“Biz İspaniyadan qaçan yəhudiləri qəbul edən xalqıq, amma…” Fidan Türkiyənin İsraillə problemini açıqladı KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ankaranın problemi İsrailin sionist əsaslı siyasəti ilə bağlıdır”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, Türkiyənin yəhudilərlə heç bir problemi yoxdur. Ankaranın problemi İsrailin “sionizmə əsaslanan ekspansionist siyasəti” ilə bağlıdır.
“Bildiyiniz kimi, Türkiyə İsrail dövlətini tanıyan ilk ölkələrdən biri olub. Bu proses zamanı bizim yalnız bir həssaslığımız var – Qüds və Fələstin xalqı. Bu, xalqımızın həssaslığıdır. Türkiyədə hər bir seçilmiş hökumət xalqı dinləməlidir. Biz İspaniyadan qaçan yəhudiləri qəbul edən xalqıq. İkinci Dünya Müharibəsi zamanı Hitlerin zülmündən qaçan yəhudiləri qarşılayan bir ölkəyik. Yəhudilərlə heç bir problemimiz yoxdur. Bizim İsrail dövlətinin sionizmə əsaslanan ekspansionist siyasətləri ilə bağlı problemimiz var”, – deyə Fidan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 28 Fevral 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















