Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Biz faşizmə 2 dəfə qalib gəldik KÜNCDƏN BAXIŞ

Biz faşizmə 2 dəfə qalib gəldik KÜNCDƏN BAXIŞ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Elçin Bayramlı

55 milyon insanın həlakı, onlarla ölkənin, on minlərlə şəhər kəndin dağılması ilə müşayiət olunan II Dünya Müharibəsi illəri bəşəriyyət tarixində ən ağır və dəhşətli dövr oldu. Almaniya və İtaliyada meydana gələn faşizm kabusu nəinki bu ölkələrin özünü, bütün bəşəriyyəti təhlükə altına almışdı.

Bu müharibənin ən böyük hədəfi də SSRİ oldu. Bəşəriyyəti faşizmdən isə elə Sovet İttfaqı xilas etdi. 1945-ci il mayın 8-i gecəsi Almaniyanın təslim olması haqda müqavilə imzalandı- bu, əslində, Yaponiya ilə haqq-hesabın daha sonra çürüdülməsinə baxmayaraq, bəşəriyyət tarixində ən dəhşətli müharibənin sona çatmasını xəbər verirdi.

Böyük Vətən Müharibəsi illərində Sovet vaxtı dünya tarixində misli görünməmiş qəhrəmanlıq göstərdilər. 141-ci il 22 iyun gecəsində Almaniya işğal etdiyi 6 dövlətin orduları ilə birlikdə SSRİ-yə qəfil hücum etmişdi və hazırlıqsız yaxalanan Qızıl Ordu çətin vəziyyətə düşmüşdü.

Düşməndən canlı qüvvə, silah-sursat və hərbi texnika sayına görə 3 dəfə zəif olan Sovet Ordusu bu müharibədə yüksək mənəvi-ideoloji üstünlük, vətənpərvərlik, döyüşkənlik, xalqın birliyi, arxa cəbhənin ağlagəlməz dərəcədə gərgin zəhməti və nəhayət Stalin başqa olmaqla Sovet generalitetinin ağıllı taktikaları sayəsində qalib gəldi.

Bəşəriyyətin qorxunc faşizmdən xilas edilməsində respublikamızın da əvəzedilməz xidmətləri oldu. Azərbaycan xalqının oğul və qızları həm agır döyüşlərin getdiyi cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq nümunələri göstərdilər.

Qısa zamanda respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstəsi təşkil olundu. 1941-1945-ci Azərbaycanın 3,4 milyon əhalisindən 600 mindən çoxu cəbhəyə yollanmışdı ki, onlardan da yarısı döyüşlərdə həlak oldu. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz döyüş yolu keçdilər.

130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bunlardan Həzi Aslanov (2 dəfə), Adil Quliyev, Ziya Bunyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov və başqalarını göstərmək olar.

Bundan başqa, 30 nəfər Şərəf ordeni ilə təltif olundu. Generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazdılar. Ümumilikdə isə, 170 mindən artıq Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edildi.

Respublika iqtisadiyyatı cəbhə üçün işləməyə başladı. Az bir vaxtda Bakı Qızıl Ordunun ən mühüm cəbbəxanalarından birinə çevrildi. Müharibə illərində Bakıda cəbhə üçün 130 növ silah və döyüş sursatı da istehsal olunub.

Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər. 1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı, paltar və ərzaqla dolu yük qatarları və gəmilər yollanırdı.

1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox- 23,5 millyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 70%-dən çoxunu təşkil edirdi.

Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, o cümlədən 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti də vacib amillərdən biri oldu.

Lakin Azərbaycan xalqının bu müharibədə əsas xidməti cəbhəyə neft vermək deyildi. Yüz minlərlə əsgərimizin qəhrəmancasına döyüşməsi, o vaxtkı respublika rəhbəri Mircəfər Bağırov başda olmaqla xalqımızın arxa cəbhədə mütəşəkkil və gərgin fəaliyyəti əsas rol sayılmalıdır.

1945-ci ildə faşizm məğlub edildi və dünya bu bəladan xilas edildi. Lakin SSRi-nin dağılmasından sonra dünyada faşizm yenidən cücərməyə başladı. Belə cücərmə ocaqlarından biri də Ermənistan oldu. Azərbaycan xalqı isə faşizmlə 2-si dəfə qarşılaşdı və 30 ildən artıq davam edən mübarizədə qalıb gəldi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz ərazilərini erməni faşist rejiminin işğalından xilas etmək üçün hərbi əməliyyatlara başladı və cəmi ay yarım ərzində düşməni məğlub etdi.

Digər xalqlar faşizmlə müharibədə 1 dəfə qalib gəlmişdilər, Azərbaycan xalqı isə 2 dəfə qalib gəldi- 1-ci dəfə 1945-ci ildə, 2-ci dəfə 2020-ci ildə. Bu cəhətdən faşizm üzərində Qələbə bayramı Azərbaycan xalqının ikiqat bayramı sayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri