Icma.az
close
up
RU
Baydendən ədalətsiz qərar

Baydendən ədalətsiz qərar

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

O, cinayətləri sübut olunmuş oğlu Hanteri əfv etməklə hüquqa və qanunlara hörmətsizlik etdi 

ABŞ Prezidenti Cozef Bayden silah və vergidən yayınma üzrə təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib. Keçən ay Ağ Evin prezidentin oğlunu əfv etmək niyyətinin olmadığına dair verdiyi açıqlamaya baxmayaraq, onun əvf edilməsinə dair bəyanat yayılıb.

Cozef Bayden əfv qərarını oğluna qarşı irəli sürülən ittihamları siyasi motivli olması ilə əlaqələndirməyə çalışıb. Bayden əlavə edib ki, oğlunu əfv etmək qərarını çox düşündükdən sonra verib və bu qərarda təkcə doğmalıq deyil, həm də məhkəmənin ədalətsiz olduğuna inanması rol oynayıb: “Mən ədalətə inanıram, amma inanıram ki, siyasət bu prosesə nüfuz edib və ədalətin pozulmasına gətirib çıxarıb”.

Prezidentin narkoman oğlunu nə qədər cəza gözləyirdi?

Xatırladaq ki, Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, “Colt Cobra” revolverini alarkən narkotik qəbul etmədiyini yazılı şəkildə qeyd edərək yalan söyləyib və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozub.  O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. 2023-cü ilin dekabrında isə konkret ittiham irəli sürülüb və barəsində məhkəmə qərarı var. Prezidentin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.

Göründüyü kimi, Hanter məhkəmə prosesi zamanı təqsirli olduğunu etiraf edib. Belə olan halda, ata Baydenin məhkəmənin qərarında siyasi motiv axtarmasının heç bir əsası yoxdur. Digər tərəfdən, ABŞ-da hər kəs oğul Baydenin əyyaş, narkoman, cinayət törətmiş şəxs olduğunu yaxşı bilir. Hər iki iş üzrə- həm silah məsələsi, həm də vergidən yayınmada Hanterin qanunsuz əməlləri sübuta yetirilib. Lakin Prezident Bayden səlahiyyətlərindən sui-istifadə edərək öz oğlunu azadlığa buraxdı. Əslində, bu qərara təəccüblənməmək də olar. Çünki vaxtında tüfeyli həyat tərzinə görə qınaq hədəfində olan Baydenin narkoman, cinayətkar, əxlaqsız oğlunu əfv etməsi başa düşüləndir.

Tramp bu qərarı “sui-istifadə” adlandırıb

Görünür, bu, amerikasayağı demokratiyadır. Digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden administrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir. Ona görə də, Baydenin başqa ölkələrə ədalət dərsi keçməyə mənəvi haqqı yoxdur. 

Yeri gəlmişkən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Baydenin öz oğlunu əfv etməsini sui-istifadə və hüququn aliliyinin pozulması kimi səciyyələndirib.   Tramp hesab edir ki, bu qərar ədalət prinsiplərindən uzaqdır. Belə olan halda, onun səlahiyyətlərini icra etməyə başlamasından sonra oğul Baydenin işinə yenidən baxılması istisna deyil.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri