Zəfər bayramı: Dövlət və xalq birliyinin parlaq təzahürü
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan tarixi böyük məna kəsb edən əlamətdar günlərlə, o cümlədən əhəmiyyətli tarixi hadisələrlə zəngindir. Belə günlərdən biri də heç şübhəsiz ki, 8 Noyabr – Zəfər Bayramı günüdür. Bu gün xalqımızın milli qürurunun, birliyinin, sarsılmaz iradəsinin, vətənpərvərliyinin və qəhrəmanlığının təntənəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri dosent Elnur Mustafayev bildirib.
Elnur Mustafayev bildirib ki, Zəfər Bayramının arxasında minlərlə igid Azərbaycan övladının qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı dayanır. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğı isə dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur. O xüsusi qeyd edib ki, bu böyük Zəfər Azərbaycan xalqının həmrəyliyinin və milli birliyinin nə qədər güclü olduğunu bir daha büynəlxalq aləmə sübut etdi. Müharibə günlərində ölkəmizin hər yerində insanlar bir amal ətrafında birləşdi - Vətənin azadlığı və ərazi bütövlüyünün bərpası. Xaricdə yaşayan soydaşlarımızın da bu mübarizədə göstərdiyi dəstək milli həmrəyliyin sərhədləri aşan gücünü təsdiqlədi. Zəfər Bayramı yalnız keçmişdə qazanılmış qələbəni xatırlamaq günü deyil, həm də gələcəyə inamla baxmaq, qarşıya yeni məqsədlər qoymaq günüdür. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış məhəllələri salınır, tarixi və mədəni abidələrimiz bərpa olunur. Doğma yurdlarına qayıdan insanların sevinc dolu anları Böyük Qayıdışın ən təsirli mənzərələrindəndir. Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır.
E.Mustafayev bu tarixi Qələbənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini də qeyd edib. “Gənclərimiz bilməlidirlər ki, müstəqilliyin, azadlığın və dövlətçiliyin qorunması hər bir vətəndaşın məsuliyyətidir. Zəfər tarixi onlara Vətəni sevməyi, milli dəyərlərə sahib çıxmağı, birlik və həmrəyliyi qorumağı öyrədir. 8 Noyabr – Zəfər Bayramı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu gün bizə bir daha sübut edir ki, xalqın birliyi, dövlətin gücü, ordunun qüdrəti və Vətən sevgisi bir araya gəldikdə qarşıya qoyulan ən böyük məqsədlərə nail olmaq mümkündür”.
Müxbir - Tünzalə Arazlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 03 Noyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















