Bizim liqada belə güclü təzyiq yoxdur Qurban Qurbanov
Icma.az, Sportal.az saytına istinadən bildirir.
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turu çərçivəsində səfərdə "Atletik"ə 1:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:
“Azarkeşlər üçün çox baxımlı keçən oyuna görə "Atletik"i təbrik edirəm. Biz uduzmaq istəmirdik və sona qədər mübarizə apardıq. Onlar dinamik və yüksək sürətlə oynayırlar.
Mübarizəmizi davam etdiririk. "Atletik" 90 dəqiqə ərzində presinq edə bilir və futbolçularımız "Benfika" ilə oyuna nisbətən daha çox təzyiq altında qaldılar. Hücumda yaxşı oynamağımıza baxmayaraq, oyunu istədiyimiz kimi bitirə bilmədik.
Bizim liqada belə güclü təzyiq yoxdur, İspaniya çempionatında isə onlar buna daha çox öyrəşiblər. "Atletik" ən sürətli hücum edən komandalarından biridir. Rəqib səni səhvlərə məcbur edir”.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 22 Oktyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















