Tramp Avropa İttifaqını hədələyib
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Avropa İttifaqının “Google”u cərimələmək qərarına cavab verəcək
ABŞ Avropa İttifaqının (Aİ) Amerikanın “Google” şirkətini 3,5 milyard dollar cərimələmək qərarına cavab tədbirləri görəcək. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
"Biz bunun parlaq və görünməmiş Amerika ixtiraçılığına qarşı edilməsinə icazə verə bilmərik. Və bu baş verərsə, mən vergi ödəyən Amerika şirkətlərinə qarşı tətbiq edilən ədalətsiz cəzaları neytrallaşdırmaq üçün [1974-cü il Ticarət Aktının] 301-ci maddəsinə uyğun prosedura başlamağa məcbur olacağam", - Ağ Evin rəhbəri yazıb.
Ticarət Aktının 301-ci maddəsi ABŞ Prezidentinə Amerika ticarətinə mənfi təsir göstərən və ya razılaşmalara zidd olan digər dövlətlərin hərəkətlərinə qarşı mübarizəyə yönəlmiş tədbirlər görmək səlahiyyəti verir. Xüsusilə, Vaşinqton lazım gələrsə, gömrük rüsumlarını artıra biləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















