Icma.az
close
up
RU
O əjdahalardan bizdə də var...

O əjdahalardan bizdə də var...

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan kinosunun yaranması günüdür.

“Qafqazinfo” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Bu məqamda “Bəyin oğurlanması” bədii filimi ilə məşhurlaşan “Niyə o əjdahadan bizdə yoxdur?” frazasını yerli aktyorlarımız üçün təhlil edirik.

Başlayaq elə dünən Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Prezidentin Sərəncamı ilə “Şöhrət” Ordeni ilə təltif edilən Fəxrəddin Manaf oğlu Manafovdan.

70 yaşlı Xalq artisti Azərbaycan kinosunun unudulmaz adlarındandır.

O, “Təhminə”nin “Zaur”u, “Ölsəm bağışla”nın “Yusif”i, “Gecə qatarında qətl”in “Rüstəmi”, “Park”ın “Marat”ı, kinomuzun “Kefli İsgəndəri” və adını yazmadığım neçə-neçə obrazdır.

Kinomuza rolları ilə damğa vuran növbəti aktrisamız “Qayınana” Nəsibə Zeyanlovadır.

Onun tək oynadığı rol bu olmasa da, nədənsə yazını yazanda ağlıma ilk bu film gəlir.

“Ögey ana” və “Fəryad”ın “İsmayıl”ı Ceyhun Mirzəyevi təkcə obrazlarının adları yox, həm də illər keçsə də dəyişməyən dərin mənalı baxışları yaddaşımıza həkk edib.

Komik və dramatik rollarının ayrı-ayrılıqda haqqını verən Yaşa Nuri də filmoqrafiyamızın “ənlər”indəndir. O, təkcə aktyor yox, həm də  xalqın güzgüsü idi. Onun yaratdığı hər obraz sadəcə gülmək üçün deyildi. Bu obrazlarda bir cəmiyyətin iztirabı, sevinci, qayğısı və ümidi var idi.

Özü öz yaradıcılığını belə dəyərləndirirdi:
“Gülmək təkcə əylənmək deyil, bəzən bir göz yaşının səsini kəsməkdir”.

Burada güclü xarakterli qadın obrazlarımızın mahir ifaçısı Amaliya Pənahovanın adını qeyd etməmək olmaz.

Onu özünəməxsus edən təkcə zahiri görünüşü yox, həm də rollarının öhdəsindən ustalıqla gəlməsidir.

Azərbaycan ekranlarının tarixi sənətkarlarından biri də Fuad Poladovdur. O, düşünən aktyor idi. Təkcə ssenarini deyil, obrazın ruhunu oxuyurdu. Rollarında çox vaxt sözlə deyil, baxışla danışırdı. Onun oynadığı obrazlar tamaşaçını düşünməyə, suallar verməyə vadar edirdi.

İndi adını çəkəcəyim sənətçimiz hər kəsin həyatında bir az “qonşu dayı”, bir az “əliaçıq ata”, bir az da “şirin qaynata” idi. Onun oynadığı obrazlarda xalqın dili, yumoru və ağrısı vardı. Çox zaman bir cümlə ilə tamaşaçını həm güldürür, həm düşündürürdü.

Kinomuzun “diri-diri dərisi soyulan” ismi-Rasim Balayev.

“Babək”, “Nəsimi”, “Dədə Qorqud” kimi tarixi və mifik obrazlarda Rasim Balayev sadəcə rol oynamayıb- o, onların qəlbini, atəşini və mübarizəsini özüylə cəmiyyətimizə gətirib. Hər baxışında azadlıq, hər sözündə döyüş ruhu var.

Siyavuş Aslanın öz dili ilə desəm:
“Gülmək asandır, güldürmək çətindir. Mən bu çətinliyi sevirəm.”

Bu xanım isə “Gözəllik və zəka bir qadında birləşərsə nə baş verər?” sualının cavabıdır.

Yaradıcılığı boyu qadınları təkcə estetik baxımdan deyil, həm də intellektuallıq və mənəvi azadlıq tərəfdən cəmiyyətə təqdim etməyə çalışıb.

Onun oynadığı məşhur filmdən bir sitatı desəm, kimliyi artıq bəlli olacaq:

“Həyatda, məncə ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin. Əfsanə, ya həqiqət, dəxli yoxdur. Əsas odur ki, uydurduğu nağıla inansın”. (Leyla Şıxlinski “Gün keçdi” b/f)

Bu elə bir yazıdır ki, yazdıqca siyahı uzanır. Çünki bizim kinomuzda əjdahalar saysız-hesabsızdır. Onların heç biri ilə bağlı keçmiş zamanda danışmaq niyyətim yoxdur.

Yazıda adını qeyd edə bildiyim, bilmədiyim, yazmağı unutduğum bütün kino sənətkarları yaddaşlarımızda dərin izlər, fraqmentlərlə qalıb, heç biri də dünyaşöhrətli ulduzlardan heç də geri qalmır.

Telli Minbir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Avqust 2025 04:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see330

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see266

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see262

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see255

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see255

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see253

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see238

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see202

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see201

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see178

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see173

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see169

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see168

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see166

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see165

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see164

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see160

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see153

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see150

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri