Icma.az
close
up
RU
“Münasibətlər növbəti dəfə ciddi sınaq qarşısındadır” MÜNASİBƏT BİLDİRİLDİ

“Münasibətlər növbəti dəfə ciddi sınaq qarşısındadır” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Uzun illərdir Cammu və Kəşmirdə əyalətləri ətrafında mövcud olan qarşıdurma və bunun nəticəsi olaraq 30 ildən çox dövr ərzində aparılan Hindistan-Pakistan proksi-müharibəsi və iki dövlət arasında davam edən gərginlik yenidən daha sərt və təhlükəli bir vəziyyət almağa başlayır. Hindistan və Pakistan arasında münasibətlər növbəti dəfə ciddi sınaq qarşısındadır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

Əhməd Abbasbəyli sözlərinə belə davam edib: “Ən əvvəl onu da qeyd etmək lazımdır ki, artıq region üçün xarakterik olan və hətta deyərdim ki, xroniki hal almış bu cür hadisələr sübut edir ki, regionda dövlətlərarası münasibətlər kifayət qədər həssasdır, etimadsızlıq hökm sürür və kiçicik bir qığılcım böyük alova, müharibəyə çevrilməsinə səbəb ola bilər.

Son günlərdəki bu gərginliyinin pik həddə çatmasının əsas səbəb kimi isə Hindistanın Pakistanı terrorizmi dəstəkləməsi ittihamları ilə bağlıdır. Əlbəttə ki, hesab edirəm bu gərginliyin əsl səbəbləri daha dərindir. Belə ki, Hindistanın isə heç bir sübut təqdim etmədən bu hücumdan dərhal sonra Pakistan tərəfi ilə bağlı verdiyi açıqlamalar, hətta Pakistan rəsmilərinin bu iddialarını rədd etmələri, bu terror aktı ilə bağlı birgə araşdırmaların aparılması ilə bağlı edilən təkliflərə rəsmi Yeni Dehlinin reaksiyası və müharibə ritorikasına əl atması, sanki əzələ nümayişi sübut edir ki, Hindistan bölgədə gərginliyi daha da artıraraq müəyyən alt məqsədlərini nail olmağa çalışır. Daha sonra Hindistanın Hind çayının suyunu kəsmək və diplomatları ölkədən çıxarmaq kimi addımları regional sabitliyi təhlükə altına alır. Əslində bu münasibət münaqişələrin dialoq yolu ilə həlli əvəzinə təhdid və təzyiq yolu seçilməsinə, yeni qarşıdurma riskinin artırılmasına dəlalət edir. Xüsusi olaraq qeyd olunmalıdır belə bir yanaşma nə beynəlxalq hüquqa, nə də sağlam diplomatik prinsiplərə uyğundur.

Digər tərəfdən həm Hindistanın, həm də Pakistanın nüvə dövləti olması, bu gərginliyin böyüyərək müharibəyə çevrilməsi ehtimallarını daha da qorxulu və təhlükəli edir. Hindistanın bu cür aqressiv davranışı təkcə Pakistan üçün deyil, bütövlükdə regionun sabitliyi və təhlükəsizliyi üçün böyük bir təhdiddir.
Sonda, Azərbayacan KİV-lərinə, oxuculara xitabən bir fikri diqqətə çatdırmağı vacib hesab edirəm: Azərbaycanın bir dövlət olaraq, bizlərin də bir vətəndaş olaraq Pakistana bir vəfa borcumuz var. Pakistan üçün belə bir çətin və təhlükəl bir zamanda bizim Pakistanın yanında olmağımız, bir sədaqət, vicdan işi olmaqla yanaşı, həm də bir vətəndaşlıq görəvidir”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 May 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri