Icma.az
close
up
RU
Multikulturalizm bizim dövlət siyasətimizdir ŞƏRH EDİLDİ

Multikulturalizm bizim dövlət siyasətimizdir ŞƏRH EDİLDİ

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Noyabrın 12-də, BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasında, liderlərin sammitinin açılışında Azərbaycan Prezidenti çıxış etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.O bildirib ki, Prezident çıxışında əsasən qonaqları salamladı, ona dəstək olan 200-ə yaxın ölkənin COP-un Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirdi, bizə köməklik edən BƏƏ-nin rəhbərliyinə, komandasına təşəkkürünü bildirdi: "Eyni zamanda bilirdi ki, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin mərkəzində Azərbaycanın iqtisadi müstəqilliyə çatması, dövlət və xalq marağından çıxış edən siyasətinin olmasıdır. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd ildə bu, 120-dən artıq ölkəni birləşdirdi. Biz çoxlu layihələrə əl atdıq, köməklər etdik, həm də 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının da üzvüyük.Azərbaycan bu illər ərzində Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb, biz onlara enerji təhlükəsizliyinin təmin edilməsində köməkliklər edirik. Azərbaycan Prezidenti həm də onu bildirdi ki, BMT-nin sivilizasiyalar alyansı ilə birlikdə 2 ildən bir Bakıda mədəniyyətlərarası forum keçiririk. Multikulturalizm bizim dövlət siyasətimizdir. Bu da hamıya məlumdur. Çıxışda Azərbaycan Prezidenti yaşıl enerji haqqında da məlumat verdi. Bərpa olunan enerjidə texniki potensialımız 135 GB, dənizdə isə 157 GB təşkil olunduğunu qonaqların nəzərinə çatdırdı. Ərazimizin dörddə birində yaşıl enerjiyə keçirilib. Bu da Naxçıvan, Qarabağ, Şərqi Zəngəzurdur. Gələcəkdə planlarımız odur ki, ərazilərimizin böyük əksəriyyəti yaşıl enerjiyə keçilsin. Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə Avropaya yaşıl enerji ötürülməsi üçün layihələr üzərindən işləməyə çalışdığımızı bildirdik.Prezident Azərbaycana qarşı qara yaxanları, Azərbaycanı neft ölkəsi adlandıranların da sərrast cavablarını verib, onlara bildirib ki, Azərbaycan qlobal neft hasilatında cəmi 0,7 faiz təşkil edir. Qaz hasilatında isə bu 0,9 faiz paya malikdir. Yəni bununla bağlı bizə neft ölkəsi deyən ölkələr bizdən on, iyirmi dəfələrlə artıq neft istehsal edirlər. Ancaq Azərbaycanın adını mənfi cəhətdən hallandırmağa çalışırlar. Ona görə də, onlara layiqli cavablar verildi.Həm də Azərbaycan Prezidenti COP29-un Azərbaycanda keçirilməsinə razılıq veriləndən sonra Azərbaycana qarşı bəzi dairələrdə qarayaxma kompaniyaları aparan ölkələrə bildirdi ki, artıq bizdə COP29 tədbirində 72 mindən artıq adam qeydiyyatdan keçib, 80 ölkənin dövlət başçıları, baş nazirlər iştirak edirlər. Bu da bizə qara yaxanlara ən yaxşı cavabdır. Azərbaycanın ortaya qoyduğu işlər, həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan böyük meqalayihənin həyata keçirilməsində öncül ölkələrdən biridir. Hətta birincisidir"."COP29-un təşkili dövlət başçıları tərəfindən çox yüksək qiymətləndirilir. Bu mənada Azərbaycan Prezidentinin çıxışı da qonaqlar tərəfindən çox böyük razılıqla qəbul edilib. Eyni zamanda Fransanın rəhbərliyinin xətrinə dəyib. Onların ətraf mühit naziri COP29-a gəlmək istəyirdi. Ancaq Azərbaycan Prezidenti onları tənqid etdiyinə görə bu tədbirə də qatılmadılar. Fransanın Afrikada və digər yerlərdə törətdiyi cinayətlər, nüvə silahının sınaqdan çıxarıldığı ölkələrdə 1966-cı ildən 1996-cı ilə qədər 193 dəfə nüvə silahı həyata keçirilib. Onlar planetə nə qədər ziyan vurublar. Onlar buna görə məsuliyyət daşıyırlar və cavabını da verməlidirlər. Ona görə də, onların COP29-da iştirak etməmələri bu səbəblərdən biridir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri