Icma.az
close
up
RU
Bizi birləşdirən dəyərlər...

Bizi birləşdirən dəyərlər...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Gənclərdə milli mənlik şüurunun inkişafı vacibdir!

Hər bir millətin inkişafında gənclərin rolu kifayət qədər yüksəkdir. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib.

Məlumdur ki, müxtəlif zamanlarda Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında vətənpərvər gənclərimiz öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənib. Bildiyimiz kimi, torpaqlarımızın bir hissəsi 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında oldu. Bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşadı. Bu fakt Azərbaycan gəncliyinin daha da ayıq-sayıq olmasına, onlarda vətənpərvərlik ruhunun yüksək səviyyədə inkişafına şərait yaratmışdı.

Gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiqliyi

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən millət vəkili Azər Badamov bildirib ki, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir: “Vətənpərvərlik amili gənclərin vətəndaş kimi formalaşmasında hər zaman öz gücünü göstərib. Gənclərin bu ruhda tərbiyə olunmasında Heydər Əliyevin müdrik kəlamı mühüm əhəmiyyət daşıyır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Mənəvi şüurun formalaşmasında milli dəyərlər böyük rola malikdir. Bu dəyərlər mənəviyyatın kamilləşməsinin əsasıdır. Təsadüfi deyil ki, milli dəyərlər ali hisslər kimi, insanın fəaliyyətini stimullaşdıran amillər kimi qiymətləndirilir. Milli-mənəvi dəyərlər vətənpərvərlik müstəvisində formalaşaraq, insanın yaşam amalına çevriləndə əsl vətəndaş yetişir. Qədim tarixi köklərə malik xalqımız milli dəyərləri əsrlərin süzgəcində cilalayaraq, bənzərsiz özünəməxsus zənginliyə malik milli dəyərlər yaradıb. Bu irs zaman-zaman böyüyən nəslin yaddaşına hopub, nəticədə milli-mənəvi dəyərlər xalqımızın mentalitetinə çevrilib. Öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq. Milli-mənəvi dəyərlər ruhunda formalaşmayan gənclik vətənpərvər ola bilməz. Çünki vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir. Bu baxımdan, son hadisələr Azərbaycan gəncliyinin həm də milli mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirdi. Milli-mənəvi dəyərlərimizin təbliği həm də radikalizmlə mübarizə çərçivəsində önəmli amillərdən biridir. Son illər yaşadığımız hadisələr bir daha göstərdi ki, bizim savaşacağımız yer də, şəhid olacağımız məkan da Vətəndir”.

Azərbaycan gəncliyi öz sözünü dedi

Deputat qeyd edib ki, torpaqlarımızın 30 ilə yaxın  düşmənin işğalı altında qalmasına baxmayaraq, Azərbaycan gəncliyi bununla barışmadı: “Dövlətimiz bu işğalın aradan qaldırılması üçün sülh yolunu illərlə təklif etdi, qan tökülməməsi üçün danışıqlar apardı. Amma qarşı tərəfin buna məhəl qoymaması, danışıqlara deyil, təxribatlara üstünlük verməsi fonunda 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən müharibədə Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi, həmrəyliyi ilə Azərbaycan gəncliyi öz sözünü dedi. Məntiqi olaraq, Azərbaycanın zəfəri, qələbəsi ilə başa çatan müharibədə gənclərimizin şücaəti dillərdə dastan oldu və gəncliyimiz bütün dünyanın gəncləri üçün nümünə hesab olunur. Canını, qanını torpaqlarımız uğrunda əsirgəməyən gənclərimiz düşmənə igidlik, ərlik, ərənlik dərsi keçməklə yanaşı, milli mənlik ruhunun, vətənpərvərliyin nə olduğunu da başa saldılar. Bu, gənclərimizin millətinə, xalqına, torpağına, Ali Baş Komandanına olan inam və sədaqətin göstəricisi idi. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində daha ardıcıl və davamlı işlərin aparılması vacibdir. Torpaqlarımızın 20 faizinin işğal aıtında olduğu vaxtlarda orta məktəblərdə milli şüurun formalaşması önəmli faktor hesab olunurdu. Ona görə də bu istiqamətdə sistemli tədbirlər keçirilirdi. Məhz bu işlər sayəsində ölkəmizdə milli mənlik şüuruna, vətənpərvərlik hisslərinə sahib olan gənclərlə yanaşı, həmin gəncliyi yetişdirən cəmiyyət də mövcuddur”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri