Icma.az
close
up
RU
Günahkar valideyndir Təhsil eksperti

Günahkar valideyndir Təhsil eksperti

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün İdrak liseyində 10-cu sinif şagirdinin müəlliməyə odlu silahdan atəş açması hadisəsi cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Metbuat.az-ın məlumatına görə, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, baş verənlər son dərəcə dəhşətli hadisədir:

“Şagird evdən odlu silahı götürür, məktəbə gətirir və müəlliməyə xəsarət yetirir. Burada birmənalı olaraq günahkar valideyndir. Çünki valideyn odlu silahı uşağın görə biləcəyi yerə qoymamalıdır. Ən azından güllə və patronlarını gizlətməlidir. Valideyn diqqətsizliyi və səhlənkarlığı böyük bir faciəyə səbəb oldu”.

Ekspertin sözlərinə görə, hadisə ilə bağlı bir sıra ciddi suallar da yaranır:

“Azyaşlı uşaq silahdan istifadəni necə öyrənib? Bəlkə bunun istifadəsini də valideyn öyrədib? Bunlar da hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Səbəbi nə olursa olsun, ilkin günahkar ailədir. Çünki hər bir uşaq ailənin güzgüsüdür. Məktəbdə, küçədə, marketdə – hər yerdə uşaq ailəsini təmsil edir, ona verilən tərbiyəni nümayiş etdirir”.

Təhsil eksperti bu məsələdə məktəbin də məsuliyyətinin diqqətdən yayınmamalı olduğunu bildirib:

“Özəl lisey kimi fəaliyyət göstərən təhsil müəssisəsi ilkin olaraq girişdə təhlükəsizlik tədbirlərinə diqqət yetirməlidir. Uşaqda hər hansı bir psixoloji həddi formalaşıbsa, sinif rəhbəri, məktəb psixoloqu mütəmadi görüşlər keçirməli idi. Uşağın o həddə gətirilməsi səbəbləri də araşdırılmalıdır. Amma bu, uşağın atdığı addıma qəti haqq qazandırmır. Bu istiqamətdə məktəb rəhbərliyi məsuliyyət daşıyır. Bizim milli-mentalitetdə şagirdin müəllimə əl qaldırması qəti şəkildə yolverilməzdir”.

R.Nurəliyev əlavə edib ki, hadisəyə hüquqi qiymət hüquq-mühafizə orqanları tərəfindən veriləcək:

“Hadisənin təfərrüatları araşdırılacaq, günahkarlar müəyyən ediləcək. Bizim yanaşmamız sadəcə məsələnin acı həqiqətlərinin bir daha olmaması üçün ictimaiyyəti diqqətli olmağa çağırışdır. Amma çox təəssüflər olsun ki, səhv ailə tərbiyəsi, məsuliyyətsiz məktəb idarəetməsi bir müəllimin həyatına acı xatirələrlə iz buraxdı, bir şagirdin həyatını və gələcəyini məhv etdi”.

Xatırladaq ki, bu gün səhər saatlarında “İdrak” liseyində 10-cu sinif şagirdi öz müəllimini güllələyib. Müəllimin vəziyyəti orta ağır qiymətləndirilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Fevral 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see630

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see427

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see405

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see381

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see241

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see222

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see216

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see204

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see200

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see197

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see191

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see186

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see181

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see180

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see164

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu FOTO

07 İyul 2026 19:08see163

“Hörmüzdə gəmilərə hücum edilib”

07 İyul 2026 05:19see157

İyulun 7 8 də Günəş aktivliyi artacaq

07 İyul 2026 19:30see152

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see151

Prezident yeni cərimələri TƏSDİQLƏDİ

07 İyul 2026 16:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri