Icma.az
close
up
RU
Bizə qarşı ədalətsiz mövqe tutan dairələrin təsir dairəsi zamanla daraldı

Bizə qarşı ədalətsiz mövqe tutan dairələrin təsir dairəsi zamanla daraldı

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Siyasi partiyaların və siyasətçilərin siyasətdə uğur qazanmasının əsasını şərtləndirən müəyyən amillər var.
Bunlara aşağıdakılar daxildir:
• Liderlik qabiliyyəti
• Strateji düşüncə və planlaşdırma
• Qarşılıqlı kommunikasiyalar, dəyərlər və etik qaydalar
Bütün bu keyfiyyətlər siyasətçidə cəmlənməlidir.
Və ən əsası – bu keyfiyyətləri özündə formalaşdıran siyasi fiqur onları dövlətinin və millətinin maraqlarını təmin etmək üçün yönəltməlidir.
Bu isə həm qətiyyət, həm prinsipiallıq, həm də dürüstlük tələb edir.
Bu keyfiyyətlər xalqla ünsiyyətdə olduqca vacibdir və mütləq şəkildə xalq tərəfindən birmənalı şəkildə dəstəklənir.
Çünki insanların şüurunda bu münasibətlər önəmli rol oynayır.
Biz artıq bunun nəticələrinin şahidi olmuşuq.
Lakin manipulyasiya, yalan, yaranan şəraitə uyğun spekulyasiya və populist mövqe tutanlar heç vaxt siyasətdə ətraflarını genişləndirə bilmirlər. Əksinə, daha da müdafiəçi vəziyyətə düşərək tərəfdar itkisinə məruz qalırlar. Bunun da şahidi olmuşuq.
Dünyada insanların formalaşması həm də coğrafi mövqenin təsiri ilə möhkəmlənir. Çünki coğrafiya insanların yaşayış şəraitinə və dünya görüşünün formalaşmasına bilavasitə təsir edir. Sosial-mədəni müxtəliflik, coğrafi məkanda yerləşən təbii və iqtisadi resurslar, coğrafi izolyasiya – bütün bunlar insanlardan asılı olmayaraq bizim formalaşmağımızda mühüm rol oynayan faktorlardır.
Məsələn, sənaye ilə məşğul olan coğrafi məkanla kənd təsərrüfatı ilə məşğul olan insanlar arasındakı fərqliliyi diqqətlə və obyektiv şəkildə təhlil etsək, bu fərqi açıq şəkildə görə bilərik.
Həmçinin burada xarici amillər də mövcuddur. Güclü ölkələr beynəlxalq proseslərə qoşularkən və digər ölkələrlə münasibət qurarkən həmin ölkənin təbii, siyasi və sosial mühitini nəzərə alırlar. Azərbaycan – Odlar Yurdu – bu baxımdan, nəzərdə tutulan amillərə görə münasibətdə çox zaman ürəkaçan nəticələrlə qarşılaşmayıb.
Məhz buna görə də ölkəmizin idarəçilik sisteminin strategiyasını quranlar, Azərbaycanın gələcək təhlükəsizlik təminatı üçün olduqca vacib addımlar atdılar.
Ölkəmizdə tolerantlıq mühitinin bərqərar olması, Azərbaycanın dünya siyasətində önəmli rol oynaması üçün atdığı sosial, iqtisadi və mədəni layihələrin inkişafına yönəlmiş strateji yol xəritəsi artıq bəhrəsini verməkdədir.
Sivil dünyaya inteqrasiya məqsədilə təşkil olunan tədbirlər, beynəlxalq layihələr və aparılan proseslər bu sahəyə daxil ola bilən insanlar tərəfindən dəyərləndirildi. Bu, böyük etimada səbəb oldu və nəticə etibarilə dövlətimizin siyasi dayaqları daha da möhkəmləndirildi.
Bəli, biz coğrafi mövqeyimizə görə uzun illər böyük haqsızlıqlara məruz qalmışıq. Bu proses hələ Sovet dövründən mövcud idi. Lakin ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi taktikası sayəsində bu ədalətsizliklərin aradan qaldırılmasının bünövrəsi qoyuldu. Anlamalı olan qüvvələrə anlatma nəzəriyyəsi ilə bağlı yazdığı kitabları təqdim etdi.
O dövrdə başlayan bu strategiya, bu gün cənab Prezident İlham Əliyevin prinsipiallığı və qətiyyəti nəticəsində tamamilə fərqli bir mənzərə yaratdı. Bizə qarşı ədalətsiz mövqe tutan dairələrin təsir dairəsi zamanla daraldı.
Bu, olduqca mürəkkəb və çətin bir siyasi yol idi. Lakin illər ərzində bu məqsədə nail olundu.
Həm sosial strukturlar, həm iqtisadi bloklar, həm də siyasi konfiqurasiyalar baxımından biz çox uğurlu bir yol qət etdik
Bu, siyasi uğurdur və eyni zamanda siyasətçinin – liderin – şəxsi uğurudur.
Qeyd etdiyim kimi, yalanla, manipulyasiya ilə və populizmlə məşğul olan boşboğazlar siyasi karyeralarına faktiki olaraq son qoymuş oldular.
Siyasi reallıqları qəbul edə bilməyən, mövcud şəraiti düzgün analiz etmək qabiliyyətindən məhrum olan, naşizmin nəzəriyyəsinə kəllə vuranlar – obrazlı desək – beyin silkələnməsi ilə siyasətdən kənarlaşdılar və bu sahədə özlərinə “xəstəlik tarixçəsi” yazaraq təqaüdə çıxdılar.
Bu acı reallıq olsa da, mövcud vəziyyətin qaçılmaz nəticəsidir.
Dəyərli soydaşlar,
Bu gün bizim qüdrətli ordumuz formalaşıb. Eyni zamanda, güclü ictimai və hüquqi strukturlarımız, dövlətin təhlükəsizliyini və sabitliyini qorumaq üçün möhkəm əsaslarla qurulmuş dövlət qurumlarımız artıq mövcuddur.
Qüdrətli milli ideologiyamız formalaşıb.
Böyük, müstəqil, suveren, azad və bütöv dövlətimiz artıq reallıqdır.
Bu dəyərləri qoruyan, “dəmir yumruq” ətrafında birləşən xalqımız formalaşıb və bu birliyin gücü hər addımda hiss olunur.
Perspektivdə dayanan məqsədlərimiz və ideallarımız üçün uğurlu diplomatiyaya və güclü liderliyə söykənərək irəliləmək – ən doğru yoldur.
Arzumuz budur ki, xalqımız daim qələbələrlə yaşasın!
Qələbə və inkişaf yolumuz daim açıq olsun!
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri