Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Biz Paşinyanı niyə “sevdik”?

Biz Paşinyanı niyə “sevdik”?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanda keçirilən seçkilərlə bağlı Azərbaycan sosial seqmentində maraqlı bir tendensiya müşahidə olunur. Bir çoxları Nikol Paşinyanın yenidən hakimiyyətdə qalmasını daha məqsədəuyğun hesab edir. İlk baxışdan bu paradoksal görünür. Çünki hələ bir neçə il əvvəl Azərbaycan cəmiyyətində ən çox nifrət edilən siyasi fiqurlardan biri məhz Paşinyan idi. Şuşada yallı gedən, “Qarabağ Ermənistandır” deyən, populist revanşist ritorika ilə çıxış edən həmin Paşinyan…

Bəs nə dəyişdi? Əslində dəyişən Paşinyan deyil. Dəyişən regionun geosiyasi reallığı və Azərbaycanın güc balansıdır. 2020-ci ilin Vətən müharibəsi Cənubi Qafqazın geosiyasi arxitekturasını yenidən formalaşdırdı. Azərbaycan təkcə hərbi qələbə qazanmadı. Bakı regionda yeni status-kvo yaratdı. 1990-cı illərin zəif, iqtisadi və siyasi problemləri ilə üz-üzə qalan Azərbaycanı artıq yox idi. İndi müasir ordusu olan Azərbaycan var. Enerji diplomatiyası ilə Avropanın təhlükəsizlik sistemində mühüm rol oynayan Azərbaycan var. Transxəzər və Orta Dəhliz layihələrinin əsas aktoruna çevrilən Azərbaycan var. Güclü siyasi liderlik və çevik diplomatik institutlara malik dövlət var. 44 günlük müharibə Ermənistandan daha çox, erməni siyasi düşüncəsini məğlub etdi. Məhz bundan sonra Paşinyan reallığı qəbul etməyə başladı.

Odur ki, bilməliyik, Azərbaycan cəmiyyətində Paşinyana münasibətdə yaranan nisbi loyallıq emosional faktor deyil. Bu, geosiyasi praqmatizmdir. Paşinyan başa düşdü ki, regionda uzunmüddətli sabitlik Azərbaycanın ərazi bütövlüyünün tanınmasından keçir. Buna görə də Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdi, sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğuladı. Erməni kilsəsinin intriqalar yuvası olduğunu, siyasi proseslərə destruktiv təsirini açıq şəkildə bəyan etdi.  Revanşizm xəttindən uzaqlaşmağa çalışdı.

Və bilməliyik, əslində Paşinyan dəyişməyib. Onu dəyişdirən Azərbaycanın gücüdür. 44 günlük müharibədə “Miatsum”, “Böyük Ermənistan”, “məğlubedilməz erməni ordusu” mifologiyası çökdü. Bunu erməni diasporu da gördü. İstəsə də, istəməsə də gerçəkliyi qəbul etdi. Səbəbi çox sadədir, XXI əsrin geosiyasətində miflər yox, iqtisadiyyat, logistika, enerji və hərbi güc qalib gəlir. Azərbaycan məhz bu dörd komponent üzrə regionun dominant gücünə çevrilib.

Azərbaycan cəmiyyətində Robert Köçəryan, Simonyan və onların təmsil etdiyi xəttə müharibə yuvası kimi baxılır. Köçəryan revanşizmin simvoludur.  Rusiyanın Cənubi Qafqazdakı köhnə təsir mexanizmlərinin daşıyıcısıdır. Ermənistanı inkişafdan çox, qarşıdurmaya aparan siyasi məktəbin nümayəndəsidir. Paşinyanla Köçəryan arasında seçim etmək məcburiyyəti yarandıqda, Azərbaycan cəmiyyətinin müəyyən hissəsi təbii olaraq sülh ritorikasına üstünlük verir. Bu, Paşinyana sevgidən uzaq yanaşmadır. Sülhə üstünlük verməkdir.

Paradoks ondadır ki, Paşinyanın əsas rəqibi Bakı yox, Ermənistan daxilindəki revanşist qüvvələrdir. Erməni kilsəsi, xarici diaspor mərkəzləri, keçmiş hakimiyyət elitası və müəyyən geosiyasi dairələr Ermənistanı yenidən keçmişə qaytarmaq istəyirlər. Paşinyan isə istər-istəməz yeni reallıqlarla hesablaşmağa məcburdur. Çünki XXI əsrin Cənubi Qafqazında iqtisadi inteqrasiya, Zəngəzur dəhlizi, regional kommunikasiyalar və əməkdaşlıq müharibədən daha cəlbedici perspektivlər vəd edir. Bu gün regionda sülh gündəliyini diktə edən də Azərbaycandır. Bizim milli maraqlar Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı deyil. Səbəbi odur ki, regionda yeni güc mərkəzi formalaşıb. Bu gücün adı Azərbaycandır. Və məhz buna görə Azərbaycan cəmiyyətində Paşinyana müəyyən simpatiya yaranıb. Bu simpatiya bir siyasətçiyə yönəlməyib, sülh ehtimalına olan ümiddən qaynaqlanır. Azərbaycan da, Azərbaycan cəmiyyəti də sülhü seçir. Qaliblər həmişə sülh haqqında düşünürlər.

Heç şübhəsiz ki, bu gün dünyanın qəbul etdiyi Azərbaycanın lideri İlham Əliyevin Paşinyanlı və Paşinyansız Ermənistanla hər müstəvidə danışacaq alternativləri var. Bu alternativlər Azərbaycan xalqının gücündən, öz liderinə birmənalı etimadından qaynaqlanır. Bunun fərqində olan Paşinyan rəqibləri qalib Azərbaycanla bağlı ehtiyatlı davranırlar.

Ermənistan Azərbaycanın qonşusudur. Biz bugünki seçkilərdə qonşu Ermənistana sülh arzulayırıq. Hər bir halda sülhsüz Ermənistan özünü yandıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyun 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri