Icma.az
close
up
RU
Biz hamımız dövlətimizin yanındayıq, Prezidentimizlə həmrəyik!

Biz hamımız dövlətimizin yanındayıq, Prezidentimizlə həmrəyik!

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Başa çatmaqda olan həftə ölkənin ictimai-siyasi qüvvələri üçün Laçın həftəsi kimi yadda qaldı. Bunun da əsas leytmotivi məhz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da ölkənin siyasi partiyalarının rəhbərlərinin, ictimai xadimlərin, politoloqların və media təmsilçilərinin işğaldan azad edilmiş Laçın rayonuna birgə səfərinin gerçəkləşdirilməsi oldu. Bu səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloqlar, siyasi şərhçilər, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak edirdilər. Laçına təşkil olunan bu səfər işğaldan azad edilmiş ərazilərimizə sayca 6-cı səfər idi. Bu qəbildən olan birgə səfərlər daha öncə Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində həyata keçirilən bu səfərlər ilk növbədə siyasi qüvvələr arasında sivil əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına, siyasi proseslərdə sağlam, rasional və peşəkar davranış normalarının formalaşmasına, iqtidar-müxalifət dialoqu müstəvisində cəmiyyətdə həmrəylik mühitinin qorunmasına, milli maraqlar naminə, dövlətçilik naminə şəxsi ambisiyalardan imtina olunması mədəniyyətinin gəlişməsinə xidmət edir. Bu cür səfərlər ictimaiyyət tərəfindən də təqdirlə qarşılanır. Dövlətin, hakimiyyətin təşəbbüsü ilə siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin təşkili Azərbaycan ictimaiyyəti tərəfindən müsbət demokratik ənənə kimi qəbul olunur və siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı və işgüzar münasibətləri daha da dərinləşdirir.
Burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərə birgə səfərlərin təşkil olunması kontekstində ölkədə Milli həmrəylik mühitini daha da gücləndirmək və bu mühitin dayanıqlığına nail olmaqdır. Birlik və bərabərlik ovqatının təzahürü ilə müşayiət olunan bu səfərlərin əsnasında həm iqtidar-müxalifət münasibətlərində, həm də bütövlükdə ölkəmizin mövcud ictimai-siyasi qüvvələrində müsbət anlamda yeni dəyərlər, vərdişlər, münasibətlər sistemi təşəkkül tapmağa başlayır. Biz siyasi partiya rəhbərlərinin və ictimai-siyasi fəalların davranışlarında yeni tendensiyanın şahidi oluruq. Söhbət Həmrəylik amilinin daha qabarıq şəkildə təzahür etməsindən və önə keçməsindən gedir. Biz bu gün ölkədə siyasi dialoqdan milli həmrəyliyə keçidin baş verdiyini görürük.
Artıq hər kəs bu danılmaz həqiqəti qəbul edir ki, ölkəmizdə güclənməkdə olan milli həmrəylik mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Bunun fərqində olan və siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Bu mənada siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə, səfərlərdə fəal iştirakı onların milli və siyasi həmrəyliyə real dəstəyinin təzahürüdür. Məhz bu cür həmrəylik ənənəsinin get-gedə oturuşmasının nəticəsində artıq siyasətçilərimizdə “mən” fərdiyyətçiliyi və eqoizmi, "mənəmlik" narssisizmi get-gedə “biz” yanaşması ilə, ümummilli maraqlara xidmət anlayışı ilə əvəzlənir. Beləliklə, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” mesajı artıq öz gerçək təsdiqini tapır. Təkcə dövlət başçısının deyil, ictimai-siyasi qüvvələrin də bu ideoloji düsturdan çıxış etməsi ölkədə dayanıqlı inkişafın və milli birliyin əsas zəmanətinə çevrilir.
Beləliklə, ölkəmizdə xalq-dövlət və iqtidar-müxalifət münasibətlərinin sağlam təməl üzərində bərqərar olması baş verir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Laçın şəhərində səfər iştirakçıları qarşısında çıxışı zamanı vurğuladığı kimi, "ölkəmizdə yaşanan milli həmrəylik mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər". Belə bir demokratik təcrübə və birlik mühitinin yaranmasından isə nəticə etibarilə hamımız qazanmış oluruq. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məkanlarının rəsmi açılışlarından və Qarabağa köçmüş sakinlərlə görüşlərindən sonra, siyasi partiya sədrlərinin də bu ərazilərə səfərlərinin uğurla təşkil olunması həm dövlət başçısının yürütdüyü siyasətə açıq dəstəyin ifadəsi, həm də yeni siyasi mədəniyyətin təzahürüdür. Bəli, biz hamımız dövlətimizin yanındayıq, Prezidentimizlə həmrəyik!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 May 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri