Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Bizə düşünməyi unutduran şey

Bizə düşünməyi unutduran şey

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Gültəkin Cəfərovanın "Rəqəmsal manqurtluq. Alqoritmlər bizi necə eyniləşdirir?" yazısını təqdim edir.

Heç fikir vermisinizmi, hər gün eyni virtual meydanlarda gəzişir, eyni qlobal mövzulara eyni reaksiyaları verir və fərqli dillərdə danışsaq da, əslində, eyni görünməz dalğanın ritminə ayaq uydururuq? Maddi imkanından asılı olmayaraq, aylarla kredit borcuna girmək bahasına olsa belə, hər kəs mütləq son model "iPhone" almaq üçün yarışır. Hətta kiçikyaşlı məktəblilər belə bu markaya sahib olmağı həmyaşıdları arasında bir üstünlük kimi görürlər. Sanki haradansa hər kəsin şüuruna eyni mesaj ötürülür: bu markaya sahib olmaq müasirliyin və cəmiyyət tərəfindən qəbul edilməyin şərtidir.

Doğrusu, heç özüm də bu sistemin qurduğu tələdən kənarda deyiləm. Boş vaxtım olan kimi sosial platformalara üz tuturam və zamanın necə keçdiyindən xəbərim belə olmur. İtirdiyim isə sadəcə vaxt deyil, kim olduğumu, nə istədiyimi və həyatımı necə quracağımı düşünməyə sərf edəcəyim qiymətli zamandır.

Nəticədə, özünü dərk etməyə fürsət tapmayan bir insana çevrilirəm. Amma ən azından fərqindəyəm – bu barədə düşünür, yazır, sorğulayıram. Bəs hər səhər məktəbə getməzdən əvvəl əlindən telefonu alınmayan, axşam yatağında da ekrana baxan uşaqlar nə etsin? Onlar üçün bu virtual axın əyləncə deyil, artıq həyatın özüdür. Onların seçim etmək imkanları yoxdur. Nəyin doğru, nəyin yanlış olduğunu bilmirlər.

Digər tərəfdən, bu gün yaradıcı insanların qarşısında duran böyük tələ – süni intellektin təqdim etdiyi hazır məhsullardır. Ətrafa nəzər saldıqda bu tələnin necə kütləviləşdiyinin aydın şahidi oluruq: tələbələr referatlarını, rəssamlar eskizlərini, yazarlar isə mətnlərini süni intellektə həvalə edirlər.

Süni intellektdən bu cür hazır məhsulların, şablon şeirlərin və standart dizaynların kütləvi şəkildə əldə edilməsi, ilk növbədə, beynimizi tənbəlləşdirir. Sanki daxili intellektual mühərrikimiz funksiyasını itirir. Bu asılılıq artdıqca fərdi yazı üslubu itir, sənətdə və düşüncədə bizə aid olan o unikal özünəməxsusluqlar yox olur. Hamımız eyni dildə yazır, eyni rəng çalarlarından istifadə edir və eyni cür düşünürük.
Bu təsadüfi deyil. Müasir dünyada qloballaşma coğrafi sərhədləri silir, insanları “kütləvi mədəniyyət” fabrikinin eynitipli məhsuluna çevirir. Bu gün dünyanın müxtəlif nöqtələrində fərqli dillərdə danışan milyonlarla insan eyni alqoritmlərin diktə etdiyi trendlərə qoşulur, eyni qlobal markaları meyar sayır və fərqində olmadan eyni qəlibə girir. Öz milli-mənəvi köklərindən uzaqlaşan insanlar tədricən özgələşir, özünəməxsusluqlarını itirərək eyniləşirlər. Bu təhlükəli tendensiyanın ədəbiyyatda və ictimai fikir tarixində dərin sarsıntı yaradan bir adı var – manqurtlaşma.

Tarixi kökləri etibarilə manqurtlaşma insanın öz soyundan, kökündən, milli və mənəvi dəyərlərindən qoparılaraq özünü dərk etmə qabiliyyətini itirməsi və kor-koranə itaət edən bir varlığa çevrilməsi prosesidir. Əfsanəyə görə, qədim dövrlərdə əsirlərin başına dəvə dərisi keçirib onları günəşin altında saxlayırdılar. Quruyan dəri kəllə sümüyünü sıxır, insan yaddaşını tamamilə itirərək öz anasını belə tanımayan, şüursuz və hər əmri sorğu-sualsız icra edən bir köləyə – manqurta çevrilirdi.

Bu qəddar fiziki işgəncə forması müasir dövrdə bədii sözün süzgəcindən keçərək daha geniş məna qazanmışdır. Bu səbəbdən də həm Azərbaycan, həm də dünya ədəbiyyatında milli kökdən uzaqlaşma, sosial sistemin qurbanına çevrilmə və psixoloji yadlaşma formasında özünə yer tapmışdır.

Manqurt anlayışını dünya ədəbiyyatına qazandıran böyük qırğız yazıçısı Çingiz Aytmatov olmuşdur. Onun “Əsrə bərabər gün” romanında Nayman Ana öz manqurtlaşdırılmış oğlunu xilas etmək üçün canını fəda edir. Onun “Adını xatırla, sən Dönənbayın oğlusan!” deyə hayqırması, əslində, hafizəsini və milli mənliyini itirmək təhlükəsi ilə üzləşən bütün insanlara edilən çağırışdır. Maraqlı məqamlardan biri də manqurtun məhz anasının oxuduğu laylanın səsinə reaksiya verməsidir. Yalnız layla hər şeyə biganə oğlunda bir hiss, tərpəniş yarada bilir.

Azərbaycan ədəbiyyatında isə bu özgələşməni Cəlil Məmmədquluzadə “Anamın kitabı” dramı ilə qarşımıza qoyur. Əsərdəki üç qardaş fərqli mədəniyyətlərin (rus, fars və osmanlı-türk) təsirinə düşərək kor-koranə təqlidçiyə çevrilirlər. Onlar öz ana dillərinə, milli adət-ənənələrinə və ən əsası, öz analarına (rəmzi olaraq Vətənə) yadlaşırlar. Özgə mədəniyyətlərin kor-koranə təqlidi, öz dilinə yuxarıdan aşağı baxmaq mənəvi manqurtluğun ilkin və təhlükəli mərhələsidir.

Məsələnin siyasi tərəfi isə Corc Oruelin “1984” romanında bədii əksini tapıb. “Böyük Qardaş” rejimi keçmişi silir, tarixi hər gün yenidən yazır və insan şüurunu “Yeni danışıq” dili vasitəsilə kiçildərək düşünmə qabiliyyətini məhdudlaşdırır. Əsərin sonunda baş qəhrəman Uinston Smitə edilən psixoloji işgəncələr onun yaddaşını və fərdiliyini tam yox edir. O artıq sistemi sorğulamır, əksinə, ona işgəncə verən totalitar rejimi sidq-ürəkdən sevməyə başlayır ki, bu da şüurun tamamilə yenidən proqramlaşdırılmasının, yəni siyasi manqurtlaşmanın pik nöqtəsidir.

Bu gün metodlar dəyişsə də, mahiyyət eyni qalıb. Artıq heç kimin başına dəvə dərisi keçirmirlər. Müasir dünyada insan şüuru fiziki zorakılıqla deyil, psixoloji, texnoloji və mədəni manipulyasiyalarla əsir alınır. Burada bir məqama diqqət etmək lazımdır: müasir manqurtlaşma qloballaşmanın özündən, texnoloji tərəqqidən yaranmır. Qloballaşma sadəcə informasiya və mədəniyyət mübadiləsini sürətləndirən bir prosesdir. Əsl problem bizim bu prosesdə öz milli-mənəvi süzgəclərimiz olmadan iştirak etməyimiz, qlobal mədəniyyəti kor-koranə, tənqidi təfəkkürdən keçirmədən qəbul etməyimizdir.
Müasir manqurtluğun əsas hərəkətverici qüvvələrindən biri alqoritmlərdir. İnsan hər gün nəhəng informasiya axınını ilə üz-üzədir. Sosial şəbəkə alqoritmləri fərdin maraqlarını idarə edir, dərin təhlildən uzaqlaşdırır və səthi, qısamüddətli diqqət formalaşdırır. Həqiqətlə yalanı ayıra bilməyən kütlələr asanlıqla yönləndirilir.

Digər tərəfdən, kapitalizm insanı yalnız istehlakçı olaraq qəbul etmək istəyir. Düşünən, sorğulayan, fəlsəfi və mənəvi dəyərləri olan fərd əvəzinə, daha çox qazanmaq və daha çox xərcləmək istəyən robotlar formalaşdırılır. İnsan öz kimliyini və daxili zənginliyini mənəviyyatı ilə deyil, sahib olduğu əşyaların (telefon, maşın, geyim) markası ilə ölçməyə başlayır.

Qloballaşma prosesinin təsirinə kor-koranə qapılan gənclər öz ana dilinə, tarixinə və ədəbiyyatına yadlaşır. Öz mədəniyyətini “gerilik”, başqasının mədəniyyətini isə sorğu-sualsız “müasirlik” kimi qəbul etmək müasir manqurtlaşmanın ilkin mərhələsidir.

Ənənəvi manqurtdan fərqli olaraq, müasir manqurt kim olduğunu bildiyini zənn edir, lakin tamamilə başqalarının (trendlərin, influnserlərin, daxil olduğu rəqəmsal qrupların) fikirləri ilə yaşayır. O özünü azad hesab edir, əslində isə sistemin könüllü və xoşbəxt köləsidir.

Bəs bu təhlükəni bildiyimiz halda, niyə kütləvi şəkildə ona təslim oluruq? Cavab sadədir: Çünki qarşımızdakı rəqəmsal güc bizim iradəmizdən qat-qat güclüdür. Biz bu gün həmin rəqəmsal güclə təkbaşına mübarizə apara bilmərik. Gündəlik dolanışıq qayğıları və iş stressi səbəbindən daxili boşluğunuzu doldurmaq və beynimizi dincəltmək üçün virtual dünyada günümüzü əyləncəli keçirməyə çalışırıq. Üstəlik, bizim “milli kimlik” dediyimiz dəyərlər gənclərə lazımi səviyyədə və maraqlı formada çatdırılmır, kütləvi şəkildə təbliğ olunmur.

Bizi bu rəqəmsal axından qoruyan ən güclü qalxan özümüzü – dilimizi, tariximizi və köklərimizi yaxşı tanımaqdır. Bunun üçün, ilk növbədə, çox oxumalı, öz üzərimizdə işləməli və öyrəndiklərimi yalnız özümüzə saxlamamalıyıq. Muğamımız, xalçalarımız, folklorumuz, adət-ənənələrimiz – bizi başqalarından fərqləndirən bütün bu mədəni kodlar sosial şəbəkələrdə maraqlı formada paylaşılmalı, geniş kütləyə çatdırılmalıdır. Xalqımıza məxsus tolerantlıq, humanizm və qonaqpərvərlik kimi dəyərləri yaşatmaq isə qloballaşma şəraitində milli bütövlüyümüzün əsas təminatlarındandır.

Əlbəttə, dövlətin bu istiqamətdə rəsmi proqramları mövcuddur. Lakin qaydalar yalnız kağız üzərində qaldığı müddətcə heç nəyi dəyişdirmir. Bu işi rəsmilikdən çıxarıb həyata keçirmək üçün isə tamamilə fərqli bir yanaşmaya ehtiyacımız var: milli dəyərlərimizi gənclərin öz dünyasına – rəqəmsal trendlərə uyğun formata gətirmək. Milli xalça naxışlarımız müasir geyim dizaynlarında yer ala, muğamın fəlsəfəsi qısa və cəlbedici videolarla izah edilə, tariximiz isə gənclərin sevdiyi rəqəmsal oyunların ssenarilərinə çevrilə bilər.

Nəticə etibarilə, azadlıq sadəcə istədiyini etmək deyil, həm də qloballaşma qarşısında səni sən edən dəyərlərə sahib çıxa bilmək cəsarətidir. Bu gün hər zamankından daha çox ehtiyac duyduğumuz Nayman Ananın o məşhur hayqırışı bizə xatırladır ki, şüuru manipulyasiya olunmuş bir kütləyə çevrilməməyin yeganə yolu düşünmək, sorğulamaq və öz mənəvi adını unutmamaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri