Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

“Biz müəllimləri universitetdən məzun olarkən itiririk” TƏHSİL EKSPERTİ

“Biz müəllimləri universitetdən məzun olarkən itiririk” TƏHSİL EKSPERTİ

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qoşqar Məhərrəmli: “Təhsildəki problemi həll etmək üçün əvvəlcə müəllim hazırlığı ilə məşğul olan universitetləri islah etməliyik”

“Universitetlər islah olunduqdan sonra oradan gələn müəllimlər daha keyfiyyətli olacaq”

Azərbaycanda təhsil sahəsində bir sıra problemlərin olduğu danılmazdır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Söhbət ondan gedir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Sovet təhsil sistemindən imtina etmək məcburiyyəti qarşısında qaldı. Azərbaycan Qərbə inteqrasiya xətti götürdüyündən, istər-istəməz təhsil sistemimimizi də yeniləmək, inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmaq zəruri meydana çıxırdı. Bunun üçün isə uzun illər lazım olduğundan, bu gün təshil sahəsində müəyyən neqativlər meydana çıxır.

Amma bir sıra uğurlu təhsil modellərinin tətbiq olunduğu da ortadadır. Məsələn, artıq bir neçə ildir ki, ali məktəblərdə Balonya sisteminin bizim təhsil sistemimizə uyğunlaşdırılmasına çalışılır. Bəs, bu sahədə nə dərəcədə uğurlu iş aparılır? Tətbiq olunan metodlar özünü doğruldurmu? Bu və digər suallara Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmli ilə söhbətimizdə cavab tapmağa çalışdıq:

- Bolonya sistemi ali təhsil sistemimizin beynəlxalq ali təhsil standartlarına uyğunlaşdırılması məqsədilə ölkəmizə gətirilmişdi. Bolonya sistemi universitetlərin bakalavr və magistr ixtisaslarının Avropadakı, dünyanın beynəlxalq səviyyəli universitetləri ilə daha da uyğunlaşa bilməsi, yəni diplomların tanınması, kreditlərin tanınması, tələbələrin mübadiləsi, müəllimlərin eyni zamanda mübadiləsi üçün başlanmışdı. İtaliyanın Bolonya şəhərində imzalanan bu müqavilə Azərbaycan da artıq 2000-ci illərin əvvəllərindən tətbiq olunmağa başlamışdı. Amma, düşünürəm ki,  Azərbaycan bu prosesə çox çevik ayaq uydura bilmədi. Bir qisim universitetlərimiz kredit sisteminə, kreditli sistemə keçdi. Ali təhsil standartlarını, dərslərini, məzunluğunu digər universitetlərin müvafiq ixtisasları ilə ayaqlaşdırmağa çalışdı. Məsələn, bunlardan biri Xəzər Universitetidir. Amma digər bir çox universitetlərimiz bu dəyişiklik prosesinə, adaptasiya prosesinə tam da uyğunlaşa bilmədi. Yəni Bolonya sisteminin niyyəti, məqsədi yaxşı idi, sadəcə universitetlərin kadr potensialı uyğun gəlmədi ki, həmin dəyişiklikləri həyata keçirə, həmin transformasiyanı universitetdə bərqərar edə bilsin.

- İstər təhsil ekspertləri, istər də valideynlər şagirdlərə verilən dərs yükünun ağırlığından şikayət edirlər. Maraqlıdır ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropa dövlətlərində məktəblilərin bu cür yüklənilməsi qəti olaraq rədd edilir. Belə olduğu halda, bizim ölkəmizdə nə dərəcədə doğru yanaşma sərgilənir?

- Şağirdlərin ifrat dərəcədə yüklənməsi sadəcə məktəblə əlaqədar deyil, bu, bir tələb-təklif məsələsidir. Valideynlər də övladlarını bir-biri ilə yarışdırır. Övladları ilə fəxr etmək üçün onları sanki bir alət olaraq istifadə edir. Valideynlər müəllimləri yönləndirir və onların çox tapşırıq verməsini istəyir. Sinifdə digərləri ilə müqayisə edir və hər zaman öz övladlarının digərlərindən üstün olmasını istəyir. Bu isə valideynlərin özünə də stressdir. Üstəlik, uşağın çiyinlərinə böyük yükdür və müəllim üçün də bir stressdir. Ona görə də orta təhsil sistemimiz zatən özü-özlüyündə ağırdır. Bir də valideynlərin müəllimləri bu mənada yönləndirməsi prosesi daha da çətinləşdirir.

Təhsil sistemimiz niyə ağırdır? Çünki fənlərin sayı çoxdur, müxtəliflik, yəni fərqlilik olaraq. Biz baxdıqca görürük ki, orta məktəblərdə 10-dan çox fərqli dərs var. Bunların hamısının ev tapşırığının olacağını düşünsək, görün bu haraya gedib çıxır və şagirdlər nə qədər ev tapşırığı ilə məşğul olmalıdır, nə qədər fərqli dərsə girməlidir, nə qədər fərqli müəllimlə ünsiyyətdə olmalıdır. Əlbəttə, bunların hamısı şagirdlərə yükdür.

İnkişaf etmiş ölkələrdə isə, bu, artıq mümkün qədər azaldılır. Şagird 5-6 fərqli dərsə daxil olur və bu dərslərin sayı, müxtəlifliyi az olduğu üçün çox yüklənilmir. 9-cu sinifdən sonra isə özünə bir cığır seçir, karyera ilə bağlı bir yol tutur. O, karyerasına uyğun fənləri götürür, sadəcə həmin fənlərlə məşğul olur. Yəni şagird artıq 9-cu sinifdən etibarən özünə bir istiqamət müəyyən edir və həmin istiqamətə uyğun dərsləri götürür. Bütün dərsləri götürmür, fundamental olaraq 8-9-cu sində qədər götürdüyü dərslər artıq onun üçün bir mənada bünövrə  təşkil edir. Ondan sonra isə artıq ixtisasyönümlü – hansı ixtisasa gedəcəksə, ona uyğun dərslər götürür. Belə olan halda şagirdlər yüklənməmiş olur.

Mən də təklif edirəm ki, ölkəmizdə belə olsun. Heç olmasa 11-ci siniflərdə sistem tamamilə dəyişməlidir və şagirdlər sadəcə ixtisasına uyğun 4–5 dərs götürməlidir. Məktəbdə başqa dərslər olmamalıdır.

- Aparılan müşahidələr göstərir ki, elə orta məktəblərdə də bəzi yeni sistemlərin tədrisi nəinki şağirdlər, o cümlədən müəllimlərin özləri tərəfindən də tam olaraq mənimsənilmir. Təsadüfi deyil ki, imtahandan keçən müəllimlərin böyük əksəriyyəti zəif nəticə toplamışdır. Belə vəziyyətdə çıxış yolunu nədə görürsünüz?

- Əvvəlcə qeyd etmək lazımdır ki, müəllimlərimizin əksəriyyəti sertifikasiya imtahanlarından keçdi. Yəni müəllimlər sertifikasiya imtahanından əksəriyyətlə keçirlər. Sadəcə, kəsilən müəllimlər də var. Bu, çox böyük bir hissə, çox böyük bir kütlə deyil, çoxluq deyil. Ona görə də, düşünürəm ki, müəllimlər minimum tələblərə cavab verir. Amma məlumdur ki, minimum tələb verilən sualların 50%-dir. Yəni müəllimlərə öz fənni ilə, pedaqogika ilə bağlı verilən sualların 50%-ni cavablandıran sertifikasiyanı keçmiş olur. Bu, əslində yetərlidirmi? Əlbəttə ki, yox. Məsələn, Amerikada sertifikatlaşdırmadan keçmək üçün 80% müsbət nəticə əldə olunmalıdır. 80%-i keçmədən siz sertifikasiyanı keçmiş sayılmırsınız. Deməli, müəllimlərin zəif nəticə toplaması artıq onların tam şəkildə öyrənmədə problemi olduğunu göstərir. Yəni uzun illərdir həmin fənni tədris etmələrinə baxmayaraq, ixtisasları ilə bağlı suallara cavab verə bilmirlərsə, pedaqogika ilə bağlı çox az sayda — 10 suala belə, cavab verə bilmirlərsə, artıq onların bu peşədə qalmamaları daha uyğun olar.

Ona görə də, mən düşünürəm ki, müəllimlərin sertifikasiyası bu formada davam etməlidir. Əzbərçi suallardan qaçınmalı, daha çox situasiya yönümlü suallara üstünlük verilməlidir. Bu yolla biz müəllimlərimizi seçə və bu mənada yetişdirə bilərik.

Amma sertifikasiya — müəllimlərin sertifikatlaşdırılması Azərbaycanda yeni bir bazar açdı. Yəni minlərlə insan artıq müəllim hazırlayır, müəllimləri sertifikasiyaya hazırlaşdırır. Bunun olmaması üçün isə nazirlik miqyasında sertifikasiya kursları təşkil olunmalıdır ki, insanlar həmin kurslara qoşulub özlərini yetişdirsin və sonra imtahanlara daxil olsunlar. Belə olsa, düşünürəm ki, o zaman müəllimlər ciblərindən pul xərcləməli olmazlar. Onsuz da məhdud maaş alırlar. Bu maaşla da bir də sertifikasiya üçün hazırlaşmaq onlar üçün çətindir.

- Etiraf etməliyik ki, tətbiq olunan yeni metodologiyalara, təhsil proqramına rəğmən, Azərbaycanda təhsilin inkişafı sahəsində arzuolunan səviyyəyə gəlib çatabilməmişik. Sizcə, bu, zamana bağlı məsələdir, yoxsa seçimlərimiz yanlışdır?

- Tətbiq olunan proqram bir mənada işin həlli deyil. Yəni o sadəcə mövcud, əvvəlki sovet proqramını təkmilləşdirmək üçündür. Yeni proqram müəllimyönümlü sinifdən, müəllimyönümlü təhsildən şagird yönümlü təhsilə keçid üçündür. Biliklərə söykənir, səriştələrə söykənir, görünən, əllə tutulan konkret təlim nəticələrinə istinad edir. Əlbəttə, bu təhsil yanaşması, bu kurikulum yeni yanaşma daha doğrudur, daha bəyəniləndir.

Amma təhsil niyə inkişaf etmir? Bunun cavabı kurikulumla bağlı deyil. Yəni kurikulum dəyişməsəydi də, sovet kurikulumu qalsaydı da, təhsil belə olacaqdı. Yəni “təhsil kurikulumu dəyişdiyi üçün vəziyyət belədir” yanaşması doğru olmaz. Kurikulumu dəyişdirmək təhsilin problemini həll etmir.

Biz ümumi təhsildəki problemi, təlim nəticələrindəki problemi bir mənada həll etmək üçün əvvəlcə müəllim hazırlığı ilə məşğul olan universitetləri islah etməliyik. Universitetlər islah olunduqdan sonra oradan gələn müəllimlər daha keyfiyyətli olacaq. Biz müəllimləri universitetdən məzun olarkən itiririk. Eyni zamanda, çox keyfiyyətli müəllimlər dövlət təhsil müəssisələrinə meyil etmir. Çünki onlar düşünürlər ki, daha yaxşı şəraitli, daha peşəkar bir mühitdə işləyə bilərlər.

Dövlət müəssisəsində insanlar dəyər görmədiklərini hiss edirlər. Məktəb rəhbərliyi bəzən müəllimlərə dəyər vermir. Müəllimlər öz aralarında peşəkar münasibət qura bilmirlər. Məktəbdə onlar üçün sağlam, peşəkar mühit təşkil olunmur. Belə olduqda, müəllimlər dövlət müəssisəsində işləməyi seçmirlər. Bəzən onların iş vaxtlarına müdaxilə olunur, istirahət günlərində işə çağırılır və s. Bəzən də müəllimlərin özləri də sui-istifadə edirlər — məsələn, iş vaxtı olduğu halda məktəbdə olmurlar, hazırlıqla məşğul olurlar və s. Yəni həm rəhbərlik, həm də müəllimlər tərəfindən vəzifə səlahiyyətləri pozulur.

Başqa bir böyük problem isə məktəblərin infrastrukturudur. Hələ də qazlaşdırma, internetləşdirmə prosesləri tam başa çatmayıb. Biz bu problemləri artıq çoxdan həll etmiş olmalı idik. Məktəb fiziki olaraq tam hazır olandan, müəllimlər peşəkar və motivasiyalı olandan sonra, artıq rəhbərlik məsələsinə keçmək olar. O zaman məktəb direktorlarının da seçimi, liderlik bacarıqları, idarəçilik qabiliyyətləri ön plana çıxacaq. Direktor da keyfiyyətli və peşəkar olarsa, sistem bütöv şəkildə nəticə verəcək.

Ən önəmli başlanğıc isə ali təhsildən olmalıdır. Çünki təhsildə ən vacib aktor müəllimdir, müəllimi isə yetişdirən universitetdir. Universitetlərdəki problemlər həll olunsa, 5-10 il ərzində orta təhsildə də problemlər aradan qalxar.

“Hürriyyət”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyun 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri