Biz öz təcrübələrimizi onlara aşılamalıyıq İnam Kərimov gənc hakimlər nəslinin formalaşdırılmasının önəmini qabardıb
Mia.az saytına istinadən Icma.az xəbər verir.
"Müstəqilliyin bərpasından sonra Azərbaycan öz məhkəmə sistemini ədalət və qanunçuluq prinsipləri əsasında qurmağa başladı".
Mia.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iclasında deyib.
"Bu il həm Konstitusiyamızın 30 illiyi, həm də ölkə ərazimizin bərpasının 5 illiyi ilə bağlıdır. Bütün dünya ədalət mühakiməsi ilə bağlı birgə çalışmağa məcburdur. Əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir", - Ali Məhkəmənin sədri vurğulayıb.
İ. Kərimov gənc hakimlər nəslinin formalaşdırılmasının önəmindən bəhs edib.
"Biz öz təcrübələrimiz onlara aşılamalıyıq. Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir. Bu hər zaman belə də davam edəcək. Azərbaycan hakimləri olaraq Beynəlxalq Hakimlər Assosiasiyasına hər zaman dəstək verəcəyik", - İnam Kərimov bildirib(Report).
Baxış sayı:88
Bu xəbər 12 Oktyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















