Icma.az
close
up
RU
Bizi birləşdirən AZƏRBAYCANÇILIQ İDEYASI TƏHLİL

Bizi birləşdirən AZƏRBAYCANÇILIQ İDEYASI TƏHLİL

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Öz doğma vətəninin, öz ölkəsinin istiqlalını, dünyəvi prinsiplərə sahib olan sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd olaraq qəbul edən, milli maraqları hər şeydən üstün tutan azərbaycanlıların ideologiyası məhz Azərbaycançılıq ideologiyasıdır. Məhz bu baxımdan da əminliklə deyə bilərik ki, bu ideologiya Azərbaycanı özünə Vətən sayanların ideyasıdır və harada yaşamasından, harada məskunlaşmasından, hansı peşənin sahibi olmasından asılı olmayaraq, Azərbaycançılıq ideyası bizi, biz azərbaycanlıları birləşdirəndir.

“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır”, deyə bəyan edən Ümummilli Lider Heydər Əliyev bu ideologiyaya hər zaman böyük dəyər verib. Ulu Öndər hər zaman xüsusilə vurğulayıb ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Harada yaşamaq, ölkəmizin hüdudlarından kənarda məkunlaşmaq, hansısa peşənin sahibi olmaq Azərbaycançılıq ideyasını daşımağa qətiyyən mane olmur. Nəinki Vətənimizdə və Azərbaycandan kənarda yaşayan soydaşlarımız, hətta onlarla yanaşı, milliyyətindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısı sayılır.

Vətəndaşlıq, vətənpərvərlik, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirən də məhz Azərbaycançılıq ideyasıdır. Vətənpərvərlik ruhunda tərbiyə olunan hər kəsin vətəndaşlıq mövqeyindən çıxış etməsi tamamilə məntiqi və gözləniləndir. Ona görə də uşaq və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib, ən aktual, ən prioritet məsələ sayılır. Xüsusilə vurğulamaq lazımdır ki, vətənpərvərlik ruhunda tərbiyə ilk növbədə milli təhlükəsizlik baxımından lazımlı və əhəmiyyətlidir. Azərbaycançılıq ideyasının mühüm əsasını təşkil edən vətənpərvərlik və dövlətçilik məhz dövlət quruculuğu prosesində əvəzsizdir.

Azərbaycançılıq ideyası vətəndaşın, özünü azərbaycanlı hesab edən hər bir kəsin cəmiyyət və dövlət qarşısında məsuliyyəti deməkdir. Yəni, vətəndaşlıq məsuliyyəti Azərbaycançılıq ideyası ilə bilavasitə bağlıdır. Bu baxımdan vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideyası kontekstində olduqca önəmlidir. Çünki vətəndaşlıq məsuliyyəti özündə məhz hüquqi və mənəvi məsuliyyəti birləşdirir. Azərbaycançılıq ideyası belə görünür ki, ilk növbədə həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir.

Hər bir kəs mənsub olduğu cəmiyyət, xalq və dövlət qarşısında cavabdehliyini hiss etməli, bilməlidir. Bilməlidir ki, cəmiyyətin və dövlətin inkişafı, güclənməsi hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır. Təsadüfi deyil ki, Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Cənab Prezident İlham Əliyevin azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə etməsi də təsadüfi deyil. “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”, deyə bəyan edən ölkə rəhbərimiz bu fikirləri ilə Azərbaycançılıq ideyasının nədən ibarət olduğunu ətraflı və eləcə də dolğun şəkildə ifadə edib.

Hər birimiz yaxşı bilirik ki, çoxdan fürsət gözləyən mənfur düşmən ötən əsrin sonlarında Azərbaycan ərazilərinə silahlı basqın etməklə, işğalçılıq siyasəti yürütməklə, ərazilərimizi zəbt etməklə, soyqırımlar törətməklə, bəşəri cinayətlərə imza atdı və bizə, xalqımıza məxsus olanlara sahib çıxdığını zənn etdi. Məsələ birasındadır ki, ermənilərin belə namərdcəsinə hücum etmələri üçün o zaman yenicə öz müstəqilliyini bərpa edən Azərbaycanda münbit şərait var idi. Beləki, səriştəsiz hakimiyyətin, bəlkə də hakimiyyətsizliyin olması elə ermənilər üçün münbit şərait sayılırdı. Çünki həmin o dövrün hakimiyyət komandası üçün dəyərlər yox, vəzifə davası ön planda dururdu. Haylar görürdülər ki, məhz həmin səriştəsizlərin hakimiyyətdə olması Azərbaycanda hansı parçalanma yaradıb və o dövrdə birlikdən söhbət belə gedə bilməzdi. Yəni, qısa şəkildə desək, Azərbaycançılıq ideyası səriştəsiz hakimiyyətin heç yadına da düşmürdü və bundan da düşmən xaincəsinə istifadə edərək, ərazilərimizi işğal edərək düz otuz ilə yaxın müddətdə, az qala əsrin üçdə birinə yaxın dövr ərzində işğal altında saxladı. Amma bu işğala məhz milli birliyimiz sayəsində, bizi birləşdirən dəyər, Azərbaycançılıq ideyası sayəsində son qoyuldu, çünki bu ideya xalqımız üçün ən vacib sayılıb. Ölkə rəhbərimizin, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi və rəhbərliyi ilə, eləcə də Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı və xalqımızın birliyi ilə törpaqlarımız işğaldan azad olundu. Özü də cəmi 44 gün ərzində düşmən diz çökdürülərək, kapitulyasiya sənədinə, təslimçilik aktına imza atdırılaraq, torpaqlarımızın işğalına son qoyuldu. Hər bir azərbaycanlının, özünü azərbaycanlı sayan hər kəsin ürəyinin döyündüyü yer həmin o 44 günlük müharibə dönəmində məhz cəbhə xətti idi. Bunun özü də məhz Azərbaycançılıq ideyasının artıq mövcud olduğunu sübut edir.

Biz artıq 44 günlük müharibə dönəmində son dərəcə əmin olduq ki, bizi qüdrətli, qüvvətli, məğlubedilməz edən məhz bizim birliyimizdi və bu birliyin də məhz nədən qaynaqlandığı bəllidir. Bəli, bizi birləşdirən, birliyimizi təmin edən Azərbaycançılıq ideyasıdır. Məhz Azərbaycançılıq ideyasının bizim bir olmağımız, vahid məslək uğrunda, doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda birləşməyimizdə önəmli olduğu özünü birmənalı şəkildə sübut etdi. Bəlli oldu ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı konsepsiya, məhz Azərbaycançılıq ideyası cənab Prezident İlham Əliyev tərəfindən uzun illər ərzində ən həssas yanaşılan ideya olub və bu da öz bəhrəsini verib. Deməli, bu konsepsiyanın, məhz Azərbaycançılıq ideyasının təbliğinin bundan sonra da ən aktual, ən prioritet məsələ olduğu təkzibedilməzdir. Ona görə ki, dəyərlərimizə hər zaman sahib çıxmaq, milli təhlükəsizliyimizi təmin etmək, inkişafımıza zəmin yaratmaq üçün bizi birləşdirən məhz Azərbaycançılıq ideyasıdır.

Müəllif: İnam Hacıyev

6.3.9. “ Azərbaycançılıq ideyasının təbliği”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri