından sonra Azərbaycanın qədim, doğma diyarı olan Zəngəzur və digər ərazilərin Sovet hökuməti tərəfindən Azərbaycandan alınıb Ermənistana verilməsi ilə bir xəttin qırılması baş verdi. Yəni bu, bir-birini quru yolla bağlayan xəttin qırılmasına gətirib çıxardı. Naxçıvanı Türkiyə ilə bağlayan 11 kilometrlik ərazini Atatürkün İrandan alaraq Azərbaycanla Türkiyə arasında bir xətt olaraq saxlaması gələcək tarix baxımından çox əhəmiyyətli idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı mərhələdə də biz ölkəmizin çətin günlərində bunun nə qədər faydalı, uzaqgörən addım olduğunu görmüş olduq”.

S.Hümbətov vurğulayıb ki, bizim qardaş Türkiyə ilə əlaqələrimiz siyasi, iqtisadi, hərbi, mədəni və bir çox başqa sahələrdə dərinləşir, inkişaf edir: “Bizim qarşımıza qoyduğumuz bugünkü hədəf Türkiyə ilə Azərbaycanın yalnızca dost və qardaş dövlət deyil, həmçinin regionda və dünyada əsas söz sahibinə çevrilməsinə imkan yaratmaqdır”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Mart 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see275

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see271

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see203

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see195

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see180

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see168

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see155

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see147

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see142

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see141

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see135

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see135

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see131

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see130

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see130

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see129

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see127

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri