Icma.az
close
up
RU
“Bizdə milli şüur sıfırdan aşağıdır!” “Adamlarda olan gərginlik 220 voltdan yuxarıdır”

“Bizdə milli şüur sıfırdan aşağıdır!” “Adamlarda olan gərginlik 220 voltdan yuxarıdır”

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bir el misalı var, deyir, ondan danışma, onun kitabı bağlanıb. Kitab açmayan xalq elə kitabını bağlamış kimi bir şeydir. Çünki nə qədər elmi-texniki yeniliklər olsa da, kitabın yerini heç nə verməz”.

Bu sözləri "Yeni Sabah"a yazıçı Seyran Səxavət deyib.

Onun sözlərinə görə, kitaba olan marağın azalması təkcə Azərbaycanda deyil, digər postsovet ölkələrində də müşahidə olunur: pizza hut

“Bunun ilk səbəbi dünyanın son dərəcə gərgin olmasıdır. İndiki insanlar 60 il bundan əvvəlin insanları deyil. Adamlarda olan gərginlik, elektrik dili ilə desək, 220 voltdan yuxarıdır.

Elektrik 220 voltdan yuxarı olanda avadanlıqlar yanır, xarab olur. Adamlar da gərginliyin yuxarı olması ucbatından yanır və xarab olurlar.

Bəşəriyyət kitabdan öz xoşu ilə ayrı düşmür. Mən təxminən 40 il bundan qabaq Parisdəydim. Eyfel qülləsini görməyə getdik. Orada fransız dostlarımız biz üçün vida banketi təşkil etmişdi.

Bir nəfər dedi ki, 364 nəfər Eyfel qülləsinin başından özünü yerə atara ölüb. Soruşdum ki, bu intihardır? Dedi: "Yox, onlar sadəcə tarixə düşmək istəyiblər". Soruşdum ki, həmin 364 nəfərin arasında 1 nəfər müsəlman var? Dedi ki, yoxdur, hamısı xristian-pravoslav, katolik və s.

Hələ 40 il bundan qabaq şübhələnirdim ki, deyəsən, bəşəriyyətin başı xarab olub. Çünki Eyfel qülləsinə qalxmısansa, Paris kimi bir gözəlliyi seyr et də, özünü niyə yerə atıb öldürürsən?!

Kitaba olan marağın azalma səbəbi də elə budur - bəşəriyyətin başıxarablığı!” 

Yazıçı vurğulayıb ki, kitabdan uzaqlaşmanın digər səbəbi qloballaşmadır:

“Bir el misalı var, deyir, ondan danışma, onun kitabı bağlanıb. Kitab açmayan xalq elə kitabını bağlamış kimi bir şeydir. Çünki nə qədər elmi-texniki yeniliklər olsa da, kitabın yerini heç nə verməz.

İndi qloballaşmadan bəhs edirlər. Əslində, bu proses bir dəfə olub. Qloballaşma elə ibtidai icma quruluşunda özünü göstərib. Bəşəriyyət də, insan da dairəvi hərəkət edir, düz xətlə getmir. İndi də qloballaşma gedir. Amma indiki qloballaşmanın ibtidai icma dövründən fərqi ondan ibarətdir ki, o vaxt texnologiya bu qədər inkişaf etməmişdi.

Kitabdan uzaqlaşmanın elə bir səbəbi də qloballaşmadır. Bunun bir çox böyük və xırda səbəbləri də var. Qayğılar, problemlər hər zaman olub. Adəm və Həvvadan başlayaraq. Mən bilən, qayğı burada elə də böyük rol oynamır. Bizdə milli şüur sıfırdan aşağıdır! Milli şüuru da tənzimləyən təhsildir. Təhsil özü isə yarımcandır, reanimasiya vəziyyətindədir. O milli şüuru necə tənzimləyə bilər?!”

Xatırladaq ki, "World Population Review"-nun reytinqinə görə, azərbaycanlılar il ərzində 3.25 ədəd kitab oxuyur. Ölkəmiz bu siyahıda keçmiş sovet ölkələri arasında 14-cüdür. Azərbaycan bu nominasiya üzrə sadəcə Türkmənistanı qabaqlayır.

Əlavə: Qonşu Qafqaz xalqları arasında gürcülərin il ərzində 4.3, ermənilərin isə 4.29 ədəd kitab oxuduğu məlum olub.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Avqust 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri