Bizi biabır etdin Mirzoyanla jurnalistlər arasında mübahisə
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan hökumətinin bugünkü iclasından sonra xarici işlər naziri Ararat Mirzoyanla erməni jurnalistlər arasında mübahisə olub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Jurnalistlər dəhlizdə keçən nazirdən brifinq keçirib-keçirməyəcəyini soruşublar. Nazirin mənfi cavabından sonra jurnalistlərdən biri deyib: "Niyə? Yalnız türk jurnalistlərə müsahibə verirsiniz?"
Bundan sonra Mirzoyan jurnalisti təhqir etməyə başlayıb. "Mən sizin dediklərinizi son dərəcə qeyri-etik, yöndəmsiz və qeyri-peşəkarlıq hesab edirəm. Bu, jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun sizə".
Jurnalistlər isə yenidən erməni nazirə cavab veriblər: "Ayıb sizə olsun ki, nazir kimi gəlib bizi biabır etdin, əli cibində danışırsan".
"Əgər sizlərdən kimsə yalnız türk həmkarlarınıza cavab verdiyimi söyləyirsə, mənim də sizə "ayıb olsun" deməyə tam haqqım var", - deyə Mirzoyan cavabında bildirib.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 13 Mart 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















