Icma.az
close
up
RU
Bizi birləşdirən dəyər...

Bizi birləşdirən dəyər...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycançılığın təbliği üçün hansı işlər görülməlidir?

Tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər hər bir dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərir. Ölkəmizdə bu dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır. Məhz azərbaycançılıq bizi birləşdirən dəyərdir. Bu ideya özündə vətənpərvərlik, loyallıq, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.

1993-cü ildə Ulu Öndər cəmiyyətimizin inkişafında ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi istiqamətində tarixin bütün dövlərində işlər görüldü. 44 günlük Vətən müharibəsi və bu müharibədən əvvəlki və sonrakı illərdə baş verən ümummilli hadisələr fonunda azərbaycançılıq ideologiyasının nə dərəcədə önəmli və birləşdirici rol oynadığı bir daha göründü.

Prezident İlham Əliyev də dəfələrlə azərbaycançılıq ideologiyasının vacibliyini vurğulayıb. “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

Milli inkişafımızın ideya təməli...

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov azərbaycançılıq ideyasının təbliği ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Deputatın sözlərinə görə, milli ideologiyamız kimliyindən, siyasi mövqeyindən və baxışından asılı olmayaraq, hər birimizi birləşdirən əsas dəyər olmalıdır: “Məhz xalqın bütün kəsimlərinin həmrəyliyinə nail olmaqla milli inkişaf yolumuzu təmin edə bilərik. Bu gün Azərbaycanda qədim dövrlərdən başlayaraq bu günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb. Bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya zaman-zaman özünü göstərib. Lakin birmənalı şəkildə qeyd edə bilərik ki, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətidir. O, güclü dövlətçilik xəttini, ölkəmizin siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli inkişafının ideya təməli ola biləcək konsepsiyanın - azərbaycançılığın banisi olub”.

Azərbaycançılıq ideoloji və siyasi sipər oldu!

B.Məhərrəmov qeyd edub ki, məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu: “Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Bundan sonra da dünyada yaşayan hər bir azərbaycanlı Azərbaycan dövlətinin qüdrətlənməsi, xalqımızın gələcək rifah halında yaşaması naminə  azərbaycançılıq ideologiyasının bizi birləşdirən meyar olmasını əsas tutaraq, buna uyğun əməli fəaliyyət göstərməlidir.

Ancaq milli birliyi, həmrəyliyi təmin etməklə  üzləşdiyimiz bütün çətinlikləri dəf edə bilərik. Bu yolla qloballaşma prosesinin mənfi xüsusiyyətlərini dəf edib, dünyanın böyük tarixə malik xalqı olmağa davam edə bilərik”.

İşimizi bu istiqamətdə qurmalıyıq

Deputat vurğulayıb ki, hər birimiz bir vətəndaş kimi azərbaycançılıq ideologiyasının inkişafında iştirak etməliyik: “Əsas vəzifəmiz, işimiz azərbaycançılıq ideologiyasına xidmət etməkdən ibarət olmalıdır. Bütün sahələrdə bu istiqamətdə fəaliyyət göstərməliyik. Bu mədəniyyət, ədəbiyyat, musiqi, kino, elm və digər sahələrdə gördüyümüz bütün işlərdə özünü göstəməlidir.

Azərbaycançılıq ideologiyasının təməllərini nə qədər dərindən öyrənsək, uğurlarımız bir o qədər çox olar. Təbii ki, şüarlarla deyil, işimizlə, əməlimizlə, davranışımızla, millətimizə, dövlətimizə xidmətimizlə bunu etməliyik. Mədəniyyətimizlə, dilimizlə, tariximizlə, əxlaqımızla, milli-mənəvi dəyərlərimizlə böyük dünya mədəniyyətinin bir hissəsinə çevirilməyi bacarmalıyıq və işimizi bu istiqamətdə qurmalıyıq”.

Sahib

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Mart 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri