Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

Bakıvaxtı.az-ın xəbərinə görə, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf edəcək. Bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı verdiyi fətvada qeyd olunur ki, şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. Bu gün isə məscidlərdə Bayram namazı qılınacaq.

Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə maddi imkanı olan adamların qurban kəsməsi bəyənilən əməldir və Həzrət Peyğəmbərin (s) mübarək hədisinə əsasən “Adəm oğlu üçün Qurban bayramı günündə Allah yolunda qurbanlıq kəsməkdən daha gözəl bir əməl ola bilməz”.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə kəsilməsi məqsədəuyğundur.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər.

Borc alıb qurban kəsmək şəriətə uyğun deyil. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.

Qeyd edək ki, Qurban bayramı Azərbaycanda 2 gün qeyd olunur və qeyri-iş günləri hesab edilir. Qurbanlığın ikinci günü - mayın 28-i Müstəqillik Günü ilə üst-üstə düşdüyündan, Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, bayramdan sonrakı gün də avtomatik olaraq qeyri-iş günü hesab edilir.

Beləliklə, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27, 28, 29, 30 və 31-i də iş olmayacaq.

Nərgiz Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:468
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 May 2026 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri