“Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yunan-Roma güləşi üzrə 2 qat Avropa çempionu Qurban Qurbanov (82 kq) təəssüratlarını bölüşüb.
Futbolpress.az xəbər verir ki, Qurbanov Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında çempionluğunu belə şərh edib:
“İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov bu gün 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.
Bu mövzuda digər xəbərlər:Zaur Həşimov: “Biz istəyirik ki, onu yenidən qazanaq”
06 Sentyabr 2026 01:57
Rövşən Nəcəf: İstəyirik ki, uğurlar milli komanda səviyyəsində də qazanılsın
08 Sentyabr 2025 17:47
Biz sülh istəyirik!
09 Yanvar 2025 09:11
Biz nə istəyirik?
13 İyun 2026 16:05
“Biz də istəyirik ki, müəllimlərin maaşı artsın”: Nazir müavini
24 Oktyabr 2025 16:10
Baxış sayı:120
Bu xəbər 23 Aprel 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















