Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Yol nəqliyyat hadisələrin sayı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Ukraynalı deputat Trampın sülh planını açıqladı

“Biz bu günə qədər “kimin kim, nəyin nə” olduğunu bilmirik...”

“Biz bu günə qədər “kimin kim, nəyin nə” olduğunu bilmirik...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycandakı Sovetlərdən qalma arxivlərə inanmayın: Mir Cəfər Bağırov və digərləri haqda yalanlar yazırlar...”

“Bizim hətta bu gün də yazılan tariximiz də həddindən artıq “ağ ləkə”lərlə  doludur..."

Yerli və beynəlxalq hadisə və proseslərə çoxlarından fərqli yanaşan və Moderator.az-da mütəmadi olaraq müxtəlif mövzularda yazı və açıqlamaları təqdim olunan siyasi analitik, eyni zamanda BDU-nun rus dili və ədəbiyyatı kafedrasının müdiri kimi çalışan Tahir Cəfərli Azərbaycanın tarixi ilə bağlı əksəriyyət üçün ziddiyyətli hesab ediləcək “Sovetlərdən qalma arxivlərə inanmayın” adlı növbəti yazısını təqdim edib. Yazıda Azərbaycanda azad, demokratik düşüncəli əksər vətəndaşların Moskvaya, SSRİ-Rusiya imperiyasına xidmət edərək ötən əsrin 20-50-ci illərində xalqımıza qarşı dəhşətli repressiyaların başında durmuş keçmiş Azərbaycan SSR rəhbəri Mir Cəfər Bağırovun əslində vətənimiz qarşısında müsbət xidmətlər göstərdiyi iddia edilir. Müəllif hələlik bu iddianı təsdiq edən heç bir konkret arxiv sənədi göstərməsə də, həmin məlumatları 1989-1991-ci illərdə əsasən Moskvada Kremlin yaxınlığındakı “Rusiyanın tarixi” muzeyinin və SSRİ Xalq Daxili İşlər Komissarlığının(“NKVD”) arxivlərindən əldə etdiyini bildirir. Fəal oxucular yaxşı bilir ki, Moderator.az-da M.C. Bağırovun xalqımıza qarşı repressiyanın bilavasitə rəhbərlərindən və iştirakçılarından biri olması haqdakı əksər yazılar səhifələrinədək göstərilən arxiv sənədlərinə əsaslanıb.

Bütün hallarda sözügedən materialı oxucuların, xüsusən də tarixçi, siyasətşünas və müxtəlif yerli və dünya arxivlərində məşğul olan araşdırmaçıların müzakirəsinə buraxırıq:

“Prezident İlham Əliyevin 28 aprel 1920-ci ildə XI qızıl ordunun Azərbaycanı işğal etməsi ilə bağlı bəyanatından sonra bütün dünya bir daha əmin oldu ki, Azərbaycan bu tarixdə Rusiya tərəfindən işğal olmuşdur. Azərbaycan yalan yazılan tarixlərin üzərindən xətt çəkməyə başladı. Həqiqət qızıla bənzəyir. Onu torpağa, hətta zibilliyə atsalar da, ortaya çıxanda həmişə parıldayar...

1920-ci il həqiqətlərinə obyektiv qiymət versək, Azərbaycanı işğal etmiş, on minlərlə Azərbaycan vətəndaşını gülləbaran etmiş XI ordunun əməllərinə də düzgün qiymət verərik.

Biz keçmişə diqqətlə baxmasaq, gələcəyi aydın görə bilmərik. Keçmişimiz isə bizim tariximizdir.  Ömrümüz boyu bu və ya digər ölkənin və imperiyanın tərkibində olduğumuzdan, bizim hətta bu gün də yazılan tariximiz də həddindən artıq “ağ ləkələrlə ” doludur. Biz bu günə qədər “kimin kim, nəyin nə” olduğunu bilmirik. Bəzən biz Sovet dövründən bu günə qədər qalan tarix kitablarını oxuyuruq və həqiqət olduğuna inanırıq. Bununla belə, müstəqilliyimiz həmin tarix kitablarını zamanın süzgəcindən keçirtmək üçün bizə şərait yaradır, biz isə hələ də bu şəraitdən istifadə edib, obyektiv tariximizi yaza bilmirik.  Əslində isə tariximiz ciddi tarixi materiallar və sənədlər  əsasında yazılmalıdır, başqa xalqların bizə sırıdığı tarix kitabları ilə yox... 

Ağlı başında olan bir tarixçimiz tapılmır ki, xarici arxivləri alt-üst etsin və Azərbaycanla bağlı həqiqətləri ortaya çıxarsın və xalqımız həqiqətən “kimin kim, nəyin nə” olduğunu bilsin. Fikir verin, 1918-20-ci illərin tarixinə. Azərbaycan Xalq Cəbhəsinin yaradanların adları kənarda qalıb, tarix kitablarında 6 aydan sonra bu qurumda fəaliyyətə başlayanın adını bu dövləti yaradanın adına çıxırlar...

Və yaxud Azərbaycan ordusunu yaradan tatar balası M.Sulkeviçi kənarda qoyub, XI ordunun Bakıya  girməsini təşkil edən, daha doğrusu, bu respublikaya xəyanət edən özü  azərbaycanlı, ancaq sonuna qədər Rusiyaya imperiyasına xidmət edən fərdlərin adına küçələr və s. qoyulur və faktiki olaraq  tariximizi təhrif edirlər...

Niyə? Başqa ölkələrin xoşuna gəlməkdən ötrü yalançı bütləri yaratmaq üçün...

Ancaq bununla belə, tarixi həqiqətlər nə gizlətmək olur, nə də unutmaq... 

Azərbaycan Demokratik Respublikasını yaradanlar və qoruyanlar haqda həqiqətləri ancaq gizli arxivlərdə tapmaq olur. Ancaq bu həqiqətləri isbat edən sənədlər Azərbaycanın arxivlərində deyil, Rusiyanın, İngiltərənin, Almaniyanın , Türkiyənin və s. ölkələrin arxivlərindədir. Ən maraqlısı budur ki, Sovet dövrü ilə bağlı bütün arxivlərimizin çoxu dəyişdirilib və onlara Sovet rejiminə uyğun məzmun verilib. 

“Bir əsr-bir nəsil “ epopeyasını yazarkən öz arxivlərimizdəki materiallarla Rusiya arxivlərində olan eyni mövzuya aid sənədlərin fərqini gördüm.  Rusiya arxivlərindəkilər Azərbaycan arxivlərindən fərqlənirdilər. Qısası, Mircəfər Bağırovla bağlı mən Moskva, Sankt-Peterburq arxivlərinin materiallarının daha obyektiv olduğu qənaətinə gəldim. Çünki orada saxlanılanlarla Azərbaycanda saxlanılanları müqayisə etdikdə anlayırsan ki, Azərbaycandakı arxivlərdə Azərbaycanın bu dövlət xadiminin fəaliyyəti Vətən xaini statusunu ona sırımaq üçün dəyişdirilib...

Moskva arxivlərinin birində onun 1932-ci ildə  Azərbaycanda hakimiyyəti ermənilərin əlindən aldığı və ölkənin azərbaycanlaşdırılmasına təkan verdiyindən danışılır. Maraqlıdır ki, ermənilər nəyin bahasına olsun, onu aradan götürməyi A. Mikoyandan tələb edir və ona yazırlar ki, belə getsə, biz Bakını itirəcəyik - deyirlər...

Azərbaycanın bir tarix kitabında yazılmır ki, 1932-ci ilə qədər Azərbaycan xalqının malı və qanı hesabına qazanılan nə vardısa, Azərbaycanın birinci katibləri olan ermənilər Ermənistanın inkişafına və azərbaycanlıların oradan köçürülməsinə yönəldirdilər və bunun qarşısını ancaq Mircəfər Bağırov aldı. 10 il müddətində Azərbaycanda ağalıq edən ermənilər və onların əlaltıları minlərlə azərbaycanlını ata-baba yurdlarından köçürməyə rəvac veriblər, azərbaycanlıları vəhşi  köçəri xalq kimi dünyanın gözündən salıblar... Və təqdirəlayiqdir ki, M.Bağırovun bu fərdlərin anasını ağlar qoymasını xalqımız həmişə alqışlayıb və onun tərəfində olublar...

1932-ci ildə Mircəfər hakimiyyətə gələndən sonra Azərbaycan tikinti meydanına çevrildi. Yüzlərlə yeni  zavod və fabrik, ali məktəblər, klublar, yaşayış binaları, sanatoriyalar, pioner düşərgələri, ən əsası yeni şəhərlər: Mingəçevir, Əlibayramlı, Sumqayıt və  həmçinin Neft Daşları yaradıldı. M. Bağırov Azərbaycanı dünyanın neft akademiyasına çevirdi...

İndiyə qədər bir tarixçi yazmır ki, ermənilərin, ilk növbədə A.Mikoyanın əliylə Vətən müharibəsi illərində azərbaycanlıların Qafqazdan köçürülməsinin iki dəfə qarşısını Mircəfər Bağırov aldı.

İndi təsəvvür edin bu tarixi şəxsiyyət “Böyük Ermənistan” arzularını ermənilərin ürəyində necə  qoyub.

Tarixçilərimiz onu da yazmırlar ki, M.Bağırov olmasaydı, N.S. Xruşovun nəslindən olan general rastına çıxan azərbaycanlıları “Yoldaşı” adıyla necə güllələdib sonuna çıxırdı. 

Faşizmə qarşı vuruşan azərbaycanlılar faşist gülləsi ilə deyil, sovet gülləsi ilə  qətlə yetirilirdilər. Bu əmri verən generalı M.Bağırov güllələmişdi və Taqanroq diviziyasını yaratmışdı. Həmin diviziyanın əsgərləri Reyxstaqa birinci girmişdilər və onun damında bayrağı asanlar da azərbaycanlılar olmuşdular.

Stalin öləndən sonra hakimiyyətə gələn Xruşov M.Bağırovdan qisas aldı. Ən maraqlı fakt, elə elədi ki, onun üzünə elə azərbaycanlılar dursunlar və onu Vətən xaininə çevirsinlər. Yazıçılar və şairlər və bəzi hallarda Azərbaycanın bütün “ziyalı” adlananları öz rəqiblərini aradan götürmək üçün Moskvaya  minlərlə anonim məktublar yazıb, H.Cavidin, M.Müşfiqin və s. qanına bais olublar. Bütün bu yazılar Rusiya arxivlərində var. İndi onların övladları və digər qohumları ata-babalarının günahlarını M. Bağırovun üstünə yıxırlar... Onu yenə də “vətən xaini” adlandırırlar.

Nə haqla? Azərbaycanın iqtisadiyyatını, sənayesini yaratmış, onu qorumuş  insanın adına bu statusu yapırlar. 

Məgər Vətənə böyük xidmətlər göstərib onu qoruyanı “Vətən xaini” adlandırmaq olar? 

Bu məntiqdən belə çıxır ki, xəyanət edənlər qəhrəmandır...

(Davamı var)

Qeyd: 

Növbəti hissədə əsasən müəllifin sovet dövrünün tanınmış, özü də milli qeyrətli ictimai və dövlət xadimlərindən biri olmuş Nazim Hacıyev haqda fikirləri təqdim olunacaq.

Moderator.az-ı izləyin!..

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see214

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see197

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see180

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see173

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see154

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see148

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see146

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see144

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see141

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see136

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see135

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see131

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see130

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see127

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see127

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see125

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see124

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri