Icma.az
close
up
RU
Bizim ölkələrimiz arasında çox münbit münasibətlər formalaşır MÜNASİBƏT BİLDİRİLDİ

Bizim ölkələrimiz arasında çox münbit münasibətlər formalaşır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan və Çin Xalq Respublikası iki strateji tərəfdaşdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri ilə genişmiqyaslı əməkdaşlıq, danışıqlar keçirdilər: "Təbii ki, həm Bakı, həm Pekin birmənalı şəkildə strateji tərəfdaşlığın yeni təməlini formalaşdırmağa rəy verdilər. Bu, çox vacib hadisə idi. Həm Şanxay Əməkdaşlıq Təşkilatının çərçivəsində, həm Avrasiya məkanında vacib idi.

Bəlli olduğu kimi Çin dünyanın iqtisadi nəhənglərindəndir, ona ən çox lazım olan dəhlizlərdir. Tərəfdaş ölkələrlə münasibətləri bərqərar edib yeni formatlar axtarıb tapmaqdır. Bu baxımdan həm Çin Azərbaycana lazımdır, həm də Azərbaycan Çinə lazımdır. İldən-ilə mal dövriyyəmiz artır. Çin Xalq Respublikası da gizlətmir ki, Orta Dəhlizdə çox maraqlıdır. Digər tərəfdən vaxtilə Bakı-Tbilisi-Qars dəmir yolu çəkiləndə də Çin bizi dəstəklədi. Nəhayət, Prezident İlham Əliyev dəfələrlə Çin Xalq Respublikasına dəvətlər aldı, iştirak etdi. Çünki "Bir kəmər, bir yol" layihəsi bəlli olduğu kimi Çin üçün strateji əhəmiyyət kəsb edir. Həm də Avrasiya məkanında, eləcə də Afrika üçün müsbət təsirlər vəd edir. Ona görə də, bizim ölkələrimiz arasında çox münbit münasibətlər formalaşır. İldən-ilə də bizim yaxınlığımızın çərçivələri də genişlənir. Çünki yeni sahələrdə əməkdaşlıq bərqərar olunur.

Digər tərəfdən də göstəririk ki, bizim tərəfdaşlığımız təkcə ikitərəfli mənfəət vəd etmir. Həm də Avrasiya qitəsində təhlükəsizlik və inteqrasiya proseslərinə əməli paylar vermiş olur. Burada ən vacib göstərici ondan ibarətdir ki, siyasi cəhətdən bir-birimizə həm inanırıq, həm bağlıyıq, həm də qlobal məsələlərdə də münasibətimiz üst-üstə düşür. Çin əvvəllər də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi. Bəzi ölkələr bu prosesdə ləng tərpənirdilər, amma Çin birmənalı öz münasibətini bildirirdi. Özü də buna maraqlı idi. İndi də maraqlıdır ki, sərhədlərin toxunulmazlığı qüvvəsini saxlasın. Bəzi ölkələr təhrikçi siyasətə uymasınlar, eləcə də dünya birliyinin hələ də idarə olunmasında vacib rol oynayan beynəlxalq hüquq normalarının qorunub saxlanılması it-bat olmasın. Hesab edirəm ki, bir çox sayılı tərəfdaşlarımız da sağlam dalğaya köklənərək xaos yaratmaq istəyənlərin qarşısını alırlar. Xaos yaratmaq istəyənlərin biri də bizdədir. Qafqaz bölgəsində Ermənistandır. Çinin də ətrafında elə ölkələr var ki, çalışırlar ki, Çin üçün problemlər yaratsınlar, dənizdaşımalarda əngəllər törədirlər. Ancaq bunların heç biri keçərli deyil. Çünki faktiki olaraq əgər istehsal qüvvələri öz üzərlərinə düşən funksiyanı necə yerinə yetirirlərsə, gərək bu proseslərdə sağlam ruh, quruculuq məfkurəsi üstünlük təşkil etsin. Bu istiqamətdə biz yenə də bir-birimizi həm anlayırıq, həm tamamlayırıq, həm də həmkarlığımız növbəti qlobal Cənubun inkişafına çox böyük paylar vermiş olur. Ona görə də, həm də Azərbaycan-Çin münasibətləri artıq beynəlxalq aləmdə işlək bir amilə çevrilib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri