Icma.az
close
up
RU
Həccin bahalaşması ilə bağlı tənqidlərə CAVAB: Bizdə qiymətlər aşağıdır

Həccin bahalaşması ilə bağlı tənqidlərə CAVAB: Bizdə qiymətlər aşağıdır

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinə sənəd qəbulu başlayıb.  Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmayıb. Ötən il kvota 1500 nəfər olub.

Həcc ziyarətinin qiyməti isə artırılıb. Belə ki, bu il Həcc ziyarətinin 5 950 ABŞ dollarına başa gələcəyi açıqlanıb. Bu, ötən ilə müqayisədə 100 dollar artıqdır. Beləliklə, Həcc ziyarətinə getmək istəyənlər hazırkı məzənnə ilə 10 115 manat pul ödəməlidir.

Həcc ziyarətinin qiyməti sosial şəbəkədə narazılıqlar qarşılanıb və müzakirələrə səbəb olub.

Qiymətlərin artmasının səbəbi nədir?

Məsələ ilə bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri bildirib ki, hazırda kvota yerləri tam məlum deyil, lakin ötən illə müqayisədə daha aşağı olacaq.

“Yerlərimiz məhduddur. Vətəndaşlarımız tələssinlər. Çünki kvota keçən ilkindən daha az nəzərdə tutulub”,-o deyib.

V.Cahangiri Həcc qiymətinin artması ilə bağlı isə bunları deyib:

“Keçən ilki qiymətləri saxlamaq istəyirdik. Bunun üçün maksimum çalışdıq, alınmadı. Çünki hər yer “od tutub yanır”. Orta Asiyada qiyməti 6 mindən yuxarı qoyublar. İngiltərədən gələnlər üçün qiymət 11 mindir. Onlar biləndə ki, biz bu qiyməti qoymuşuq, deyirlər, nə yaxşı qiymətlər sizdə belədir. Qiymətlər hər yerdə yuxarıdır. Səudiyyə ərəbistanında ümumiyyətlə Azərbaycanla müqayisədə qiymətlər həddindən artıq bahadır. Biz qiymətləri aşağı salmağa çalışanda dedilər ki, bunu edə bilərlər, amma gərək keyfiyyəti də aşağı salalar.  Axı mənim vətəndaşım yüksək şərait istəyir. Mənim vətəndaşım digər ölkələrin vətəndaşları kimi deyil axı, istəyir ki, təmiz şərait olsun. Mən həmin səviyyəni saxlamaq məcburiyyətindəyəm. Ona görə də qiyməti 100 dollar qaldırmalı olduq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see160

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri