Icma.az
close
up
RU
Bizdə parklar kafe və restoranlar üçündür İqtisadçı

Bizdə parklar kafe və restoranlar üçündür İqtisadçı

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Parklar insanlar üçündür, kafe və restoranlar üçün yox”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev öz sosial şəbəkə hesabında paylaşıb.

İqtisadçı qeyd edib ki, iyunun 1-də, qeyri-iş və bayram günündə Xırdalandakı Heydər parkında sıxlıq müşahidə olunub. Havanın istiləşməsi və insanların istirahətə çıxması parka güclü axına səbəb olub.

“Bir tərəfdən sakinlər ailəvi şəkildə çəmənlikdə piknik edirdi. Bu, çox yaxşı haldır və belə də olmalıdır – əlbəttə, təmizliyə riayət etməklə. Dünyanın hər yerində parklar insanlar üçündür və onlar rahat şəkildə çəmənlikdə istirahət edirlər,” – deyə Samir Əliyev bildirib.

Onun sözlərinə görə, parkın digər tərəfində isə ictimai iaşə obyektlərinin sayı sürətlə artır:

“Bu, narahatedicidir. Əgər bu templə davam edərsə, yaxın gələcəkdə parkda insanlar üçün piknik edəcək yer belə qalmayacaq. Təxminən 10-15 il əvvəl həmin ərazi ekoloji cəhətdən təmiz, sakit və dincəlmək üçün ideal məkana çevrilmişdi. İndi isə park səs-küylü, basırıq və hərəkətin məhdud olduğu bir yerə çevrilib”.

İqtisadçı əlavə edib ki, Azərbaycanda parklar haqqında ayrıca qanun olmasa da, yaşıllıqların mühafizəsini tənzimləyən qanunvericilik aktları mövcuddur:

“Əminəm ki, həmin sənədlərdə parklara dair müəyyən standart və tələblər də var. Amma təəssüf ki, bu qaydalara əməl olunduğunu düşünmürəm. Mən Avropanın bir çox ölkəsində parkları görmüşəm. Orada parklar əsasən əhali üçündür. İctimai iaşə obyektləri isə ya ümumiyyətlə yoxdur, ya da çox məhdud şəkildə mövcuddur. Bizdə isə əksinə – parklar getdikcə kafe, restoran və atraksionlarla dolur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyun 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri