“Biz dünyanın hər yerində Azərbaycan məktəbi aça bilmərik, amma...”
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Biz dünyanın hər yerində ana dilimizi təbliğ etmək üçün Azərbaycan məktəbi aça bilmərik. Amma azərbaycanlıların çoxluq təşkil etdiyi, daha fəal və istəkli olduğu yerlərdə bu cür məktəblər açmaq mümkündür”.
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib. O, bildirib ki, bu məsələdə Azərbaycan dövləti ilə yanaşı, xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının da fəallığı vacibdir:
“Təbii ki, dilimizin azərbaycanlılar yaşayan ölkələrdə təbliği vacib və faydalıdır. Lakin bu məsələdə hər şeyi dövlətdən gözləmək doğru deyil. Bu məsələdə xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın istəyindən, fəallığından da çox şey asılıdır. Onlar bu məsələdə nə qədər istəkli və qərarlıdırlarsa, həmin ölkədə Azərbaycan məktəblərinin təşkili bir o qədər mümküün və effektli olar”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Fevral 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















