Icma.az
close
up
RU
“Biz kömək deyil, həddindən artıq söz almışıq...” Zelenski ABŞ və Böyük Britaniyanı ittiham etdi AzPolitika onlayn siyasiictimai qəzet

“Biz kömək deyil, həddindən artıq söz almışıq...” Zelenski ABŞ və Böyük Britaniyanı ittiham etdi AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Nə Putinə, nə də rus xalqına hörmət etmirəm...”

Ukrayna Prezidenti Volodimir Zelenski məşhur amerikalı bloger Leks Fridmana üç saatlıq müsahibə verib.

“AzPolitika” xəbər verir ki, dövlət başçısı müsahibəsində Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynaya yardım edən Qərb dövlətlərini sərt tənqid edib.

Zelenski xüsusilə, 1994-cü ildə Rusiyanın iştirakı ilə Budapeşt Memorandumunu imzalayan, Ukraynanın ərazi bütövlüyünün qarantı kimi çıxış edən böyük dünya dövlətlərini, ABŞ və Böyük Britaniyanı tənqid edib. Onları Ukraynaya qarşı təcavüzə göz yummaqda ittiham edib.

“İndi başa düşürük ki, bunlar heç bir təhlükəsizlik zəmanəti deyil”, - deyə

Zelenski bildirib: “Bunu düşünən bütün insanları tapıb, sadəcə həbsxanaya salmaq lazımdır... Donbas və Krımın bir hissəsi işğal edildikdən sonra Ukrayna 3 dəfə bütün təhlükəsizlik qarantlarına, Budapeşt Memorandumunun bütün üzvlərinə rəsmi məktublar göndərib. Kimsə bu məktublara cavab verdimi?”

Hazırkı vəziyyətdən danışan Zelenski bildirib ki, indi Ukraynaya müharibəni bitirmək üçün təhlükəsizlik zəmanəti təkcə kağız üzərində olmalı deyil və onlar Rusiyanı real hərbi təcavüzdən çəkindirməkdən ibarət olmalıdır.

Ukrayna Prezidenti deyib ki, o, Donald Trampla Budapeşt Memorandumu barədə danışıb: “Biz bu söhbəti hələ bitirməmişik, davam etdirəcəyik”.

Zelenski əlavə edib ki, Putin Trampdan qorxur və hazırda Rusiya rəhbərliyinin məqsədi onu ABŞ Prezidenti ilə Ukrayna ərazilərinin işğalına son qoymaqla bağlı mübahisələrə cəlb etməkdir.

Zelenskinin sözlərinə görə, Tramp vəzifəyə gəldikdən dərhal sonra onunla sülhə nail olmaq yolları ilə bağlı müzakirələrə başlamağa hazırdır: “Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə, ilk növbədə, Trampla bir araya gələrək, müharibəni və Putini necə dayandıra biləcəyimiz barədə razılığa gələcəyik”.

Zelenski, “Əgər Tramp Ukrayna üçün güclü təhlükəsizlik zəmanəti təklif edərsə, bundan sonra o, ruslarla danışa bilər”, - deyib.

Zelenski Co Bayden administrasiyasını da tənqid edərək deyib ki, bu administrasiya Rusiya qoşunlarının işğalının ilk zamanlarında Ukraynaya lazımi hərbi yardım göstərməyib. Ukrayna lideri belə deyib: “Biz kömək almamışıq, amma sözlərin kömək olduğunu düşünsək, onda bunları həddindən artıq çox almışıq”.

Zelenski hesab edir ki, Rusiyaya qarşı sanksiyalar işğaldan sonra deyil, onun Ukraynaya müdaxiləyə hazırlığı fonunda qabaqlayıcı şəkildə tətbiq edilməli idi.

Rusiya ilə barışıq danışıqlarının şərtləri ilə bağlı sualları cavablandıran Zelenski Vladimir Putini “kar” adlandırıb və “onunla yalnız güclü mövqedən danışmaq lazım olduğunu” vurğulayıb.

Zelenski Ukraynanın Rusiya ilə mümkün “dostlaşmasına” dair sualı da cavablandırıb və bu “ideyanı” irəli sürən ABŞ siyasi isteblişmentini tənqid edib. Putini “mamont” adlandıran Zelenski onunla normal münasibətlər qurmağın mümkünsüz olduğunu əlavə edib.

Müsahibəni rus dilində verməkdən imtina edən Zelenski deyib ki, ukraynalıları rusca danışan insanlar hədəfə alırlar və Vladimir Putinə ruslarla ukraynalıların bir xalq olduğunu iddia etməsinə imkan vermək olmaz: “Hər şeyi özünüz görür, hiss edir və eşidirsiniz. Bizə 73 raket, 100-dən çox PUA hücumu oldu, insanlar öldü və bu, hər gün baş verir. Bizi rusca danışanlar vurur. Hansı ki, guya yaxın vaxtlara kimi əslində rusdilliləri qoruduqlarını deyirdilər. Ona görə də mən indiki Rusiyanın nə rəhbərinə, nə də bu xalqa hörmət etmirəm”.

C. Məmmədov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri