Icma.az
close
up
RU
Dünyada nazirliklər siyasətlə məşğul olur, bizdə isə təsərrüfatla məşğuldurlar İqtisadçı

Dünyada nazirliklər siyasətlə məşğul olur, bizdə isə təsərrüfatla məşğuldurlar İqtisadçı

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.

Qeyd edək ki, hər zaman insanlar bu cür qiymət artımlarının Tarif Şurası tərəfindən elan olunduğunu görürdü. Lakin bu dəfə fərqli oldu.

Bəs tariflər niyə Tarif Şurası tərəfindən müəyyən edilməyib?

İqtisadçı Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, burada hər hansı bir qanun pozuntusundan söhbət getmir.

"Ölkədə üç qurum var ki, qiymət tənzimləyə bilir. Nazirlər Kabineti, Tarif Şurası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qiymət tənzimləyə bilir. Elektrik enerjisi, su təchizatı, təbii qazla əlaqəli məsələlər Tarif Şurasına aiddir. Nəqliyyat, metro, avtobus qiymətləri isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətindədir. Nazirlər Kabinetinin qərarında bu haqda geniş yazılıb. Qanun pozuntusu yoxdur.

Bu qurumun həm “BakuBus”u var, həm Bakı Taksi Xidməti var, həm Bakı Metropoliteni, həm də Azərbaycan Dəmir Yolları bura daxildir. Qurum həm təsərrüfat işləri ilə məşğuldur, həm də siyasət, tənzimləmə və qiymət təyin edir. Belə olduqda maraqların ziddiyyəti yaranır. Azərbaycan Dəmir Yollarını yaxşı işlətmək üçün nə eləməlidir? Qiyməti qaldırmalıdır. Burada maraq olmur ki, qiymət düzgün formalaşdırılsın. Tabeliyində olan qurumların göstəricilərinin yaxşı olması üçün birinci şərtlərdən biri qiymətdir. Bu hissə üçün deyə bilərəm ki, bu, doğru deyil".

Ekspertin fikirincə, qanun ya dəyişilməlidir, ya da Rəqəmsal İnkişaf Nazirliyinin tabeliyindən bu qurumlar çıxarılmalıdır.

"Ayrıca müstəqil qurum kimi, dövlət müəssisəsi kimi ayrıca fəaliyyət göstərməlidir. Bunlar AZCON Holdingin altında birləşdirilib, AZCON-un idarəetməsi isə nazirlikdədir. Nazirlik ya siyasət, tənzimləmə və qiymətlə, ya da təsərrüfatla məşğul olmalıdır. İndi dünyada nazirliklər siyasət və tənzimləmə ilə məşğul olur, təsərrüfatla isə məşğul olmur. Burada ən böyük səhv elə budur: həm təsərrüfatla məşğuldurlar, həm də qiymət qoyub tənzimləyirlər. Bu, səhvdir. Təsərrüfat hissəsi onlardan ayrılmalıdır", - deyə Xalid Kərimli vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Oktyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri