Icma.az
close
up
RU
“Biz uşaqları ilkin yetkinlik və əsgərlik dövründə itiririk”

“Biz uşaqları ilkin yetkinlik və əsgərlik dövründə itiririk”

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizin həm U-17, həm də U-19 yığması Avropa çempionatının seçmə mərhələsindəki üç oyunda məğlub olub.

Bir sözlə, U-lar uduza-uduza gedir və bunun sonu da görünmür. Bəs aşağı yaşlılarımız niyə bu gündədi, futbolumuz hara gedir? “Sabah”ın aşağı yaş qruplarını çalışdıran Məhərrəm Müslümzadənin fikirlərini öyrəndik:

“Yaxşı yerə getmədiyimizi söyləyə bilərəm. Artıq uçurumun dibindəyik. Problemləri düzəltmək çətindi. Futbol sferasında çox gerilərdəyik. Problem məşqçilərdə deyil. İllərdi bu siyasət davam edir. Yerli məşqçi gedir, əcnəbi gəlir. Dəyişən nəsə yoxdu. Bu gün millinin çalışdırmağa kimi gətirsək də, xeyri yoxdu. Milli komanda səviyyəsində çıxış edəcək futbolçu qıtlığımız var. Avropa səviyyəsində oynayacaq futbolçumuz yoxdu. İnfrastruktur və bazalaşma yoxdu. Bir-iki akademiya var ki, pis-yaxşı bazası və inrastrukturu mövcuddu. Onların da infrastrukturu Avropa səviyyəsində deyil. Bu da kifayət etmir. Klublarımız var ki, məşq keçməyə meydança tapa bilmir. Bazalaşmadan söhbət gedirsə, Qəbələdə futbol akademiyası var idi. Onu da yerlə yeksan edirik. Əlimizdə olanın da qədrini bilmirik. Daha da inkşaf etməkdənsə, olanı da gözardı edirik. Tovuz futbol akademiyası yaranıb. Hər bölgədə olmalıdı. Biz uşaqları ilkin yetkinlik və əsgərlik dövründə itiririk. Əlimizdə qalanları hərbi xidmət yaşına çatanda itiririk. Bazamız olmalıdı ki, uşaqların yeməyi, qalması orda nəzarət altında olsun. Aşağı yaş qruplarında keçirilən çempionatın səviyyəsi də aşağıdı. Bu gün “Sabah” futbol akademiyası bütün yaş qrupları üzrə respublika çempionudu. İl ərzində yalnız iki-üç dəfə təzyiq altında oynayırıq, ya da oynamırıq. “Neftçi” və “Qarabağ” ilə oyunlarda uşaqlar təzyiq görür. Deməli, komandaların səviyyəsi aşağıdı. Bunu aradan qaldırmaq üçün elə plan qurmaq lazımdı ki, aşağı yaş qrupları üzrə keçirilən çempionatın səviyyəsi qalxsın. Uşaqlar başqa ölkələrdə keçirilən turnirlərə qatılmalı, təzyiq görməlidilər. “Sabah”, “Qarabağ” və “Neftçi”nin aşağı yaş qrupları ara-sıra ölkə xaricindəki turnirlərdə iştirak edir. Bu kifayət deyil. Respublikanın bütün bölgələrində kütləviliyin artırılması üçün akademiyalar qurulmalıdı. Keyfiyyət tapmaq üçün kəmiyyət vacibdi. Əvvəlcə kəmiyyəti artırmalıyıq. Bizdə Avropadakı şərait və kütləvilik yoxdu. Baxış bucağımızı dəyişməliyik. Yaxın 5 ildə milli komandalarımızda müsbətə doğru nəticə gözləməməliyik. Əvvəlcə toxum səpməli, sonra həmin toxumun üzə çıxmasını gözləməliyik”.


ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Noyabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri