Icma.az
close
up
RU
Biz qayıtmaq istəyirik adlı layihə başa çatıb

Biz qayıtmaq istəyirik adlı layihə başa çatıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşklilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi Qrant müsabiqəsinin "Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar" kateqoriyası mövzusunda "Biz qayıtmaq istəyirik" adlı layihəsi başa çatıb.

Bütün tədbirlər Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Qərbi Azərbaycana açılan qapı olan Laçın şəhərindən başlayan tədbirlər, Şuşa şəhərində, Xankəndi şəhərində-Qarabağ Universitetində, Ağdam rayonunun Xıdırlı kəndində davam etmiş, yekun tədbir isə Bakı Slavyan Universitetində 300 nəfərdən artıq Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurdan olan tələbələrin iştirakı ilə başa çatmışdır.

Bütün tədbirlərdə açılış nitqi ilə çıxış edən layihənin koordinatoru, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov layihəni maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi.

Layihənin ictimai, siyasi, mənəvi əhəmiyyətindən danışan natiq 2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsində düşmən üzərində qazandığımız möhtəşəm qələbədən və 2023-cü ilin sentyabr ayında 1 gündən də az davam edən antiterror tədbirləri nəticəsində Qarabağda öz Dövlət suverenliyimizin təmin edildiyini bildirdi. İşğaldan azad olunan Qarabağda və Şərqi Zəngəzurda sürətlə və yüksək keyfiyyətlə aparılan tikinti-bərpa, quruculuq işləri nəticəsində ermənilər tərəfindən xarabazara çevrilmiş torpaqlarımızın yenidən dirçəldildiyini və bu ərazilərdə ən müasir, yüksək infrastruktura malik şəhər və kəndlərin inşa edildiyini qeyd etdi.

Mərhələli şəkildə keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarında daimi məskunlaşma prosesinin həyata keçirildiyini qeyd edən Vüqar Qədirov yaxın illər ərzində bu prosesin uğurla başa çatacağını, hər bir şəxsin öz ata-baba yurdlarında yaşamlarının təmin olacağını vurğuladı.

Vüqar Qədirov bildirdi ki, 44 gün davam edən Vətən Müharibəsində kapituliyasiya aktına imza atan Ermənistan öz üzərinə bir çox öhdəliklər götürmüşdür ki, bunlardan da biri Zəngəzur Dəhlizinin açılmasıdır. O, təəssüflə qeyd etdi ki, bu illər ərzində Ermənistan rəhbərliyi ona havadarlıq edən dövlətlərin dəstəyi və revanşist qüvvələrin təzyiqi nəticəsində öz Konstitusiyalarından Azərbaycana qarşı əsassız ərazi iddiaları bəndini çıxarmır və Zəngəzur Dəhlizinin açılmasından boyun qaçırır. Buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində cari ilin avqust ayının 8-də Amerika Birləşmiş Ştatlarında bu ölkənin Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla sülh müqaviləsinin paraflanmasını imzaladılar. Natiq bununla da Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün dünyanın super gücü olan ABŞ qarşısında öhdəlik götürməyə məcbur olduğunu bildirdi.

Tədbirlərdə çıxış edən İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyinin sədri Turanə Orucova 20-ci əsrdə 3 dəfə Qərbi Azərbaycanlıların öz tarixi ata-baba torpaqlarından zorla deportasiya olunduğunu, tarixi abidələrinin, maddi-mədəni irsinin Ermənistan tərəfindən məhv edildiyini bildirdi.

Laçın şəhərində çıxış edənlər arasında 2 saylı Laçın şəhər 2 saylı tam orta məktəbin direktoru Sevinc Cabbarova, Şuşa şəhərində keçirilən tədbirdə 1 saylı Şuşa şəhər tam orta məktəbin direktoru Səbinə Gözəlova, məktəbin məzunu gənc vokalist İbrahim Quliyev, Xankəndi şəhərində- Qarabağ Universitetində keçirilən tədbirdə çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru Fariz Əhmədov, Universitetin müəllimi Əzizağa Nəcəfov, tələbələr, Ağdam rayonunun Xıdırlı kəndində keçirilən tədbirdə Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova, məktəbin psixoloqu Şəmistan Teymurov, müəllimlərdən Şərifə Hüseynova və gənc müəllimlər çıxış edərək 30 ildən sonra öz ata-baba yurdlarına qələbəmiz sayəsində ləyaqətlə qayıdışın sevincini yaşadıqlarını, tezliklə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qüdrətli, vətənpərvər siyasəti nəticəsində Qərbi Azərbaycanlıların da öz əzəli torpaqlarına qayıdacaqlarına əmin olduqlarının bildirdilər.

Bakı şəhərində Slavyan Universitetində keçirilən yekun tədbirdə çıxış edən Layihənin koordinatoru Vüqar Qədirov təəssüflə qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlər, sahibkarlıq subyektləri “Korporativ Sosial Məsuliyyət” haqqında Azərbaycan Respublikasının Qanununa məhəl qoymur, işğaldan azad olunmuş bölgələrimizdə keçirilən tədbirlərə dəstək vermirlər. “Biz qayıtmaq istəyirik” layihəsində biz bunun bir daha şahidi olduq.

Tədbirdə 1-ci Qarabağ Müharibəsinin iştirakçısı, şair, Zİrvə mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov, İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyinin sədri Turanə Orucova, digər qonaqlar, tələbələr çıxış edərək Qərbi Zəngəzurun təkcə Azərbaycanın deyil, bütün türk dünyasının aydın sabahına açılan qapı olduğunu bildirdilər. Dövlətimizin apardığı məqəsdyönlü siyasət nəticəsində Qərbi Azərbaycana ləyaqətlə qayıdışın uzaqda olmadığını, Qarabağda, Şərqi Zəngəzurda olduğu kimi öz tarixi, mədəni irsimizi virtual yox, real həyatda da yaşatmağa nail olacağımızı bildirdilər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri