Icma.az
close
up
RU
Biz hara gedirik? KÜNCDƏN BAXIŞ

Biz hara gedirik? KÜNCDƏN BAXIŞ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Elçin Bayramlı

Son vaxtlar maddi dəyərlər mənəvi dəyərləri üstələməkdədir. İnsanlarda depressiya, stress artıb. Hiyləgərlik üsulları xeyli rəngarəngləşib və təkmilləşib. Ümumi cəmiyyət maraqları şəxsi maraqlara qurban verilir. Əsas məqsəd çoxlu pul qazanmaq, vəzifə, şöhrət əldə etmək və özünü başqalarından üstün göstərmək üzərində fokuslanıb. Qanunu, qaydanı pozmaq üstünlük sayılır, başqalarından fərqlənmək (bu hətta pis şeylərdə olsa belə) azarı gənclər arasında geniş yayılır.

Hətta gərgin münasibətlər ətraf mühitdən ailə daxilinə keçib və məhz bu səbəbdən münaqişələrin, boşanmaların və ailədaxili qətllərin sayı artır. Böyük sözünü vecinə alan da yoxdur. Bir çox gənclər açıqca deyirlər ki, biz hər şeyi bilirik və doğru edirik, siz yaşlı nəsil heç nə bilmirsiniz və səhv edirsiniz. Lakin reallıq bütün dövrlərdə və bütün ölkələrdə olduğu kimi tam əksini göstərir.

Əvvəllər milli-mənəvi dəyərlərimiz həyatımızın əsas sütunu idi. El arasında yazılmamış qanunlar adlandırılan ictimai davranış kodeksləri var idi və buna əməl olunurdu.

İnsanlar bir-biri ilə ədəb-ərkanla davranır, böyük-kiçik, qadın-kişi yeri bilinirdi. İctimai yerlərdə şit hərəkətlər, ucadan mahnı oxutmaq, dar keçidlərdə yolu kəsərək söhbətləşmək və ya zarafatyana süpürləşmək, ucadan danışmaq, hara gəldi zibil atmaq, avtobusda sürücü ilə söyüşmək… yəqin ki, heç kimin ağlına belə gəlmirdi.

21-ci əsrə keçid sanki başqa bir dünyanı gətirdi. Pul və vəzifə uğrunda amansızcasına mübarizə mənəvi dəyərləri tədricən arxa plana keçirdi. Təhsilə, elmə, mədəniyyətə marağı əyləncənin əvəz etməsi, ağsaqqal-qarasaqqal münasibətlərinin çərçivədən çıxması, TV-lərdən şou, serial və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşma, psixotron terror, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışların, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalaşdırılması… siyahı təəssüf ki, xeyli uzundur. Bu psixotron terror mənəvi zombiləşmənin əsasını qoymaqdadır.

Bu tendensiya real həyatdan indi də virtual həyata keçib. Mediada təhqir, böhtan, şantaj yalan xəbər yayıb çoxlu izləyici əldə etmək və pul qazanmaq daha ayıb sayılmır. İnternet saytlarda biabırçılıq baş alıb gedir. Televiziyalar daha çox mənfi şeyləri təbliğ edir, maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olduğunu “göstərirlər” (burada əlbəttə dövlət və ictimai televiziya kanallarını istisna etmək lazımdır, onlar hələ də televiziyanın funksiyasını unutmayıblar).

Sosial şəbəkələrdə adamlar normal müzakirə aparmaq əvəzinə bir-birini “qırır”. Heç kimin sözü heç kimə xoş gəlmir. Heç kim heç kimin “kitabını oxumur”. Həqiqəti deyəni, nöqsanlarımızı üzə çıxaranı, düzəltməyə çalışanları, mənəvi dəyərləri müdafiə edənləri “geridə qalmış” adlandırır və az qalırlar linç edələr.

Bəli, bu gün, bəzi qlobal mərkəzlər tərəfindən cəmiyyətimizə yad dəyərlər oturdulur, hər şey tədricən dəyişdirilir. Bunun nəticəsində, indi müsbət şeylər mənfi sayılır, mənfi şeylər müsbət. Mənfilər çoxaldıqca müsbətlər azalır. Azlıq çoxluğa tabe olur.

İndiki qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi daha çox qorumalıyıq, çünki indiyədək heç vaxt olmadığı qədər güclü təzyiq və terror altındadır. Elmə-təhsilə daha çox fikir verib irəli getməliyik. Sağlam düşüncəli, savadlı uşaqlar yetişdirib tərbiyə etməli, xalqımızı, ölkəmizi dünyanın inkişaf etmiş ölkəsinə çevirəcək insanları qorumalı, küçə müğənnilərini və yarıçılpaq modelləri dinləmək əvəzinə alimləri, ziyalıları dinləməliyik. Yalnız bu yolla bir millət kimi yaşaya və inkişaf edə bilərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri