Icma.az
close
up
RU
“Bizim aramızda çox möhkəm qarşılıqlı etimad var” ŞƏRH EDİLDİ

“Bizim aramızda çox möhkəm qarşılıqlı etimad var” ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Davosda həmişə olduğu kimi Prezident İlham Əliyevə beynəlxalq media tərəfindən münasibət çox həssas və böyük olub. Çin şirkətinə verdiyi müsahibədə Prezident İlham Əliyev bir çox məqamlarla, məhfumlarla, motivlərlə bağlı mühüm açıqlamalar verib. O bildirib ki, Azərbaycan öz yolunu seçmiş məmləkətdir, milli prioritetlərinə sadiq olaraq hərəkət davam edir. Digər tərəfdən Çin-Azərbaycan münasibətləri ilə bağlı Prezident İlham Əliyev bildiribki Çin ən böyük qüdrətli dövlət olmaqla bərabər, həm də Avrasiya məkanında və dünya birliyində əvəzsiz rol oynayan bir ölkədir. O cümlədən Çinin Azərbaycana olan diqqəti, onun Azərbaycanla bağlı olan planları həddən artıq vacib əhəmiyyət kəsb edir. Həmçinin Orta Dəhlizin, eləcə də birgə ortaq layihələrin yenilənməsində, onların reallaşmasında iki ölkə həmahəng hərəkət etməyə israrlıdır. Əlbətdə bizim iki ölkə olaraq geosiyasi çəkimiz eyni deyil. Yəni Çin fövqəl dövlətdir, Azərbaycana nisbətən süper güclü dövlətdir. Amma buna baxmayaraq bizim bir-birimizə olan münasibətimiz, digər tərəfdən bacarıqlarımız onu göstərir ki, burada ölkələrin balaca yaxud böyük olması bir o qədər də əhəmiyyət kəsb etmir, əksinə əsas məsələ ondan ibarətdir ki, onlar bir dalğaya köklənirlər və o cümlədən ən vacib sorğuları milli cəmiyyətlərdən gələn sualları həmahəng tərzdə qarşılayırlar, həmçinin onlarla bağlı həll yolları müəyyən edirlər”. Bu sözləri politoloq Tofiq Abbasov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı ilə Pekin arasında çox vacib harmonik dialoq formalaşır, özünəməxsus tərzdə inkişaf edir və ən əsas bizim aramızda çox möhkəm qarşılıqlı etimad var: “Digər tərəfdən isə biz bir-birimizi ən vacib məsələlərdə tamamlayırıq. Bu ilk növbədə beynəlxalq yükdaşımaları məsələsində özünü əks etdirir. Çünki biz pandemiya dövründə Azərbaycan və onun başçısı Prezident İlham Əliyev ən azı 3 təşəbbüs irəli sürdü ki, onlar hamısı işlək vəziyyətdə oldular və dünya birliyinə yüngüllük gətirdilər. Yəni bir halda ki, bir ölkələr və məmləkətlər, hətta Avropa İttifaqının aparıcı dövlətləri öz milli sərhədlərini bağladırlar. Azərbaycan öz sərhədlərini açaraq bildirdi ki, bu ağır vəziyyətdə yükdaşımaları, bir-birinə xəbərdar olmağı, vaksin həmrəyliyi son dərəcə vacib məsələlərdir. Sonra göstərdik ki, bu istiqamətlərin hamısında Azərbaycanın seçdiyi yol düzgün yoldur. Digər tərəfdən o böyük problemlərin olduğu halda insanlara, xalqlara yüngüllük gətirdi. Ona görə də Çin Xalq Respublikasıda Azərbaycanla bərabər əməkdaşlığımızı yüksək səviyyəyə çıxarmaqla, bir-birimizə etimad göstərməklə bağlı dialoq proseslərini inkişaf etdirdik”.

Politoloq həmçinin bildirib ki, Azərbaycan Çin arasında olan münasibətlər həddən artıq vacib əhəmiyyət kəsb edir: “Nəhayət Azərbaycanın tərəfdaş seçimində heş bir problemi yoxdur. Yetər ki, biz eyni dəyərlərə, eyni üstün cəhətlərə köklənək və bu baxımdan qarşıda duran məsələlərin hamısını həll edək. Mən belə başa düşürəm ki, prinsip etibarilə Prezident İlham Əliyevin Çin şirkətlərinə verdiyi müsahibəsində əsas məqamlar var ki, bunlar biridə Donald Trampın dünya ilə bağlı heçdə ədalətli yanaşması yox idi. O cümlədən Amerika Birləşmiş Ştatların hakimiyyətdə olan qüvvələri demək olar ki, Donald Trampın mövqeyini hardasa qəribçiliyə salırdılar və bu düzgün bir yanaşma deyildi. Yəni ondan demək olar ki, beynəlxalq birlik əziyyətlər çəkdi. Çünki Donald Tramp bir çox məsələlərin hamısında pritikal mövqe tutaraq göstərir ki, indiki birlik, dünya cəmiyyəti gərək ilk növbədə sağlam mövqedən çıxış etsin və qarşıda duran problemlərin həllinə nail ola bilsin. Bu baxımdan da həm Azərbaycan, həm Çin, həm də bizə məslək etibarilə yaxın olan ölkələr hamısı çox sağlam bir mövqe sərgiləyirlər. Əlbətdə dünya proseslərində gedən dəyişikliklər, dünya nizamının özünün ağıllı tərzdə formalaşması göstərir ki, bizi qarşıda çox ciddi sınaqlar gözləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri