“Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” Tahir Gözəl
Bakupost saytına istinadən Icma.az xəbər verir.
“Azərsun” 2001-ci ildə “Qarabağ”a dəstək verməyə başlayanda biz bugünkü infrastruktura, maliyyə imkanlarına, geniş azarkeş bazasına, oturuşmuş idarəetmə sisteminə və Avropa təcrübəsinə malik hazır bir klub qəbul etməmişdik”.
“Bakupost” xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl saytın mətbuat xidmətinə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, klub çox mürəkkəb bir dövrdən keçirdi:
“Qarabağın işğalı nəticəsində doğma şəhərindən və stadionundan uzaq düşmüşdü, maddi imkanları məhdud idi, bir sıra aparıcı futbolçuları başqa komandalara üz tutmuşdu. Belə bir şəraitdə qarşımızda duran ilk vəzifə böyük nəticələr barədə danışmaq deyil, ilk növbədə “Qarabağ”ı ayaqda saxlamaq və onun gələcəyini təmin etmək idi”.
T. Gözəl əlavə edib ki, bu gün gördüyünüz “Qarabağ” bir günün, bir mövsümün və ya bir böyük transferin nəticəsi deyil:
“Klubun indiki səviyyəsinə çatması üçün illər ərzində saysız-hesabsız qərarlar qəbul olunub, səhvlərdən nəticə çıxarılıb, yeni addımlar atılıb, struktur formalaşdırılıb. Biz hazır sistemə daxil olmamışıq, həmin sistemi özümüz qurmuşuq. Ona görə bugünkü “Qarabağ”ı yalnız son matçın hesabı, turnir cədvəlindəki mövqeyi və ya qazandığı bir kubok üzərindən qiymətləndirməyin doğru olmadığını düşünürəm”.
“Mən “Qarabağ”ın ən böyük nailiyyətini yalnız çempionluqlarda, ölkə kuboklarında və ya Avropada qazanılan tarixi qələbələrdə görmürəm. Ən böyük nailiyyətlərimizdən biri odur ki, bu illər ərzində klubun öz kimliyini formalaşdıra bilmişik. “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi, idarəetmə mədəniyyəti, transfer yanaşması, iş prinsipləri və dəyərləri var. Bunlar bir neçə ilə yaranmır. Bunun arxasında uzun illərin zəhməti, səbir, qarşılıqlı etimad və ən çətin vaxtlarda belə seçdiyimiz yoldan dönməmək dayanır”, – deyə o söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Sentyabr 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















