Icma.az
close
up
RU
Bizim Alla Borisovna...

Bizim Alla Borisovna...

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məni çaşdıran, tələsdirib qıcıqlandıran azərbaycandilli "fb" seqmentinin həyəcanı, yersiz hay-küyü, Alla Puqaçovanın məlum müsahibəsindən sonra təzahür edən sevgi və "sədaqəti", nostaljisi oldu. Düzünə qalsa, belə hallarda, hər dəfə, imperiyalar tör-töküntüsü olmağın təzahürlərini hiss etməkdən qıcıqlanıram. Lakin mən qıcıqlanmağımda olum, tarix də öz verdiyi dərslərdə... 

Erkən gəncliyimdə Nizamini daha yaxşı anlamaq, hiss etmək üçün farscanı öyrənməyə çalışdım. Bir neçə uğursuz cəhddən sonra lüğətin də köməyi ilə qismən, orijinalda oxuya bildim. Bu mənim rus və Azərbaycan dillərinə edilmiş tərcümələrdə oxuduğum Nizami deyildi. Fərqli, başqa Nizami idi. Bax onda, ilk dəfə başa düşdüm ki, dil qanaddır, səni göylərə ucaldar, ənginliklərə aparar, istəsə, eləməz tənbəllik, yerə də vurar. 

Eyni vəziyyət neçə il əvvəl, bir nəşriyyatın sifarişi ilə Dostoyevskinin sovet dövründə tərcümə edilmiş əsərini redaktə edib uyğunlaşdırmağa çalışdığım günlərdə baş verdi. Onda isə öz-özümə dedim: "Dil bəşəriyyətin hard diskidir".

Bu mənada Alla Puqaçova rus dilinin hard diskindən, "data"sından qidalanaraq Rusiyanın yerinə tövbə etməyə çalışıb. Təkcə Alla Puqaçova yox, Rusiyadan qaçmaq məcburiyyətində qalmış, mənim də tanıdığım, dinlədiyim əksər ruslar hələ də Dostoyevski dili ilə danışır. 

Dostoyevski tövbə dili ilə yazır, yalan deməmək üçün ağrılarını dilin qatlarında itirirdi. Amma rus dilində həqiqət anlayışı çoxşaxəli, irrosionaldır. Yoxdur. Bataqlıqlar isə Rusiyada çoxdur, dərindir. Və Alla Borisovna bütün dərdini rus dilinin çiyinlərinə, ibarələrinə, ah-uflarına yükləyərək, əslində heç nə deməyib. 

Əlbəttə, onun eyhamları olmasa da, bilirik ki, Rusiya öz bataqlığında batacaq. Geci, tezi var. Ukrayna qərb tərəfdəki bataqlıqdır. Dünyanın ən böyük bataqlığı - "Vasyuqan" isə Sibir tərəfdədir. Bu, heç... 

Uşaqlıqda hər dəfə nəyə isə "heç" deyəndə tarix müəllimi, böyük qardaşım dərhal dillənirdi: "Heç öküzə deyərlər, o da heyvanların ən böyüyüdür!"  

Deyiləcək heç nə yoxdur. Şou-biznes divası sovet dövründə olduğu kimi, indi də ruslar və rusdillilər, o cümlədən tarixə qovuşmuş nəhəng imperiyanın təbəələri üçün azadlıq carçısına çevrilməyə çalışıb. 

"Bizim" Alla Borisovna bu dəfə məşhur müğənnilərimizin də bir vaxtlar ondan çeşni götürdüyü kimi, xarici qastrollara getmək, hər yerdə hamıdan (məsələn, Sofiya Rotarudan) önə keçmək üçün sovet məmurlarının ağlını başından çıxara bilən gedişlər etmədi, sadəcə Dostoyevski kimi danışmağa çalışdı...

Məqsəd Nur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri