Icma.az
close
up
RU
Bizi ölümə yaxınlaşdıran ŞİRİN ZƏHƏR: MENYUNUZDAN ÇIXARIN

Bizi ölümə yaxınlaşdıran ŞİRİN ZƏHƏR: MENYUNUZDAN ÇIXARIN

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Şəkər gündəlik menyumuzda ən çox qəbul etdiyimiz qidalardandır. Çay, qəhvə içəndə, şirniyyatlardan istifadə edəndə xeyli miqdarda şəkər qəbul etmiş oluruq.

Bəs şəkərin orqanizmə zərəri varmı? Gündəlik qəbul etdiyimiz şəkərin miqdarı nə qədər olmalıdır?

Ailem.az türkiyəli dietoloq Ayça Güleryüzün bununla bağlı fikirlərini və məsləhətlərini diqqətinizə çatdırır: “Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, şəkər gündəlik kalori ehtiyaclarımızın 10 faizdən çoxunu qarşılamamalıdır. Çünki çox şəkəri orqanizm mənimsəyə bilmir və zamanla yığılaraq, bir çox ciddi sağlamlıq problemlərinə səbəb olur. Amerika Ürək Cəmiyyətinin yaydığı rəqəmlərə əsasən, gündəlik olaraq alına biləcək şəkər miqdarı kişilər üçün 35 qram (150 kalori), qadınlar üçünsə 20 qram (100 kalori) olmalıdır”.

Həkim bildirir ki, şəkərin orqanizmə heç bir xeyri yoxdur: “Şəkər, şəkər çuğundurundan əldə edilən, “ağ şəkər” olaraq adlandırdığımız və yarı-yarıya fruktoza ilə qlükozadan ibarət olan bir maddədir. Tərkibində heç bir protein, yağ, vitamin və mineral kimi qida maddəsi yoxdur. Demək olar ki, sadəcə boş yerə kalori yaradır. Buna görə rafinə edilmiş ağ şəkərə orqanizmin heç ehtiyacı yoxdur. Rafinə şəkər və çox qidanın tərkibində yüksək səviyyədə olan fruktoza orqanizmimizdə qaraciyər tərəfindən metabolizə edilir. Bu da qaraciyərin daha çox çalışması anlamına gəlir.
Bunun əksinə gündəlik olaraq istehlak etdiyimiz və keyfiyyətli karbohidrat qaynağı olaraq adlandırdığımız taxıllar və paxlalılardan aldığımız şəkər isə sadəcə qlükozaya çevrilərək, orqanizmin bütün hüceyrələrində istifadə olunur. Beləliklə, keyfiyyətli karbohidrat qaynaqları həm boş enerji qaynağı deyil, həm də orqanizmə zərər vermədən şəkər ehtiyacımızı qarşılayır”.

Dietoloq deyir ki, şəkər dəridəki qırışların yaranmasının əsas səbəbidir. Şəkər molekulları orqanizmdə çox olduqda proteinlərə bağlanaraq onun formasını dəyişdirir. Bu birləşmə nəticəsində dərinin ən əhəmiyyətli hissələri olan kollagen və elastin zərər görə bilir.
Dərinin elastikliyinə və tarım olmasına zəmin yaradan elastin ilə kollagenin şəkər molekulları tərəfindən zərər görməsi də dəridə sallanma və qırışıqlara səbəb olur.

Avstraliya Beynəlxalq Universitetində aparılan araşdırmalara görə, qan şəkərinin uzun müddət normadan yüksək olması nəticəsində bu şəxslərdə beynin kiçilmə riski normal şəxslərə nisbətən daha çox olur. Çox şəkər istifadəsi həm də diqqət əskikliyi və öyrənmə çətinliyi də yarada bilər.

Şəkər tərkibli taxıllarda, süd və süd məhsullarında, quru paxlalılarda xərçəngə qarşı qoruyan vitamin, mineral, antioksidant və fitokimyəvi maddələr var. Bunun əksinə, süfrə şəkəri boş kalori olmaqla yanaşı, heç bir qoruyucu maddə tərkibinə malik deyil. Üstəlik, yüksək şəkər qəbulu insulinə qarşı müqaviməti və piylənməni artırır. Bundan başqa döş xərçəngi riskini artırır.

Həkim məlumat verir ki, şəkər orqanizmin müdafiə sistemini zəiflədir: “Həzm sistemimizin əhəmiyyətli bir hissəsi olan alyuvar hüceyrələr, C vitamini ilə şəkər molekullarının “yarışı” arasında qala bilir. Şəkərlə bənzər molekul tərkibi olan C vitamini şəkərin çox qəbulu nəticəsində həzm hüceyrələri tərəfindən istifadə edilə bilmir və həzm sistemini zəiflətməyə səbəb olur. Bunun nəticəsində xəstəliklərə tutulma riski daha da yüksəlmiş olur.

Bununla yanaşı, dişlərin çürüməsinə səbəb olur. Ağzımızda çox fərqli bakteriyalar yaşayır. Bunlardan bəziləri dişlərimizə faydalı, bəziləri isə zərərlidir. Bəsit şəkərlərlə bəslənən zərərli bakteriyalar fırçalama və ya tüpürcəklə təmizlənməsələr, şəkəri turşuya çevirərək, ağzımızın içində turşulu bir şərait yaranmasına səbəb olur. Bu turşular diş minasının ən üst təbəqəsində yer alan və dişlərimizin qorunmasını təmin edən mineralları yox etməsi nəticəsində diş çürükləri yaranır”.

Qaraciyər yağlanmasını sürətləndirir

Qaraciyərdə çox triqliserid yığılması onun piylənməsinə səbəb olur. Çox fruktoza istehlakı triqliseridlərin yüksəlməsinə yol açaraq, qaraciyər yağlanmasını sürətləndirir.

Ürəyə zərər verir

Şəkər pis xolesterol olaraq bilinən LDL və triqliseridlərin çoxalmalarına səbəb olaraq, damar tıxanıqlığına yol açır. Damarların içindəki bu parçacıqların artması da ürək tutması riskini artırır.

Bədbin olma səbəbi

Şəkər, “xoşbəxtlik hormonu” olaraq bilinən serotonin hormonunun artmasını sürətləndirdiyi üçün bu xüsusiyyəti şəxslərdə asılılıq yarada bilir. Beyində asılılıq yaradan təsiri də içində şəkər olan qidalar yeyilmədiyi halda bədbinlik yaradır.

İnsulin müqavimətinə səbəb olur

Orqanizmimizdəki ən əhəmiyyətli hormonlardan biri olan insulin qan şəkərini tarazlaşdırmağa kömək edir. İnsulin müqaviməti qandakı şəkərin hüceyrə içərisinə girməsi nəticəsində istifadə edilə bilməməsi deməkdir. İnsulin müqaviməti yaranan şəxslərdə də metabolik sindrom, piylənmə, diabet və ürək-damar xəstəlikləri riski artır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri