Icma.az
close
up
RU
Polşa səfiri: “Biz gürcü xalqının yanındayıq”

Polşa səfiri: “Biz gürcü xalqının yanındayıq”

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Varşava gürcü diplomatları və rəsmiləri üçün vizasız gediş-gəlişin dayandırılması qərarını dəstəkləyir

Polşa Avropa İttifaqı (Aİ) Şurasının gürcü diplomatları və rəsmiləri üçün vizasız rejimin dayandırılması ilə bağlı qərarını dəstəkləyir. AYNA xəbər verir ki, bu barədə Polşanın Gürcüstandakı səfiri Artur Qebal jurnalistlərlə söhbətində bildirib.

“Bu məsələdə biz Avropa konsensusuna qoşulmuşuq. Biz bu son qərarı dəstəklədik, ona görə də iş davam edir. Biz bir ölkə olaraq Avropa konsensusunu dəstəkləyirik”, Qebal qeyd edib.

Polşanın Aİ Şurasına sədrlik edən ölkə kimi Aİ səviyyəsində “Gürcü Arzusu” rəsmilərinə qarşı sanksiyaların tətbiqinə təşəbbüs göstərəcəyi gözlənilirmi sualına o, hazırda belə bir məlumata malik olmadığını qeyd edib.

“Biz Aİ Şurasının Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması ilə bağlı qərarını dəstəkləyirik. Hesab edirik ki, bu, yaxşı qərardır və mövcud vəziyyəti yaxşı əks etdirir. Biz həmçinin hesab edirik ki, bu, bizim dəstəklədiyimiz Aİ tərəfindən simvolik bir jest və ilk addımdır. Sədrlik edən ölkə olaraq bizim vasitəçilik rolumuz var, ona görə də biz Aİ-nin hərəkətlərini dəstəkləyirik. İndiki mərhələdə əlavə addımlar barədə məlumatım yoxdur. Lakin Aİ-da müzakirələr davam edir. Veymar üçbucağı ölkələri, Fransa və Almaniya ilə birlikdə ötən ilin son günündə Gürcüstan hökumətinin Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırmaq qərarından məyusluğumuzu ifadə edən və repressiyaları pisləyən bəyanat verdik. Biz bunu davam etdiririk. Biz gürcü xalqının yanındayıq və onun demokratiya, Avropa dəyərləri və Avropa İttifaqına üzvlük uğrunda apardığı mübarizədə onu dəstəkləyirik”, - Qebal vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Yanvar 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri