Bizdən öz maraqları üçün istifadə edirlər Tramp Avropa İttifaqını ittiham etdi
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Avropa İttifaqına 25 faiz rüsum tətbiq edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında məlumat verib.
O qeyd edib ki, ABŞ Avropa İttifaqından idxal olunan məhsullara 25 faiz gömrük rüsumunun tətbiq edilməsini qərara alıb və yaxın zamanda bu barədə rəsmi elan ediləcək.
“Biz qərar verdik və yaxın zamanda bu barədə elan verəcəyik. Bu, ümumi götürsək, 25 faiz həcmində olacaq və avtomobil, eləcə də digər məhsullara şamil ediləcək”, – Tramp bildirib.
Həmçinin Tramp Avropa İttifaqının ABŞ-dan öz maraqları üçün istifadə etmək məqsədilə yaradıldığını deyib.
“Mənim Avropa ölkələrindən xoşum gəlir, lakin onlar ABŞ-dan istifadə etmək üçün ittifaq qurublar. Gəlin düzünü deyək, Avropa İttifaqı məhz ABŞ-dan öz maraqları üçün istifadə etmək məqsədilə yaradılıb”, – ABŞ lideri qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 26 Fevral 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















