Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Əsgərlik yaşı azaldılır

Əsgərlik yaşı azaldılır

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və digər qanunlarda dəyişiklik edilməsi barədə layihələrə baxılır.Ölkəmizdə hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi postmüharibə dövrünün mahiyyət və məntiqindən,eləcə də beynəlxalq təcrübədən irəli gəlir.Həmin müzakirələrlə bağlı bizə olan müraciətləri və sözügedən qanunadəyişikliklərdə əksəriyyəti maraqlandıran məsələlərin yer aldığının nəzərə alaraq, əsas məqamlar barədə məlimat vermək istərdik:
Birincisi,sadə dildə desək. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilərək əsgərlik yaşı azaldılır.Buna uyğun olaraq bir sıra müvafiq qanunvericilik sənədlərində də dəyişiklilər edilir. Beynəlxalq təcrübə nəzərə alınaraq,“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan yaş həddi 35-dən 30-a endirilməsi ilə bağlı zəruri dəyişikliklər edilir.Bu dəyişiklik çox mütərəqqi bir dəyişiklikdir və bu sahədəki islahatların gedişində davamı da ola bilər. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə, və bu dəyişiklik qəbul olunub işə düşdükdən sonra isə həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Beləliklə, bu dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış 18 yaşından 35 yaşınadək yox, hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək kişi cinsli vətəndaşlara şamil olunacaq.Rəsmi məlumatlara görə 2020-2024-cü illər ərzində hər il üzrə 30-35 yaşlı çağırışçılar ümumi resursun 0,2-0,3 faizini təşkil edib.Deməli sözügedən dəyişiklik çağırış resursuna ciddi təsir göstərməyəcək.
İkincisi,layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təklif edilir ki,dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar və alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilsinlər. Bununla yanaşı təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə də yeniləşdirilib.Belə ki,bakalavriatda əyani təhsil alan tələbələrə çağırışa möhlət, onların 24 yaşı,magistraturada əyani təhsil alan tələbələrə isə 26 yaşı tam olanadək veriləcəkdir.Burada bir nüansı da qeyd etmək lazımdır ki, sözügedən möhlət məsələsində Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcəkdir.
Üçüncüsü, əgər hazırda qüvvədə olan qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirsə, yeni varianta əsasən sağlamlıq vəziyyətinə görə bir il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.
Sadalanan dəyişikliklər səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədininə xidmət edir.Sözügedən dəyişikliklər bu sahədə atılan mühüm addımlar kimi ölkəmizdə hərbi xidmətlə bağlı islahatların genişləndirilməsinə yol açacaqdır.
Əli Məsimli, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Dekabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see309

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see276

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see270

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see268

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see250

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see250

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see247

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see246

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see244

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see241

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see236

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see224

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see217

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see196

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see194

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see194

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see191

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see189

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri