Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Biz nə qədər həmrəyik?

Biz nə qədər həmrəyik?

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lalə Mehralı

8 sentyabr- Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. Həmrəyliyi ən az nümayiş etdirən bizlərin yəni. Jurnalistika ən sürətli dəyişiklik yaşayan peşələrdəndir. Transformasiya o qədər sürətlə gedir ki, dünənlə bu gün arasında olan fərq heyrət doğurur.

Əvvəl radio 1 idi, sonra çeşidləndi, ağ-qara ekranımız rəngləndi, mətbuatdakı həmkarlarım kağızdan sensora, əlyazmadan kompyuterə keçdi, televiziyaların sayı artdı, inkişaf dayanmadı, tv-lər internetdə göstərdi, 3 ölçülü görüntü ilə yayımlandı, qəzetlər QR kod ilə dərc olundu (yeri gəlmişkən ilk dəfə elə bizim qəzetdə- "Səs"-də tətbiq olundu). Dəyişiklik dayanmır, hər gün yenilik olur peşəmizdə.

Təəssüf ki, hər şey yaxşılığa doğru dəyişmədi. Peşəmiz getdikcə bizə də yadlaşmağa başladı. İndi bizim yazdıqlarımız bizdən başqa heç kimi maraqlandırmır. Hamı jurnalist olmağa həvəslənib çünki. Addımbaşı özünü jurnalist adlandıranlarla qarşılaşırıq. Təmənnasız xidmətimiz biznes maraqları üzərində qazanc məqsədi ilə əvəzləndi, məqalələri bizim yerimizə PR menecerlər yazmağa başladı, media orqanları sponsorların diqtəsi ilə işləməyə başladı. Öz həmkarımız olan rəhbərlərimizlə həmrəyliyimiz beləcə pozulmağa başladı.

Əvvəl peşəmizin qoxusu vardı, indi, sadəcə, virtualdır. Əvvəl mətbuatın oxucuya qarşı məsuliyyəti vardı, indi sponsora qarşı məsuliyyət var. Əvvəl bir mövzunun müəyyən aktuallıq dövrü vardı, bu 1 gün də olurdu, 1 həftə də, 1 ay da. İndi mövzu və gündəm hər saniyə dəyişir. Əvvəl media orqanını peşəkar idarə edirdi, indi sponsorlar idarə edir. Əvvəl işinin peşəkarı işə götürülürdü, indi hadisə yaratmağı, şou göstərməyi bacaranlara təlabat var. Əhəmiyyətli deyil o nə yazacaq, vacib deyil ki, hansı müğənninin alt paltarı barədə reportaj edəcək, səhər yeməyində yumurtanı soyutma, yoxsa qayğanaq sevməsi barədə müğənninin mətbəxindən stand-up edəcək, əsas odur ki, yazdığı gündəm olacaq. Görün oxucumuz hansı səviyyədən hansı səviyyəyə düşdü...

Məqalələrimiz şou nümayiş etdirən sosial şəbəkə jurnalistikasının kölgəsində qalmağa başladı. İnsanları bizim yazdığımız ciddi sosial, iqtisadi problemlər yox, kimin necə yeməsi, necə yatması, nə geyməsi, harda gəzməsi maraqlandırdı. Biz yalnız dar gündə yada düşdük – problemi olan, dərdi dəbərən, köməyə ehtiyacı olan insanlar axtardı bizi. Təmənnasız xidmətimiz müqabilində bir quru “sağ ol” almadığımız vaxtlar çox oldu. Bütün peşəkar həmkarlarımı bu soyutdu peşədən, hərə bir tərəfə dağıldı, həmrəyliyimiz pozuldu.

Qəzetlərin vəziyyəti ağırlaşdı, tirajlar düşdü, gəlirlər azaldı. Bizə ən böyük rəqib elə öz peşəmiz oldu, virtual müstəviyə keçdiyi üçün... Qəzetlərin tirajı düşdükdə sosial şəbəkə jurnalistikasının “like” sayı artdı. Zamana ayaq uyduran bəzi həmkarlarımız ciddi jurnalistikanın başını buraxdı, şouya qurşandı, "bəyəndim" sayı, hədiyyə yağışı atəşinə tutuldu. Onlarla həmrəyliyimiz də alınmadı, daha başqa-başqa gerçəklərimiz var çünki.

Dəyişiklik, yenilik vacibdir, amma baxır hansı istiqamətdə. Transformasiya bizə, peşəmizə fayda gətirməyəcəksə nə önəmi var? Əfsus ki, jurnalistikada dəyişiklik bizi irəli yox, sona aparır. Bu qədər sürətli yenilik bir gün bizə yetməyəcək, daha çoxunu istəyəcəyik, peşəmiz getdikcə genini dəyişəcək, bizə yadlaşacaq və bir gün mətbuatdakı təkamül hamımızın narahat gözlərlə baxacağımız “bağlanış tamaşası” ilə sonlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see313

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see264

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see261

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see258

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see250

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see230

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see230

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see218

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see213

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see211

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see207

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see202

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see197

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see193

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see190

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see189

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see187

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see184

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see184

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri