Icma.az
close
up
RU
Biz Xocalınln qisasını aldıq

Biz Xocalınln qisasını aldıq

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bəşər tarixində saysız müharibələr və həmin proseslərdən qaynaqlanan kütləvi qırğınlar, etnik təmizləmələr olub. İnsan övladının gücə sahib olmaq istəyi hər zaman müsibətlər və faciələrlə yadda qalıb.
Azərbaycan xalqı da əsrlərdir bu coğrafiyada yaşam və var olmaq savaşı verir. İki əsrdir imperiya siyasətinin tərkib hissəsi olan erməni məsələsi xalqımıza, dini dəyərlərimizə, soy-kökümüzə və dövlətçilik ənənələrimizə təhdid yaradıb. Elə qəbul olunmasın ki, biz bu tayfa təxəyyülü ilə idarə olunan millətdən çəkinmişik. Bu belə deyil. Şimaldan əsən küləklər və bəzi hallarda öz insani dəyərlərimiz ermənilər üçün xislətlərini reallaşdırmaq üçün əlverişli şərait yaradıb. Dondan-dona girməyi yaxşı bacaran bu xalq isə tarixən Çar Rusiyasının və onun adı dəyişmiş forması olan SSRİ - nin qorxunc ambisiyalarının aləti olub. Ələ düşən fürsətdən maksimum dərəcədə istifadə etməyi bacaran ermənilər iki əsri əhatə edən zaman kəsiyində xalqımıza qarşı qətliamlar, etnik təmizləmələr və ağlasığmaz vəhşiliklər törətmişdir.
Xocalı soyqırımı həmin faciələrin kuliminasiya nöqtəsidir.
İnsanlıq tarixində bir çox kütləvi qətliamlar, qırğınlar olmuşdur.
Holokost, Srebrenitsa qətliamı, fransızlar tərəfindən minlərlə əlcəzairlilnin öldürülməsi və s.
Lakin, ölmüş cəsədlər üzərində müxtəlif təhqiredici hərəkətlərə yol verilən ikinci bir soyqırım faktı yoxdur.
Xocalı soyqırımı əsrin fəlakətdir. Hesab edirəm ki, 26 Fevral insanlığın öldüyü tarix kimi qeyd olunmalıdır. Çünki bütün dünyanın gözü qarşısında bu qətliam törədildi və heç bir dövlət, təşkilat reaksiya vermədi. Cəzasızlıq mühitində özünü sərbəst hiss edən Ermənistan isə 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladı. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bir çox dövlətlər, xüsusilə, xristian dünyası hələ də Azərbaycan və Ermənistan münasibətlərinə xristian təəssübkeşliyi prizmasından yanaşır və həqiqətləri görməzdən gəlir.
Baxmayaraq ki, işğal dövründə rəsmi İrəvan Dördüncü Cenevrə Konvensiyası başda olmaqla bir çox ali qanunları kobud şəkildə pozub. Lakin, yekunda hər zaman haqlı ola-ola haqsız vəziyyətinə düşürülmək istənilən tərəf biz olmuşuq. Artıq heç kimə sirr deyil ki, dünyadan ədalət gözləmək sadəlövhlükdür. Yalnız öz gücün və imkanların hesabına onu təmin edə bilərsən.
Azərbaycan 44 günlük Vətən Savaşı və 23 saatlıq antiterror tədbirləri ilə ilk növbədə tapdalanan ədaləti bərpa etdi. Əsgərimiz müharibə meydanında milli kimliyimizə və dini dəyərlərimizə yaraşan tərzdə döyüşdü və heç bir silahsız erməniyə toxunmadı. Biz Xocalının qisasını aldıq. İnsanlıq xeyrin şər üzərində mütləq qələbəsinin şahidi oldu.
Artıq Xocalı şəhəri işğaldan azad olunub və öz doğma sakinlərini qarşılayır. Yenilənən Xocalı göz oxşayır.
Azərbaycan dövlətinin və xalqımızın birliyi açılan bütün yaraları sarmağa kifayət edir.
Allah şəhidlərimizə rəhmət eləsin.
Pərviz Mirizadə, siyasi şərhçi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Fevral 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see304

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see278

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see278

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see267

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see261

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see247

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see241

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see237

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see232

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see227

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see226

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see224

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see213

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see212

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see205

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see198

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see196

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see190

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri