Icma.az
close
up
RU
Biz nə istəyirik?

Biz nə istəyirik?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsan istəkləri sonsuzdur. Yaşadığı müddətdə nəyisə arzulayır, nəyəsə çatmaq istəyir, nəyinsə həsrətini çəkir. Bəzən sahib olduqlarını adi qəbul edir. Sahib olmadıqlarını xoşbəxtliyin açarı kimi baxır. Elə buna görə də insanın istəkləri bitmir. Bir arzu həyata keçir, yerini başqa bir arzu tutur. Bir hədəfə çatır, dərhal yeni bir hədəf axtarır.

Əslində, bütün bunlar çox normaldır, istək sabahdır. İnsan istəyərək inkişaf edir, qurur, istəyərək yaradır. Arzu olmayan yerdə həyat da dayanır.

Amma qəribə olan başqa məsələdir. İstədiklərimiz həyata keçəndə narazılıq etməyə başlayırıq.

Fikir vermisinizmi, qış istəyirik, qış gəlir, başlayırıq soyuqdan, qardan şikayətlənməyə... Qışda yay havası olmayacaq ki...

Yay istəyirik, amma isti olmasın deyirik, günəşdən qaçırıq. Yayda qış havası olmayacaq ki...

Deməli, məsələ həm də nə istədiyimizi, niyə istədiyimizi və əldə etdiklərimizin qədrini nə qədər bildiyimizi anlamaqdadır.

Bütün bunların fonunda adam öz-özünə bir sual verir, biz nə istəyirik?

Qış istəyirik, soyuq olmasın deyirik. Qardan şikayətlənirik. Halbuki qışı özümüz istəmişdik.

Yay istəyirik, isti olmasın deyirik. Günəşdən qaçırıq. Halbuki yayın mahiyyəti elə istidir.

Yağış istəyirik, islananda narazı qalırıq.

Ucuzluq istəyirik, bazarda qiymət düşəndə fermerin halını düşünmürük.

Sakitlik istəyirik, dedi-qodu olan yerə meyillənirik.

Təmiz şəhər istəyirik, zibili yerə atırıq.

Mədəni cəmiyyət istəyirik, kobudluğu alqışlayanları izləyirik.

Ədalət istəyirik, növbədə gözləməyə səbrimiz çatmır.

Vicdanlı məmur istəyirik, işimizin tez, istədiyimiz kimi getməsi üçün başqa yol axtarırıq.

Sağlam həyat istəyirik, gecə yarısına qədər telefon ekranından, soyuducunun yanından ayrılmırıq.

Kitab oxuyan gənclər istəyirik, uşaqların əlinə ilk telefon veririk.

Milli dəyərlərimizi qorumaq istəyirik, toylarımızda başa düşmədiyimiz mahnılara rəqs edirik.

Tərbiyəli nəsil istəyirik, sosial şəbəkədə ən çox tərbiyəsizliyi nümayiş etdirənləri öyürük.

Savadlı insanlar istəyirik, elm adamını önəmsizləyirik, sensasiya yaradan adamları məşhur edirik.

Həkimdən, müəllimdən, polis əməkdaşından nümunə istəyirik, özümüz nümunə olmağa addım atmırıq.

Yaxşı qonşu istəyirik, qonşumuza bir dəqiqə ayırmırıq.

Düz danışan insan istəyirik, həqiqət səslənəndə inciyirik.

Övladlarımızın yaxşı oxumasını, bilikli, savadlı olmasını, ağıllı, tərbiyəli, vətəninə bağlı böyüməsini istəyirik. Onların ən çox vaxt keçirdiyi yerin telefon ekranı olmasına özümz şərait yaradırıq. Ən təsirli söhbət, güclü təbliğat oradadır. Bilməliyik ki, sosial şəbəkələr təkcə vaxt aparmır, şüuraltına təsir edir.

Əksər hallarda valideynlər uşaq sakit dayansən deyə, onun əlinə telefon verir. Körpənin susması bizi sevindirir. Amma düşünmürük ki, bununla onun danışığını gecikdiririk, onu real həyatdan uzaqlaşdırırıq. Bilərəkdən, ya bilməyərəkdən, ekranı uşağın dostu, hətta valideynini əvəz edən varlıq kimi formalaşdırırıq. Ekrandakı ziyanverici oyunlar və mənasız videolar uşağın xarakterinə təsirsiz ötüşmür.

Sonra da deyirik ki, uşaqlar dəyişib.

Əslində uşaqlar dəyişməyib, onların qarşısına qoyduqlarımız dəyişib.

Biz nəyi göstəririksə, uşaqlar onu görür, nəyi dinləyiriksə, onlar onu eşidir.

Biz kimi məşhur ediriksə, uşaqlar da onlara oxşamaq istəyirlər.

Hər bir ata öz övladına örnək olmalıdır.

Hər bir ana ilk müəllim olmalıdır.

Hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir.

Cəmiyyət göydən düşmür, cəmiyyət elə bizik.

Biz necəyiksə, sabahımız da elə olacaq.

Ona görə də əvvəlcə bir sualın cavabını dəqiq verməliyik.

Biz həqiqətən nə istəyirik?

İstədiyimizlə yaşadığımız həyat arasında fərq varsa, problem seçimlərimizdədir.

Məncə, bu gün ən vacib sual budur, biz nə istəyirik?

Doğrudanmı, biz istədiyimizi istəyirik…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri