Icma.az
close
up
RU
Niyə hələ də şeir?!

Niyə hələ də şeir?!

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Rəvan CAVİD

16-cı İstanbul Beynəlxalq Şeir və Ədəbiyyat festivalından təəssüratlar

İlıq payız günlərində İstanbul yenə danışmağa hazır idi - bu dəfə sözlərlə, misralarla, dillərlə, qəlblərlə... İstanbulun küçələri boz havalara rəğmən, hələ də mənzərəsiz deyil: daşları yaş, kölgələri sarkıb, sularında min bir hekayə daşıyan Boğazıyladır İstanbul. Və mən o günlərdə, üç gün boyunca, bu şəhərin hər daşında, hər park küncündə, hər kitabxana pəncərəsində poeziyanın sirli bir dişi olduğunu gördüm.

Bu il 16-cı dəfə təşkil olunan İstanbul Beynəlxalq Şeir və Ədəbiyyat Festivalı qədim şəhəri üç gün ərzində poeziyanın, mədəniyyətin və mənəvi dialoqun mərkəzinə çevirdi. Bu festival bir şeir tədbirindən daha artıq idi - hisslərin sərhədsizliyi, dillərin qardaşlığı və ədəbiyyatın zamanları aşan səsi idi.

Festivalın təsisçisi və direktoru, türk ədəbiyyatının tanınmış siması Adnan Özerin dəvəti ilə mən də bu möhtəşəm poeziya bayramında iştirak etdim - həm tərcüməçi, həm ifaçı, həm də bir şeir xiridarı kimi. Hər gün ayrı bir məkanda, ayrı bir ruhda və ayrı bir dildə danışan bu festivalda İstanbulun özü də sanki bir poetik personaja çevrilmişdi.

Festival Gülhane parkında yerləşən Ahmet Hamdi Tanpınar Kitabxanasında başladı. Bu məkan təkcə tarix deyil, şeirin nəfəs aldığı bir yerdir. Tarixin nəfəsi ilə poeziyanın səsi burada birləşdi.

İlk günün əsas festival gündəmi - gənclərin səhnəyə çıxması idi. Onların səsi hələ dünyanı dəyişməyə yeni başlamış, amma içlərində dağlar kimi sözlər vardı. Onlar Tanpınarın ruhu ilə danışır, İstanbulun daş divarlarına içlərini tökürdülər. Mən də həmin səhnədə öz şeirimlə çıxış etdim. Həmin an şeir təkcə səsləndirdiyim bəndlər deyildi - şəhərin özü, Gülhanenin mənzərəsi, bir kənardan - boğazdan əsən sərin meh idi. Nəfəsim, baxışlar, parkın yarpaqları da o misraların bir hissəsinə çevrilmişdi. Gülhane parkında şeir oxumaq - İstanbulun ürəyinə sözlə toxunmaq kimi bir hiss idi.

Festivalın açılışı Tanpınar kitabxanasında baş tutdu. Adnan Özer gələn qonaqları təqdim edib festivala şahidlik edən hər kəsi salamladı. Fəxri qonaqlar rumıniyalı məşhur şair Ana Blandianaya və şair, ədəbiyyatşünas Turan Koça festivalın simvolik mükafatı verildi. Tədbirdə Azərbaycanı təmsil edən məşhur şair, Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Adnan Özerə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini və Qarabağ simvollu hədiyyəni təqdim etdi. Açılış günü şam yeməyi ilə yekunlaşdı.

İkinci gün Taksim meydanında payızın artıq adət edəcəyi yağışının altında İstiqlal caddəsində İstanbulun gerçək üzünü özüm üçün yenidən kəşf etməyə başladım. Bir də elə şəhərlər var ki, oranın gözəlliyi ancaq qışda, ya da yayda görünür. Elə şəhərlər var ki, niqabında göz oxşayır, bəziləri də çılpaq. İstanbul bu baxımdan şarmlı şəhərdir. İçində insan qaynasa da, yolları yeddi-iyirmi dörd keçilməz, tünlük olsa da, hara gedirsənsə get, mütləq tələsəcəyin və gecikəcəyin yerlərin bilinməz səmtlərində özünü tapsan da, İstanbul hər fəsildə gözəlliyini qoruyub saxlaya bilir.

Dünya tarixi iki üzünü də, iki canını da burada qoyub gedib. Sağa baxsan şərq, sola baxsan qərb. Sağda Anadolunun üfüqləri, solda "Qədim Dünya"nın. Taksimdə yüz metr yeriyəndə bir qulağın azan səsinə, o biri kilsə zənginə şəklənir. Allah birində sözlərlə, digərində səslərlə aqibətin musiqisini bəstələyir. Növbəti tədbir Atatürk Mədəniyyət Mərkəzinin kitabxanasında davam etdi. Burada şeir duyğudan daha artıq bir şeyə çevrildi - fəlsəfə, dil və ideya oldu.

Günün ilk tədbiri Turan Koçun şeir dünyasına həsr olunmuş panel idi. Adnan Özer, Hüseyn Akın və Eray Sarıçamın moderatorluğu ilə keçirilən bu görüşdə şairin poetik dünyasına nəzər salındı. Paneldə iştirak edən oxucular da şeir və onun yeni dünyadakı yeri ilə bağlı fikirlər səsləndirdi. Ardınca Turan Koç özü "Şeir dili" adlı konfransla çıxış etdi. Onun nitqi yalnız bir nəzəri mühazirə deyildi - sözə, dərinliyə, düşüncəyə çağırış idi.

Bu kitabxanada şeir səssizlik içində böyüyürdü. Hər baxış bir sual, hər dinləyici bir cavab idi. Şeir, bu dəfə hisslərin deyil, düşüncənin pıçıltısı idi.

Festivalın üçüncü və son günü payız günəş və qara buludlar arasında tərəddüddə qalmışdı. Avrasiya Bir Vəqfində tədbirlər başladı. Burada "Türk dünyası modern şeir külliyatı" adlı panel təşkil olundu. Moderator Özcan Ünlü, iştirakçılar isə Erol Tufan, Salih Okumuş, Səlim Babullaoğlu və Ayşə Türkmən idi.

Bu paneldə Türk dünyasının müxtəlif coğrafiyalarından gəlmiş şairlərin səsi birləşdi. Onlar modern şeirin bugünkü ritmini, zənginliyini və problemlərini dilə gətirdilər. Bu, yalnız bir ədəbi söhbət deyildi - ortaq mədəni yaddaşın çağdaş dildə ifadəsi idi.

Axşam isə festival öz zirvəsinə çatdı.

Əgər İstanbulun poeziyada bir ruhu varsa, o, yəqin ki, Pera Palasın divarlarında yaşayır. Bu möhtəşəm tarixi məkanda keçirilən "Niyə hələ də şeir?" mövzusundakı beynəlxalq panel - bütün festivalın kulminasiya nöqtəsi idi.

Tədbirin moderatoru Can Yiğit Tunçman, iştirakçılar isə əsl poeziya səfirləri idi: Ana Blandiana (Rumıniya), Abbas Beydoun (Livan), Oktay Taftalı (Türkiyə), Venko Andonovski (Şimali Makedoniya), Paolo Agrati (İtaliya), Manuel Forkano (İspaniya) və Səlim Babullaoğlu (Azərbaycan).

Hər çıxış, hər səslənən fikir bir bənd, bir şeir parçası idi. Fərqli dillər, fərqli həyat hekayələri - amma bir ortaq duyğu: poeziyanın insanı yaşatdığı inancı.

Bu gecə mənim üçün xüsusilə fərqli və mənalı oldu. Mən Ana Blandiananın şeirlərini Anadolu türkcəsinə tərcümə etmişdim. O misraların öz səsləndirilməsi şeirin sözə tərcüməsi deyil, həyata ədəbiyyatdan bir bəxşiş vermək idi.

Daha sonra Səlim Babullaoğlunun və Oktay Taftalının şeirlərini səhnədə ifa etdim. O an yalnız səsləndirici deyil, poeziyanın bir daşıyıcısı, bir ruh halqası idim. Pera Palasın aynalarında sözlərin işığı əks olunurdu. Festivalın ənənəvi şam yeməyi ilə bitən gün növbəti ilin planlarının səsləndiyi, dünyanın şeir ocaqlarından gələnlərin müvəqqəti vidaları ilə birləşdi.

Festival sona çatdı. Amma sanki şəhərin üzərində bir səssiz misra qaldı.

Niyə hələ də şeir?

Çünki şeir sükutun danışdığı yerdir.

Çünki insan var olduqca - sevəcək, əzab çəkəcək, itirəcək, tapacaq, yadlaşacaq, bağışlayacaq... və bütün bunları dillə deyil, şeirlə ifadə edəcək.

Çünki şeir - ruhun qeyri-rəsmi tərcüməsidir.

İstanbul bu festivalda bir şəhər deyil, poeziyanın məkanı, sözün qibləsi oldu.

Adnan Özerin rəhbərliyi ilə baş tutan bu festival, yalnız ədəbiyyat deyil - mədəniyyətin, insanlığın və hissin birləşdiyi bir mərasim idi.

Mənim üçün isə bu festival - tərcümə olunmuş bir ruh, səhnəyə çıxmış bir misra, canlı bir yaddaş olaraq qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see365

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see299

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see238

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see219

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see201

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see193

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see186

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see177

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see174

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see168

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see167

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see166

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see160

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see158

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see156

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see156

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see155

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see154

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri