Icma.az
close
up
RU
Bizdə şeir də var, sənət də vardır...

Bizdə şeir də var, sənət də vardır...

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan hər zaman şairlər yurdu kimi tanınıb. Xalqımız tarixən şeirə, sənətə bağlı olub. Dövlət səviyyəsində də ədəbiyyata örnək qayğı göstərilib.

Təsadüfi deyil ki, bu il ölkəmizdə qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin 190, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 100, Xalq şairi Fikrət Qocanın 90 illik yubileyləri dövlət səviyyəsində qeyd olunur.

Elə ötən ayın sonunda ölkəmizdə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə 15-ci Vaqif Poeziya Günlərinin keçirilməsi ədəbiyyata özəl diqqətin daha bir əyani sübutudur.

Ənənəvi şeir təntənələri klassik şairimiz Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start götürüb və sonrakı günlərdə Gəncədə və Ağdam rayonunda davam edib. Bayramın “zirvə” görüşləri isə iyulun 22–23-də Vaqifin məşhur şair, siyasi və ictimai xadim kimi tanındığı, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olduğu azad Şuşada gerçəkləşib. Mədəniyyət paytaxtımızdakı tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Şeirsevərlərin ənənəvi poeziya bayramı ovqatına kökləndiyi bir vaxtda növbəti “Ədəbiyyat səhifəsi”ni oxuculara təqdim edirik.

Vahid ƏZİZ, Xalq şairi

Gəlin, yad planetlilər...

Hardasız, yol gələnlər?
Aləm yaman qarışıb –
ya sayımız çoxalıb,
ya vaxtın ağlı çaşıb!
Salamat bir yeri yox –
Dünyamız qan içində,
heç bilməzdim olurmuş
insan – həyatı sevən,
həm də ki, qan içən də!
Alovlanıb qitələr –
Şimal da o gündədir,
Cənubu da alovlu,
Gündoğanla – Günbatan
arası kəsilməyən
savaş meydanı oldu!
Torpağı ayaqlayır
zirehlər ağır-ağır,
həm yerdə təlatümlər,
həm göydən alov yağır.
Yayılan son xəbərlər
insanı üşüdürlər;
İnsan ömründən baha
od püskürən raketlər
göydən – “beş-on manatlıq”
“PUA”lar düşürürlər!
Dil tapa bilə bilmir
xalqlar başbilənləri;
“KOVİD” – bu Yer üzünü
tarimar edən zaman
“Başbilənlər” birləşib
bir dərman yaratmadı,
amma, indi birləşib
silahlar yaradırlar,
Ulu Tanrı, görmürsən? –
Səni də aldadırlar!
Neçə-neçə güclünün
qarışıb, ağlı çaşıb,
hardasız? Ləngiməyin –
gəlin Yadplanetlilər –
deyəsən Dünyamızın
dağılan vaxtı çatıb.
Özü də elə gəlin ki,
burdan qayıdan zaman
Dünyamız xilas olsun.
Elə çıxıb gedin ki,
Yer üzü əbədilik
silah-sursatsız qalsın...

Dava şeiri

Müharibə başlayıb... Nəbatat bağındayam.
Hava yaman soyuqdu, özüm də bir az xəstə,
Heyf, evdən çıxanda papaq da qoymamışam.
Anam elə bilir ki, ölüm ayağındayam,
Müharibə başlayıb, Nəbatat bağındayam.
Mən səni gözləyirəm....
Eləcə dayanmışam Eldar şamının altda,
Gör ey, adam adında ağaclar varmış hətta.
Ağacların üstündən yıxılan balacalar
böyüyür, igid olur,
Mən səni gözləyirəm, amma indi, bəlkə də
Bu ağacın adaşı Şuşada şəhid olur.
Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən Vətən
səninçün nədi?
Bax, indi dediklərim hamısı bəhanədi:
Anamın olduğu yer, atamın yatdığı yer,
Bir də sən hardasansa, ora mənə Vətəndi.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə,
Mən atamdan bilirəm – ölüm bədahətəndi.
                                           Rəşad Nağı MUSTAFA

Dünya

Bu dünyanın lap əzəldən,
Qışı da yazı boydadı.
Nə böyükdü, nə balaca,
Çoxu da azı boydadı!
Axır yozdum bu yuxunu,
Tanıdım yadı-yaxını,
Hamının boyu-buxunu,
Ağzının sözü boydadı!
Dünya-başa qaxanların,
Dünya-başa çıxanların,
Dünya-ona baxanların,
Koralmış gözü boydadı.
Həm “qarası”, həm “ağının”,
Yatmışının, oyağının,
Dünya insan ayağının,
Torpağı-tozu boydadı.
Çox axtardım künc-bucağın,
Həm o çağın, həm bu çağın,
Dünya-yanan bir ocağın,
Közərən közü boydadı.
Az ovcunda bük ürəyi,
Aç, çarmıxa çək ürəyi,
İnsanlar var tək ürəyi,
Dünyanın özü boydadı.
                               Xəlil ADIGÖZƏL

Oktyabr şeiri

Kəsib tullayasan qollarını da,
Yetim saxlayasan qucaqlarını...
Biryolluq hamıdan çıxıb gedəsən,
Bir it qucaqlaya ayaqlarını...
Ay ağac, yazıqsan – qış ağacısan,
Bu bekar torpağın boş ağacısan,
Bilsəydim anamın baş ağacısan,
O vaxt sındırmazdım budaqlarını...
Qırmızı kəndirdə boynun dincələ,
Ölüm də gələndə gülərüz gələ,
Bir gün uzaqlardan bir payız gələ,
Deyə ki, qaytarın yarpaqlarımı!..
                                      Şəhriyar del GERANİ

Hələ

Tanrı dərgahından gəldim,
Əmrindəyəm, qulam hələ.
Bəndə qəbul etməsə də,
Tanrıma qəbulam hələ.
Ağlıma məhkum olsam da,
Hissimə qəyyum olsam da,
Çölümdə məlum olsam da,
İçimdə məchulam hələ.
Dolmalıyam, daşmalıyam,
Çox sədləri aşmalıyam.
Bərkiyib daşlaşmalıyam,
Bir duru məhlulam hələ.
Düşünərək dönə-dönə
Başlayıram yeni günə.
Ölüm, mane olma mənə,
İşim var, məşğulam hələ.
                              Zaur İLHAMOĞLU

Güllə

O günü torpaqda lalə qızardı,
Utana-utana baxdı lalələr.
Bir qarış torpaqda bahar ağladı,
Arzunu, sevgini güllələdilər.
Milyonlar qalxaydı o gün ayağa,
Bir barmaq nə idi, ləngidəydilər,
Bir güllə nə idi, söndürəydilər...
Yağdı ürəyindən lalə yağışı,
Torpağın sinəsi islandı güllə.
Şair sorağında gəzir dünyanı,
Dantesin Puşkinə atdığı güllə.
                                    Allahşükür AĞA

Ən gözəl qadınlar qocalır...

Salam, şair, darıxıram, bu təklik
Yenə məni üzüyumşaq tanıdı.
Yenə payız, yenə soyuq, yenə mən
Yenə yerim sobaların yanıdı
Hələ sənə demədiyim bir gerçək
Hələ sənə açmadığım yalan var
Düz bir ildi yuxu yata bilmirəm
Qorxuram ki, yastığımda ilan var
Ağ tük tapdım arasından saçımın
Qoparmadım, saxlamışam, çoxalsın
Otuz ildə cavan qalıb neynədim?
Canı çıxsın, saçlarımın, qocalsın.
Gəl, bir gün oturaq qədəh-qədəhə
Görək, göz yaşından nə qalır, şair?
İçimdə ən məsum mələklər ölür,
Ən gözəl qadınlar qocalır, şair!
                                     Günel MÖVLUD

Güzgü

Baxdığın güzgünü saldın, qırıldı,
Təəssüf oxudum üzündə sənin.
Nə yaman dayandın halsız, pərişan? –
Belə bilməz idim dözümdə səni.
O sınıq güzgünün bir parasını
Özünlə götürdün bilmirəm nəsə.
Arada gördüm ki, xəlvətə salıb
O sınıq güzgüylə güzgülənirsən.
…Mələyə döndərdi, yenə mələyə
Gözümdə o sığal, o düzgü səni.
Yüz yerdən, min yerdən sınsa da, yenə
Bütöv göstərirdi o güzgü səni.
                                          Sərvaz HÜSEYNOĞLU

Bir qarışlıq adam

Günəşi görmək üçün gecə baxırsan göyə...
Hamı sənə kor deyir, necə baxırsan göyə? –
Çox qarışıq adamsan.
Biz isə ağıllıyıq, hər şeyi “düz” bilirik,
Ürəyin dünya boyda olsa da, biz bilirik –
Bir qarışlıq adamsan.
Saçında ağ tellərin qaralarla yarışır,
Belə də davam elə, sənə də bu yaraşır –
Tam yarışlıq adamsan.
Gözlərindən axanlar gözünə bir də baxmır,
Axı niyə baxanlar üzünə bir də baxmır? –
Bir baxışlıq adamsan?
Ahın yerdən göylərə, heç çatmasın, əzizim,
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.
                                          Səddam LAÇIN

“Uç, uç, meyxanəçi...”

Sərxoş gəlmişəm qapına,
Aç, aç, meyxanəçi!
Aşiqlər sənə tapınar…
Keç, keç, mexanəçi!
Olubmu öldüyün sənin?
Dərddən güldüyün sənin?
Elə hey xaç bildiyin sənin
Hac, Hac, meyxanəçi!
Aranı dağa daşımısanmı?
Solunu sağa daşımısanmı?
Özünü uzağa daşımısanmı? –
Köç, köç, mexanəçi!
Baxma naşı-naşı mənə,
Mey gətir – söz daşı mənə.
Könlün varsa qoşul mənə,
Uç, uç, mexanəçi!
Cahil əllərində aşiq başları –
Minarə kərpici, qüllə daşları…
İçib ayılır eşq sərxoşları…
İç, iç, mexanəçi!
Mən bu çağın nəyiylə yarışım?
Mən bu torpağın nəyiylə qarışım?!
Mən bu dünyanın nəyiylə barışım? –
Puç, puç, mexanəçi!

                                               Şaiq VƏLİ

***
Bu gün səhər küçənizin tinindən keçdim,
Gedib-gələn, gəlib-gedən: Adam doluydu.
Bu yol sənli günlərimin nicat yoluydu,
Gündə yüz yol uzunundan, enindən keçdim.
Gördüm həyat davam edir öz axarında,
Günəş doğub küçənizin baş tərəfində.
Bir kişi piştaxta qoyub yol kənarında,
Lotereya biletlərin düzüb rəfində
Səsləyirdi: Gəl, qalmadı “Ailə sevinci”.
Düşündüm ki, olmayan şeyin nə sevinci?!
Nə mən səni bağışladım, nə sən rəhm elə,
Yaşa getsin, ürəyimin daş tərəfində.
Bəlkə də heç o son görüş olmamalıydı...
Ömrüm ötdü “bəlkə”lərin “kaş” tərəfində.
Təsadüfən küçənizin tinindən keçdim...
Qürur sevgi, məhəbbəti boğur deyirlər.
Təəssüf ki, anlamadın hələ sən bunu.
Təsadüflər zərurətdən doğur deyirlər.
Təsadüfə inanmıram, biləsən bunu,
Təsadüfən binanızın önündən keçdim...

                                          Elvin ƏLİZADƏ

Səhibəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Avqust 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see218

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see204

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see193

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see185

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see185

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see184

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see181

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see179

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see178

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see178

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see175

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see175

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see174

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see174

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see173

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see172

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see169

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see160

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see152

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri