Icma.az
close
up
RU
Biz ürəkdən gülə bilirikmi?

Biz ürəkdən gülə bilirikmi?

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Adamlar, doğrudanmı, ürəkdən sevinə bilmir?! Sosial şəbəkələrdə bir müzakirəyə rast gəldim. Mövzu belə idi: insanlar niyə sevinə bilmir?

Gerçəkdən maraqlı sualdır.

O şəksizdir ki, ölkəmiz xoşbəxtlik indeksinə görə sonuncu yerlərdədir. Amma bu sorğunu keçirənlər də çox xoşbəxt ölkələrin adamlarıdır. Onların gözündə biz olduğumuzdan da bədbəxt görünürük.

İnsanlar nə qədər sevinir, niyə çox sevinmir - bunları ölçməmişəm. Amma mən özüm də müşahidə edirəm: ürəkdən gülənlər getdikcə azalır.

Mən özüm bu haqda bir neçə ay əvvəl bir esse yazmışdım. Adı belə idi: "Bədbəxtlik indeksi və ya göz yaşı içində gülüş".

"Bədbəxtlik indeksi" deyə bir beynəlxalq indikator yoxdur. Amma şəxsən məndə belə bir sual yaranır: əgər bir xalq xoşbəxt deyilsə, o, apriori bədbəxtdirmi?!

Mənə elə gəlir, biz nə xoşbəxtik, nə bədbəxt. Biz, sadəcə olaraq, biganəyik. Xoşbəxtliyə də, bədbəxtliyə də. Amma qəribə bir olayımız da var: az-maz xoşbəxt olan kimi, bunu hamıya göstərməyə çalışırıq, bədbəxt olanda da.

Ancaq daha çox xoşbəxt olmaq, daha az bədbəxt olmaq üçün nə etməli olduğumuzu da hələ tam dəqiqləşdirməmişik.

Biz çox çaş-başıq. Otuz il ərzində: "Torpaqdan pay olmaz" dedik. Düz də dedik. Ancaq bunu deyən insanlar öz torpaq paylarını onların qanını içən oliqarxlara dəyər-dəyməzinə satıb yedi, üstündən də su içdi. İndi gedib mağazadan broyler toyuğu alıb yeyir.

Bu insan indi nəyə sevinsin?! Bir torpağı alanda sevinmişdi, bir də satanda. Ondan qalan vaxtda nəyə sevinəcək?!

Bakının mərkəzindəki maşınqayırma zavodunun adlı-sanlı mühəndisi indi həmin zavodun yerində salınmış parkda, sadəcə, domino oynaya bilir. Bunun nəyinə sevinsin?

""Qara qızıl" bizi ağ günə çıxaracaq" dedik, indi qızılı əldən gedib, əldə qarası qalıb. Bu sərvətin də axırına çıxırıq. Çünki əvvəli olan hər şeyin axırı da var.

Bəlkə də neftin azalmasına sevinməliyik. Çünki xoşbəxt ölkələrin çoxunda neft yoxdur. Ancaq istisnalar hər zaman var. Məsələn, Kanada bizdən də çox neft satır.

Məsələ kimin nə qədər nə satmağı deyil. Məsələ qazandığını necə xərcləməsidir.

Zənginlər hamıdan çox qazanan deyil, qazandığını düzgün xərcləyə bilən adamlardır.

Görünür, biz ya çox qazanmırıq, ya da düzgün xərcləmirik. Əks halda niyə bu qədər çatışmasın ki?!

Amma Amerikada da, Avropanın özündə də yetərincə sevinə bilməyən adamlar var. Qərbdə də ifrat stressli cəmiyyətlər var. Demokratik dövlətlərdir, elə deyilmi?! Ancaq totalitar Çin daha çox sevinc, şadyanalıq içindədir. Norveç ən varlı ölkələr arasındadır, ancaq ən çox intihar halları da bu ölkədədir. Keçmiş Sovet quruluşunu götürək: insanlar bədbəxt olduqlarını bilmədikləri üçün... xoşbəxt görünürdülər.

Əslində bu, bir az mürəkkəb məsələdir. İnsanlar gülə bilmirlərsə, bunun çox səbəbi var. Stressli cəmiyyətə çevrilmişik. Burada ən çox təsir edən amil, əlbəttə, çətin güzərandır. Günbəgün artan qiymətlər çox ciddi stress mənbəyidir və sair və ilaxır.

Çox şey demək, yazmaq olar. Sizi rəqəmlərlə yormayacam. Bircə onu bilirəm: insan azad olduğu qədər xoşbəxtdir.

Bahəddin Həzi,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Avqust 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri