Icma.az
close
up
RU
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük FOTO Yeni Gündəm

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük FOTO Yeni Gündəm

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə seçilən bir bölgə var. Bura Boludur. Əslində Bolunun bütün ərazisi tarixi abidələrlə zəngin olsa da, turistlərin daha çox axın etdiyi Göynük haqqında sizə məlumat verəcəyik. Göynük 2017-ci ildə “Yavaş Şəhər – Cittaslow” elan edilib. 

Göynükün tarixi olduqca qədimdir. Tarixçilər qeyd edir ki, Roma Hərbi Yolu indiki Göynükdən, “Dədəstan” adı ilə məşhur olan ərazidən keçib. Göynükün məlum olan ən qədim adı “Koinon Gallicanon”dur. Bu qədim ərazi  türk bəyliklərinin, Bizans, Roma və Osmanlı sivilizasiyalarının məskunlaşdığı ərazidədir. Susuz, Kilciler, Narzanlar, Boyacılar kəndlərində və bu kəndlərin ətrafında Bizans dövrünə aid yazılı əsərlər tapılmışdır. Kilcilər kəndində kilsə xarabalıqları da var. Şəhərdə bu günə qədər gəlib çatmış tarixi əsərlər və tikililər var.

Göynük həm də qədimdən bir  tayvanın yaşadığı bir ərazidir. Göynük kəndi Azərbaycanda da var. Şəkinin Göynük kəndi ilə Türkiyədəki Göynüklüləri birləşdirəm həm də danışıq şivələrinin müəyyən qədər oxşarlığıdır. Oxşar olan əslində danışıq şivəsi deyil. Demək olar ki, bu iki Göynükün bütün adət ənənələri və mətbəxi müəyyən mənada eynilik təşkil edir. Göynükdə olmaqla siz tarixə səyahət edə, bugünkü irs binalarını, türbə və məscidləri, mülki memarlıq nümunələrini ziyarət edə bilərsiniz.

Göynükün ən gəzməli və görməli yerlərini sizə təqdim edirik.

1. Qələbə Qülləsi

Göynükün mərkəzində  yerləşən Zəfər Qülləsinə qalxan kimi bütün Göynük ayağınızın altında qalacaq. Qalanın əsas hissəsi daşdan, qüllə isə taxta materiallardan altıbucaqlı formada tikilib. Məlumdur ki, 1923-1924-cü illər arasında mahalın ilk mahal valisi Hurşiy bəyin tikdirdiyi Zəfər qalası bu günə qədər bir neçə dəfə bərpa olunub. Qurtuluş Döyüşünün mübarizliyini və zəfərini simvolizə etmək üçün inşa edilib.

2. Qazi Süleyman Paşa məscidi

1331-1335-ci illər arasında Orxan Qazinin oğlu Qazi Süleyman Paşa tərəfindən inşa edilən məscid Qazi Süleyman Paşanın adına tikilən ilk məscid kimi də tanınır. Həyətində Fateh Mehmetin ağası Akşemsəddinin türbəsinin olduğu Qazi Süleyman Paşa məscidi Bolunun ən tanınmış tarixi məscidlərindən biridir və eyvanlı, tək minarəli və günbəzli tikilmişdir. Məscid Göynükün  mərkəzində yerləşir.

3. Qazi Süleyman Paşa hamamı

1331-1335-ci illər arasında inşa edilən hamam Qazi Süleyman Paşa məscidi ilə eyni tarixlər arasında tikilib. Bölgənin ən qədim və ən böyük hamamı olan Qazi Süleyman Paşa hamamının Övliya Çələbinin yazdığı Səyahətnamə qeydlərində adı keçir.  Övliya Çələbi ”İstanbulda belə gözəl və böyük hamam yoxdur” deyir.

Hamam kişilər və qadınlar üçün iki fərqli bölmədən ibarət olduğu halda, hər iki hissədə soyuq, isti və istilik üçün ayrı bölmələr var. Hamamın tikintisində yonma daşlardan istifadə edildiyi halda, 1950-ci ildən sonra hamamda ətraflı bərpa işləri aparılmışdır. Keçmişdən bu günə dağılmadan gəlib çatan bu hamam memarlıq baxımından keçmişin izlərini daşıdığı üçün Göynük səfəriniz zamanı ziyarət etməli olduğunuz yerlər sırasındadır.

 4. Həzrəti Akşemsəddin türbəsi

Böyük alim və eyni zamanda Fateh Sultan Mehmetin müəllimi kimi tanınan Akşemsəddinin 1459-cu ildə vəfatından sonra (hicri 864 / m. 1464) onun türbəsi tələbəsi Fateh Sultan Mehmet tərəfindən tikilmişdir. Altıbucaqlı kəsilmiş daşlarla tikilmiş türbə günbəzlə örtülmüşdür. Əsas divarın hər tərəfində uclu tağvari taxçalarda düzbucaqlı pəncərələr vardır. Türbənin şimal-şərq küncündə uclu tağ yuvasında tikinti yazısı olan giriş qapısı var.

Türbədə Akşemsəddin və oğullarının sarkofaqları yerləşir. Akşemsəddinin sarkofaqı qoz üzərində relyef yazısı ilə bəzədilib. Bu, Osmanlı dövrü ağac emalının ən yaxşı nümunələrindən biri kimi önə çıxır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 15 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see178

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see137

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see130

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri